Almaniyada Magistr Təhsili – İqtisadiyyat, Maliyyə, Menecment, MBA

Avropada İqtisadiyyat, Menecment, Maliyyə və Mühasibat üzrə magistr təhsili üçün proqramların keyfiyyəti baxımından həm də proqramların böyük bir qisminin təhsil haqqı tələb etməməsi baxımından ən ideal hesab olunacaq proqramlar və şərtlər məhz Almaniyadadır.

Mikro və makro miqyasda bazarların işlənməsində güclü peşəkar və akademik maraqları olan bakalavr məzunları üçün İqtisadiyyat üzrə magistr təhsili qiymətli bir keyfiyyətdir. İqtisadiyyat üzrə magistr proqramları Almaniyada bir sıra universitet və akademik qurumlar tərəfindən təklif olunur. Uyğun bakalavr proqramının təməlləri üzərində qurulan Almaniya universitetlərində İqtisadiyyat üzrə magistr proqramları tələbələri kurs işi və magistr dissertasiyası ilə maraq dairələrinə uyğun iqtisadiyyatın müəyyən bir sahəsinə yönəlməyə təşviq edir. İqtisadiyyatın nəzəri və praktiki aspektləri üzrə kurslar Almaniya universitetlərində İqtisadiyyat üzrə Magistr proqramının əsas hissəsidir. Part time və ya full time kimi təklif olunan proqramlar 1 və ya 2 il (2-4 semester) davam edir.

İqtisadiyyat üzrə Almaniyanın Top Universitetləri

  1. Ludwig-Maximilians-Universität München (Dünyada İqtisadiyyat üzrə 51-100)
  2. Rheinische Friedrich-Wilhelms-Universität Bonn (51-100)
  3. Universität Mannheim (51-100)
  4. Freie Universitaet Berlin (101-150)
  5. Humboldt-Universität zu Berlin (101-150)
  6. Universität Frankfurt am Main (101-150)
  7. University of Göttingen (101-150)

Maliyyə və Mühasibat üzrə Almaniyanın Top Universitetləri

  1. Universität Mannheim (Dünyada Maliyyə və Mühasibat üzrə 51-100)
  2. Humboldt-Universität zu Berlin (101-150)
  3. Technical University of Munich (101-150)
  4. Universität Frankfurt am Main (101-150)
  5. University of Cologne (151-200)
  6. WHU – Otto Beisheim School of Management (151-200)

Biznes və Menecment üzrə Almaniyanın Top Universitetləri

  1. Universität Mannheim (Dünyada Biznes və Menecment üzrə 51-100)
  2. Ludwig-Maximilians-Universität München (101-150)
  3. Technical University of Munich (101-150)
  4. Freie Universitaet Berlin (151-200)
  5. RWTH Aachen University (151-200)
  6. WHU – Otto Beisheim School of Management (151-200)

 

Biznesin İdarə Olunması üzrə Magistr Proqramları (MBA) dünyada tədris olunan və təsdiqlənmiş ən məşhur Magistr proqramlarından biridir.  MBA dərəcəsi özünüidarə dərəcəsi kimi tətbiq edilmişdir. Praktiki təcrübə və nəzəri biliklər arasındakı güclü əlaqələri ilə tanınır.

Almaniyada MBA dərəcəsini müxtəlif yollarla əldə etmək mümkündür. Full time şəklində tədris olunan MBA proqramları, proqram və universitetdən asılı olaraq 2 -4 semester davam edə bilər.

MBA təhsili zamanı işləmək istəyənlər Executive MBA adlı başqa bir model də seçə bilərlər.  Bu MBA icracı direktorlar üçün hazırlanmış və çox sıxlaşdırılmış strukturda bir proqramdır.

MBA proqramına qəbul tələbləri normal magistr dərəcələrinə bənzərdir. Qəbul üçün daha əvvəl Bakalavr və ya Magistr diplomuna sahib olmaq mütləqdir.

MBA proqramları yalnız ödənişli əlaslarla münkündür. Almaniyada MBA proqramları büdcə baxımından İngiltərədə və ABŞ-da olduğundan daha münasibdir. Bu proqramlar üçün təhsil haqqı 7.000- 50.000 Avro arası dəyişir. Amma daha çox: əgər “Master of Business Administration” adı sizin üçün vacib deyildirsə və siz başqa bir magistr dərəcəsinə (məsələn, “Master in Management” və ya “Master of Science”) gedərsinizsə, onda Almaniya çox əlverişli variantlar təklif edir. Hətta bir çox Master of Science, Master in Management və ya Master of Arts proqramları üçün təhsil haqqı yoxdur və ödənişsiz formada təhsil mümkündür.

Almaniyada ən yaxşı biznes məktəbləri

Almaniyada dörd biznes məktəbi QS Global 200-də yer alır. Almaniya universitetləri hazırda GMAT skorları baxımından Avropa, İspaniya, Fransa və Hollandiya qarşısında ən rəqabətlidirlər.

Manheim Business School:

Mannheim Business School, MBA işəgötürənləri və biznes və idarəetmə alimlərinin aktiv işə götürülməsi istiqamətində Almaniyada üst səviyyəli biznes məktəbidir. Biznes məktəbi part time və full time təhsil imkanı verən üç beynəlxalq MBA proqramı təklif edir. (Universitet barədə ətraflı məlumat: http://bit.ly/2k4XgoT)

WHU Otto Beisheim School of Management

Kellogg İdarəetmə Məktəbi ilə partnoyluq əsasında təklif olunan WHU Otto Beisheim İdarəetmə Məktəbi hal-hazırda dünyanın ən nüfuzlu EMBA proqramlarını təklif edir.

EBS:

1971-ci ildə qurulan EBS London, Paris, Madrid və Milanda biznes məktəblərinin bir hissəsidir. Proqramıar əsasən kiçik siniflərdə tədris olunur və EQUIS tərəfindən akkreditə edilmiş Almaniyada yalnız üç biznes məktəbindən biridir.

HHL Leipzig Graduate School of Management:

19-cu əsrin sonunda qurulan HHL Leipzig, dünyanın ən köhnə biznes məktəblərindən biridir. O vaxtdan bəri, bu kiçik özəl qurumun (550 tələbə) 1700 məzunu 150 startup və 3000 iş yerini yaratdı.

Frankfurt School of Finance & Management:

1957-ci ildə yaradılan xüsusi qeyri-kommersiya məktəbidir. Məktəb doqquz magistr proqramı təklif edir və Ostenddə yerləşir – tam olaraq Avropa Mərkəzi Bankının yeni qərargahının qarşısında.

 

Alman universitetinə qəbul üçün müraciət etmək üçün müxtəlif yollar var. Prosedur müraciət edəcəyiniz universitet və ixtisasa görə dəyişir. Həmçinin, son müraciət tarixləri, proqram üçün tələblər və lazım olan sənədlər də universitet hətta proqrama görə fərqli ola bilər.

Almaniyada magistr təhsili üçün əsas tələblər:

Akademik tələb: Bakalavr dərəcəsi (müraciət olunacaq magistr ixtisasına uyğun)

Dil tələbləri: İngilis dilində tədris olunan proqramlar üçün IELTS 6.0 – 7.0 (proqramdan asılı olaraq) / TOEFL 60-101 / Cambridge English CAE və ya FCE

MBA proqramları üçün GRE/ GMAT imtahan nəticələri tələb oluna bilər

Bir çox magistr və MBA proqramları üçün minimum 1 il iş təcrübəsi tələb oluna bilər

Standart tədris müddəti: iki, üç və ya dörd semestr

 

Almaniyada təhsillə bağlı ətraflı məlumat və müraciət üçün:

CELT Colleges 28 May

Tel: (+994 12) 441 36 65

Mob: (+994 70) 270 75 57

28-may@celt.az

elgunk12.sg-host.com

Ünvan: 104-122 Rəşid Behbudov küçəsi,

Bakı, Azərbaycan AZ1014

 

8 thoughts on “Almaniyada Magistr Təhsili – İqtisadiyyat, Maliyyə, Menecment, MBA”

  1. Salam. İxtisasım kimya müəllimliyidir. MBA sahəsində master təhsili almaq istəyirəm. Almaniyaın ən yaxşısıdır.Bakalavr ixtisasıma görə alınmama ehtimalı var? Yoxsa ödənişi ödəyib təhsil almaq mümkündürmü?

    1. Salam men Almaniyada MBA oxumaq isteyirem.Ixtisasim Ingilis dili muellimliyi -dir.Hal-hazirda direktor isleyirem. Qebul ucun ne teleb olunur ?
      Ielts ne qeder olmalidir?
      Tehsil haqqi ne qederdir ?
      GRE/GMAT teleb olunur?
      Tehsil muddeti ne qederdir ?

      1. Salam. Qəbul üçün. 1. iş təcrübəsi, 2. IELTS 6.5 və ya 7.0, 3. Ucuz deyil. 20 min avrodan başlayacaq. 4. GRE GMAT bəzən olur bəzən deyil yəni uniyə görə dəyişir. Çox toplar istəyir. 5. Təhsil müd 1.5 il və ya 1 il.

        Dövlətlər MBA etmir normalda ama international business kimi ixtisaslar var ama onlara da müəllimlikdən qəbul etməyəcəklər. MBA adından bəlii olduğu kimi ucuz olmayacaq.

  2. Men marketinq ve ya menecement sahesinde ingilis dilinde magistr tehsil almaq isteyirem.
    Gpa ve ielts ne qeder kifayet edir?bu teleblere uygun hansi universitetler var?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next