Ümumi Məlumat

Aberystwyth University Uelsin eyniadlı şəhərdə yerləşmiş və araşdırmaya köklənmiş dövlət universitetidir. University of Walesin nəzdində 1894-cü ildə yaradılmış bu təhsil müəssisəsi 2007-ci ildə müstəqil universitet adını qazanmışdır. Universitetin 6 akademik fakültəsində 8 minə yaxın tələbə təhsil alır  Universitet Biznes, Mühəndislik və İT sahələrində oxumaq istəyən tələbələr üçün ideal seçimdir.

Dünyada Nüfuzu

Milli Tələbə Araşdırmasına əsasən, 2016-cı ildə tələbə məmnuniyyətinə görə universitet Böyük Britaniyanın top 10 ən yaxşı təhsil müəssisəsi arasına daxil ola bilmişdir. Universitet bir sıra beynəlxalq və yerli reytinq cədvəllərində sürətlə irəliləməyə bacarmışdır. Məsələn, mötəbər beynəlxalq QS universitetlərarası reytinq cədvəlində 2016-cı ildə 600-cü yerdən 500-cü yerə kimi irəliləyə bilmişdir.

Bakalavr və Magistr Proqramları
  • Accounting and Finance
  • Business and Management
  • Computer Science
  • Countryside and Ecology
  • Engineering
  • Information Studies
  • Economics
  • Marketing
  • Politics and International Politics
  • Psychology
  • Tourism
  • Sport and Exercise Science
Aberystwyth Universitetinin Təqdimatı
Təhsil Alan Tələbələrimiz

Budapest Metropolitan Universiteti təhsil səviyyəsi yüksək olan bir universitetdir. Xüsusilə incəsənət tələbələri üçün praktiki dərslərdə lazımlı şərait yaradılır. Bir çox xaricdə oxuyan tələbənin dediyi bir sözə mən də burda şahid oldum; müəllimlər tələbələrlə çox yaxın münasibət qurur, ciddiyətdən qaçınırlar. Hər biri Macarıstanın son dövrlərdəki incəsənətində xüsusi şəxslər olan müəllimlərdən öyrəniləcək çox şey var. Celt colleges imtahanlardan xaricə gedəcəyiniz son günə qədər dəstək olur və əlbəttə savadlı, köməkcil müəllimləri ilə yadda qalır.

Arzu Əmirli. Budapest Metropolitan University-BA in Film and Media Studies

Arzu Amirli

Bath Universitində oxumaq mənim ən böyük arzularımdan biri idi. Universitetə qəbul prosesində və beynəlxalq imtahanlara hazırlaşmağımda CELT Gənclik ofisinin rolu danılmazdır. Hər kəsə tövsiyə edirəm.

Rəşad Tağıyev
Bakalavr

University of East Anglia London yaxınlığında yerləşən Norwich şəhərindən 5 km uzaqlıqdadır. İngiltərənin ən böyük və təhlükəsiz kampus sisteminə malik universitetlərindəndir. Kollektiv mehriban və hərtərəflidir və deyərdim ki, təhsil üçün ideal universitetdir. ”CELT Colleges”in xidmətləri ilə 2015-ci ildə British Council-in  sərgisində tanış olmuşdum və xaricdə təhsil xidmətlərindən istifadə etdim. Xidmətlərindən razı qaldım; universitet barədə ətraflı məlumatlandırıb onları doğru yola yönləndirir.

 

Ülvi Haqverdi. İNTO University of Anglia- Foundation in Law

Ülvi Haqverdi
Qəbul üçün Bizə Müraciət Edin

Mesaj Göndərin

Bir cavab yazın

Your email address will not be published. Required fields are marked *

Post comment