Ümumi Məlumat

2010-cu ildə Türkiyənin Kayseri şəhərində yaradılmış və dərslərin 100 faizi ingiliscə olan yeganə dövlət universitetidir. Abdullah Gül Universiteti 2013-cü ildə tələbə qəbulu həyata keçirmişdir. Adullah Gül Universitetində Türkiyənin ən böyük və çeşidli kitabxanası mövcuddur. Universitetin müasir kampusunda isə tələbələr daha təhlükəsiz yaşamaları və vaxtlarını səmərəli istifadə etmələri üçün hər cür şərait qurulmuşdur.

Dünyada Nüfuzu

Abdullah Gül Universitetinin tələbələrinin ingilis dilini yüksək səviyyədə öyrənməsi üçün bu təhsil müəssisəsində bir illik universitet hesabına Amerikada dil kursuna, semestr imtahanlarında yüksək nəticələr göstərmiş tələbələrini isə Avropada təqaüdlü magistratura təhsilinə göndərir. Tələbələr universitet təhsili müddətində Türkiyənin tanınmış iş adamları ilə görüşməsi və tələbələrin gələcək karyera qurmasında iş adamları bir başa rəhbərlik edir və öz tövsiyyələrini verir.

Bakalavr Proqramları
Magistr Proqramları
  • İnşaat mühəndisliyi
  • Elektrik və Elektornika mühəndisliyi
  • Sənaye mühəndisliyi
  • Mexanika mühəndisliyi
  • Kompyuter mühəndisliyi
  • Memarlıq
  • Menecment
  • Nanotexnologiyalar (MSc)
  • Sənaye mühəndisliyi (MSc, PhD)
  • Elektrik və Kompyuter mühəndisliyi (MSc, PhD)
  • Biomühəndislik və Molekulyar biologiya (MSc)
Abdullah Gül Universitetinin Təqdimatı
Təhsil Alan Tələbələrimiz

Budapest Metropolitan Universiteti təhsil səviyyəsi yüksək olan bir universitetdir. Xüsusilə incəsənət tələbələri üçün praktiki dərslərdə lazımlı şərait yaradılır. Bir çox xaricdə oxuyan tələbənin dediyi bir sözə mən də burda şahid oldum; müəllimlər tələbələrlə çox yaxın münasibət qurur, ciddiyətdən qaçınırlar. Hər biri Macarıstanın son dövrlərdəki incəsənətində xüsusi şəxslər olan müəllimlərdən öyrəniləcək çox şey var. Celt colleges imtahanlardan xaricə gedəcəyiniz son günə qədər dəstək olur və əlbəttə savadlı, köməkcil müəllimləri ilə yadda qalır.

Arzu Əmirli. Budapest Metropolitan University-BA in Film and Media Studies

Arzu Amirli

University of East Anglia London yaxınlığında yerləşən Norwich şəhərindən 5 km uzaqlıqdadır. İngiltərənin ən böyük və təhlükəsiz kampus sisteminə malik universitetlərindəndir. Kollektiv mehriban və hərtərəflidir və deyərdim ki, təhsil üçün ideal universitetdir. ”CELT Colleges”in xidmətləri ilə 2015-ci ildə British Council-in  sərgisində tanış olmuşdum və xaricdə təhsil xidmətlərindən istifadə etdim. Xidmətlərindən razı qaldım; universitet barədə ətraflı məlumatlandırıb onları doğru yola yönləndirir.

 

Ülvi Haqverdi. İNTO University of Anglia- Foundation in Law

Ülvi Haqverdi

Təşkilat çox yaxşıdır. Məsələn, mənə Hollandiyada universitet seçimində çox kömək oldu, hətta qərarımı dəyişdirmək istədikdə belə, həmişə yaxşı universitetləri məsləhət görmüsünüz. Universitetə təhsili başladıqdan sonra belə hər hansı sualım olduqda həmişə kömək etmisiniz. Yəni ki, təkcə universitet təhsilindən öncə deyil, universitetdə təhsil alarkən belə hər hansı sual və ya məsləhət ehtiyac olanda sizinlə əlaqə saxlamaq çox asandır. və lazımi köməkləri edirsiz həmişə. İndiyə kimi göstərdiyiniz bütün qayğıya görə bütün CELT Colleges üzvlərinə, başda Elgün müəllim olmaqla, təşəkkür edirəm.

Emin Həsənzadə- İnternational Study Center Holland Business Foundation

Emin Həsənzadə
Qəbul üçün Bizə Müraciət Edin

Mesaj Göndərin