ABŞ-da Tibb Təhsili

Son illər ABŞ-da tibb təhsili ilə bağlı ofislərimizə çoxsaylı müraciətlər daxil olmaqdadır. Biz də öz növbəmizdə kiçik bir bloq yazmaqla tələbə və valideynlərdə Amerikada tibb təhsili barədə fikir formalaşmasını istədik.

Amerika Birləşmiş Ştatlarında tibb təhsili almaq üçün çoxlu vaxt sərf etməli və intellektinizdən maksimum istifadə etməlisiniz. Qəbul şərtləri kifayət qədər sərt və təhsili intensiv olsa da, məzun olduqdan sonra tibbi müdaxiləyə ehtiyacı olan insanlara kömək olmaq üçün bacarıqlara yiyələnəcksiniz və insanların həyatında real dəyişikliklər etmək qadirində olacaqsınız. Bunun üçün də siz təbii ki, saatlarla dərsləriniz üzərində çalışmalı olacaqsınız. Tibb diplomunu qazanmağa gedən yol uzun və çətin olmasına baxmayaraq, məzun olduqdan sonra davamlı işə və yüksək maaşlı sənətə malik olacaqsınız.

ABŞ-da tibb universitetlərinə qəbul Avropa və Azərbaycandakından fərqlənir. Belə ki, ABŞ-da tibb təhsilinə başlamaq üçün siz mütləq şəkildə orada ixtiyari 4 illik bakalavr təhsilinə qoşulmalısınız. 4 illik bakalavr təhsilindən sonra 4 illik tibb təhsilinə başlamaq olar.  Daha sadə dildə desək, Amerikada Tibb bakalavr dərəcəsi deyil, magistr dərəcəsidir. Maraqlısı da odur ki, 4 illik bakalavr ixtisasınızın hansı sahə üzrə olmasının bir əhəmiyyəti yoxdur. Lakin, gələcəkdə tibb sahəsi üzrə təhsil almaq üçün bakalavr proqramınızı biologiya, kimya, orqanik kimya, biokimya kimi sahələri seçməyi məsləhət görürük. Bundan başqa ilk 4 illik bakalavr proqramı ərzində siz pre-med proqramına qatılacaqsınız.  Pre-med proqramı tibb ixtisasına daxil olmaq üçün tələb olunan MCAT imtahanından hazırlaşdıracaq, eyni zamanda tibb universitetlərinin bakalavr dövrü ərzində hansı dərslərin götürülməsinin lazım olduğunu sizə bildirəcək. Bundan başqa tibb universitetləri sizdən müsahibə də tələb edə bilər. Pre-med proqramı da bu müsabiqədən də keçmək üçün sizə böyük dəstək olacaq.

MCAT imtahanı adətən 4-cü kursun əvvəllərində götürülür. İmtahan 4 hissədən ibarətdir:

  1. Kimya, fizika, biologiya və biokimya
  2. Kritik düşünmə və məntiqi analiz
  3. Psixologiya
  4. Sosial elmlər

Aşağıdakı sxem ümid edirəm tibb təhsili barədə sizə məlumat verəcək.

Tələbələr və valideynlər bu bloqu oxumaqla heç də həyəcanlanmasınlar. Amerikda tibb təhsilinə qoşulmaq realdır və pre-med proqramı güclü olan və bakalavri bitirdikdən sonra tibbə daxil olan tələbə sayına görə fərqlənən universitetlər vardır. Unutmayın ki, Amerikada 4 illik bakalavrı bitirdikdən sonra ən azı əlinizdə dünya səviyyəli diplom olacaq və məzun olduqdan sonra həm ABŞ-da, həm də dünyanın istənilən ölkəsində çalışa biləcəksiniz.

 

Amerikada tibb universitetlərinə daxil olmaq istəyən tələbələrə xüsusi qayğı göstərən və yüksək nəticələrə malik olan DREW universiteti diqqətimi cəlb etdiyindən bu universitet barədə qısaca məlumat vermək istərdim. DREW universiteti New Jersey ştatının Madison şəhərində New Yorkdan qatarla 1 saatlıq məsafədə yerləşir. Universitet tələbələrin sayı 1500-ə yaxındır və təqribən hər sinifdə 15 tələbə olur. Bu göstəricilər də ona imkan verir ki, müəllimlər tələbələri şəxsən tanısın və onlara individual diqqət yetirə bilsin. Elə bu səbəbdəndir ki, tələbələr dərsləri daha yaxşı mənimsəyə bilir və universitet tələbələrin böyük əksəriyyətinin iş təcrübəsi keçməsinə malik ola bilmişdir. Qeyd edim ki, universitetin bütün müəllim heyətinin ən azı doktorluq dərəcəsi vardır. Universitetdə magistr məzunu olub müəllim kimi fəaliyyət göstərən yoxdur. Universitetin əksər müəllimləri Ivy League məzunlarıdır (Harvard Universiteti, MİT, Stanford Universiteti və s.)

Tələbələr elə birinci kursdan laboratoriyalarda araşdırmalara qatıla bilirlər. Araşdırma mövzuları xərçəng xəstəliyi və HIV/AIDS kimi sahələr ola bilər. Bundan başqa universitet RISE (Research Institute for Scientists Emeriti) proqramını işə salmışdır.  Bu proqram təqaüdə çıxmış elm işçilərini universitetə dəvət edərək onların nəzarəti ilə tələbələrin laboratoriyalarda çalışmasına imkan yaradır. Elm işçiləri arasında 2015-ci ildə tibb üzrə Nobel mükafatı qazanmış William Campbell də vardır.

Drew universitetində laboratoriyalarında işləyib biologiya, kimya və fizika kimi sahələrin tətbiqini öyrənməklə bu fənləri daha yaxşı mənimsəyəcəklər. Eyni zamanda araşdırmalar etməklə və kliniki təcrübələr görməklə tibb universitetlərinə qəbul olma şansını artırırlar. Onu da qeyd edək ki, tələbələr yay dövrü ərzində də yuxarıda sadaladığımız dəqiq elmlər üzrə 8-10 həftəlik araşdırmalara qatılmaqla həftəyə 350 dollar məvaciblə və pulsuz yataqxana ilə təmin olunacaqlar. Əsas araşdırma sahələri bakterial patalogiyalar, çirklənmiş göllərdə təkamül, fiziologiya, xərçəngin molekulyar biologiyası, primatların kommunikasiyası, Alzeimer xəstəliyi, HİV/AIDS və s.

Universitetin yaxınlığından Morristown Tibb Mərkəzi yerləşir. Tələbələr təcili yardım otaqlarında müntəzəm dərslər görməklə gələcəkdə tibb ixtisasına daxil olmaq üçün əvəzedilməz təcrübəyə malik olacaqlar. Onu da qeyd edək ki,  tibb universitetləri qəbul üçün yüksək akademik orta bal (GPA) və MCAT tələb etməklə yanaşı, tələbələrin dərsdən kənar fəaliyyətinə və iş təcrübəsinə də fikir verirlər.

Təəccüblü deyil ki, DREW universitetində pre-med proqramını bitirən tələbələrin 78 faizi universitetdən sonra tibb təhsilinə qoşula bilmişdir. Keçən illər ərzindən tələbələr aşağıdakı top universitetlərdə tibb təhsilinə başlamışdır.

• Columbia University
• Princeton University
• Stanford University
• New York University
• Penn State University
• Boston University
• Duke University

Ümid edirik ki, bundan sonra Amerikada tibbə qəbul şərtləri sizin üçün qəliz görüməyəcək. Təbii ki, bu bloqu oxuduqdan sonra sizdə müxtəlif suallar yarana bilər. Əgər siz də Amerikada tibb təhsili ilə maraqlanırsınızsa, çəkinmədən bizə müraciət edə bilərsiniz.

Ünvan: İçərişəhər metrosu, İstiqlaliyyət 59, İqtisad universiteti ilə üzbəüz.

Tel: (012) 492 68 53

(055) 644 72 80

e-mail: admissions@celt.az

Instagram: celticharishahar

facebook: https://www.facebook.com/celtscollege/

 

47 thoughts on “ABŞ-da Tibb Təhsili”

    1. TQDK normalda ölkə içidir. Ama Türkiyənin bəzi univesitetləri qəbul edir. Ama təbii bunun yanında ingilis dilini bilmək lazımdır. Tibb istəyirsinizsə TQDK sizə kömək olmayacaq. Rəqabət çoxdur

      1. Salam. Amerikada dövlət xətti ilə pulsuz təhsil mümkündür? Və mümkündürsə hara müraciət etməliyik? İndidən təşəkkürlər.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next