ABŞ-da Orta Məktəb tələbə mübadiləsi haqqında məlumat

Böyük fürsətə hazırsınız? CELT Colleges vasitəsi ilə Amerikaya təhsil məqsədli səyahət heç vaxt unuda bilməyəcəyiniz bir təcrübə olacaq. İstər Koloradoda bağ evində, Midvest əyalətinin mərkəzində balaca qəsəbədə, istərsə də Texas ştatının həyəcan verici Austin şəhərinin hər hansı tərəfində yaşayın siz ev sahibinizlə birlikdə Amerikada gündəlik həyatın nə demək olduğunu anlayacaqsınız.

Evi tərk edib Amerikaya bir neçə aylıq getmək həyatınız üçün böyük addımdır ve CELT Orta Məktəb Tələbə Mübadiləsi proqramı ən düzgün qərardır. 65 ildən artıq təcrüsi və 1000 dən çox məktəblə əlaqələri olan xaricdə təhsil təşkilatları ilə ən yüksək səviyyədə dəstəyimiz mövcuddur. Təbii ki bu haqda birbaşa CELT Colleges-in proqramda iştirak edən tələbələrinin özündən birbaşa eşitmək daha yaxşı olardı.

Young high school students in a modern and bright home environment

“Təyyarədə 11 min km yüksəklikdə olarkən, ayrılanda anamı necə qucaqladığımı fikirləşdim, dostlarımla göz yaşları içində sağollaşmağım ağlımdan keçdi. Buna baxmayaraq, mən həmişə dünyada fərqli yerlərdə olmağı, fərqli dostlarla qarşılaşmağı və müxtəlif mədəniyyətləri kəşf etməyi səbirsizliklə gözləmişəm. Bu cəsarətli addımı atmaqda əsas səbəb kimi sadaladığım faktorları göstərə bilərəm”. – Yexinyu, Çin.

Amerikan Yeniyetməsi Kimi Yaşa:

Sizi qucaq dolusu səmimi arzularla qarşılamağa hazır olan CELT ailələri ilə əsl Amerikan gənci kimi yaşayın.

CELT tələbələri ev sahiblərinin bir üzvü kimi yaşayır, ailə ilə birlikdə yeməklərə və gəzməyə qoşulur, bir sözlə, yaşadıqları ailənin gündəlik həyatlarının bir hissəsinə çevrilir. Sizlər yaşadığınız ailənin bir fərdi olduğunuzdan, cəmiyyətin bir üzvü olub, yeni insanlarla tanış olmaq və yeni dostluqlar qurmanız üçün əvəzolunmaz bir şans əldə etmiş olursunuz.

1000 dən çox orta məktəbimiz olan şəbəkəmizin bir üzvü olaraq Amerikalı bir gəncin təhsil həyatını sizdə yaşayın.

Təhsil aldığınız məktəbdə dərslərdə iştirak edəcək, müxtəlif klublara, idman komandalarına qoşulacaq və könüllülüklə məşğul olacaqsınız. CELT iştirakçıları ABŞ tələbələri kimi eyni fənlərin – riyaziyyat, elm, incəsənət, ədəbiyyat, kompyuter, atletika və digərlərinin təhsilini almaqla yanaşı İngilis dili və Amerika tarixi dərsləri də keçir. Siz, həmçinin, sinif yoldaşlarınızın məktəbdən sonrakı fəaliyyətlərinə də qoşulacaqsınız. Ən əsası isə, keçmiş tələbələrimizdə olduğu kimi bu seçimlərlə daha yaxından tanış olmaq üçün rəhbər məsləhətçilər sizə köməklik edəcəkdir.

hs7
h1
hs8
hs4
hs5
hs10
hs3
hs9

Sizi yaşadığınız cəmiyyətlə əlaqələndirən xidmət planı.

Sinif xaricində də öyrənməyi yaddan çıxarmayın. Bununla siz nəinki özünüzə, eləcə də yaşadığınız cəmiyyət üçün də faydalı olacaqsınız. Sizin Cəmiyyətə Xidmət Planınıza seçdiyiniz proyektdə işləyərək semestr boyunca 8 saatlıq öhdəlik daxildir.

  • Bir semester və yaxud il boyu Amerikan həyatı ilə yaxında tanışlıq
  • 65 ildən çox təcrübə və sizə təklif olunacaq ən yaxşı dəstək
  • Öz ölkənizdə maraqlı hekayələrinizi paylaşmaq imkanı

Müraciət etməyə hazırsınız?

CELT ilə Amerikada təhsil almaq üçün tələblərimiz çox sadədir.

Amerikada Orta Məktəb Mübadiləsi tələbələri üçün şərtlərimiz:

  • Tələbənin 15-18 yaş aralığında və öz ölkələsində orta məktəbdə təhsil alması
  • Danışıq və yazılı İngilis dilində əsas praktiki bacarıqlara sahib olmaq
  • Minimum 3 il İngilis dili tədrisi almaq
  • Son 3 il ərzində tədris ilindən və yaxud İngilis dili dərsindən kəsri olmamaq

Bizim iştirakçılarımızın ortaq nöqtəsi Amerikan mədəniyyətini öyrənmələri və Amerikanı kəşf etmə arzularını yerinə yetirmələridir. Bu, tələbələrimizdə yetkinlik, özünə inam və yüksək əhval-ruhiyyə hislərini yaradır ki, CELT tələbələrini xüsusi edən amil də məhz budur.

Contact information

Sosial Ələqələr: 

Ünvan:
Narimanov Təbriz küçəsi 100a

Telefonlar:
(012) 566 48 23 /

Email:
ismail.doruk@celt.az