Almaniyada Magistr Təhsili – Mühəndislik

Alman Universitetləri Mühəndislik üzrə magistr proqramlarında ən yaxşılardan hesab edilir və beynəlxalq səviyyədə tanınan və  tədqiqat və praktiki istiqamətində inkişafa yönələn geniş seçim imkanları olan proqramlar təklif edir. Üç Alman dilli ölkədən Fizika üzrə 22 , Kimya üzrə 30, Tibb üzrə 25 alimin Nobel mükafatına layiq görülməsi Almaniyanın tədqiqat və elmi inkişafda möhkəm təməlinin sübutudur. Bununla yanaşı, Almaniya bir çox “Fortune 500 Companies” siyahısındakı şirkətlərə və Volkswagen, Audi, BMW, Ford, Mercedes Benz, Porsche və daha bir çox şirkətə ev sahibliyi edir ki, bu da Almaniyanın daima bacarıqlı və fərqli təcrübəyə sahib mühəndislərə tələbatı olan, sənaye və texniki sahədə dünya lideri bir ölkə olmasının sübutudur.

Əsasən, Almaniyada dövlət tərəfindən maliyyələşdirilən təhsil sistemi mövcuddur ki, bu da dünyanın hər yerindən minlərlə tələbənin ödənişsiz təhsilini təmin edir. Mühəndislik üzrə təhsil haqqı tələb edən özəl universitetlər də  var, lakin bu da dövlət universitetlərinə nisbətən çox azdır.

Mühəndislik iş bazarında məzunlarına çox güclü tələbat olan maraqlı təhsil proqramlarından biridir. Bu sahənin əsas proqramları İnşaat Mühəndisliyi, Elektrik Mühəndisliyi, Kompüter elmləri və mühəndisliyi, Sənaye Mühəndisliyi və Tikinti və ya Memarlıqdır. Texnologiya və ya digər mövzularda maraqlananlar, bu proqramlar üzrə Almaniyada təhsil alaraq gələcək karyeralarının təməli üçün istifadə edə bilərlər.

Mühəndislik sahəsi üzrə magistr təhsilini Almaniya universitetlərində və ya texniki kolleclərdə əldə etmək  mümkündür. Qəbul üçün müvafiq ixtisasda bakalavr təhsilinə və tələb olunan dil sertifikatına sahib olmaq kifayətdir.

Almaniya universitetlərində mühəndislik sahəsində magistr təhsili üçün həm proqrama başlamamışdan öncə həm də proqram müddətində əldə olunan praktiki biliklər çox vacibdir. Məzunların təhsil müddətində əldə olunan bu nəzəri biliklərindən istifadə etməsi və praktik olaraq tətbiq edə biləcəyi gözlənilir. Buna görə də, təhsil müddətində təcrübə keçirmək önəmlidir və bir çox təhsil proqramında təcrübə keçmək proqramın bir hissəsi olaraq tələb olunur.

Almaniyada kompüter elmləri üzrə magistr proqramları yerli və beynəlxalq tələbələr arasında arasında ən çox tələbat olan proqramlardan biridir. İlk növbədə, Almaniyanı həm təhsil həm də karyera imkanlarına görə seçən beynəlxalq tələbələrlə üçün, bu ölkədə savadlı və istedadlı kadrlara kompüter elmləri sahəsində müdhiş bir məşğulluq bazarı vardır.

Kompüter elmləri sahəsində Almaniyanın Top Universitetləri:

  1. Technical University of Munich (dünyada 40-cı yerdə)
  2. KIT, Karlsruhe Institute of Technology (51-100)
  3. Ludwig-Maximilians-Universität München (51-100)
  4. RWTH Aachen University (51-100)
  5. Technische Universität Berlin (51-100)

Almaniya, xüsusilə mühəndislik proqramları üçün imkanlar və ən yaxşı təhsil mərkəzi olaraq inşaat mühəndisliyi üçün çox yaxşı və tanınmış universitetlərə ev sahibliyi edir. Ölkə bir çox tanınmış sənaye və avtomobil markalarının qərargahı olduğu mühəndislərə həmçinin inşaat mühəndislərinə böyük tələbat vardır. Almaniyanın tikinti sektoru son bir neçə il ərzində demək olar ki, ikiqat artıb və xaricdə dizayn, layihələr və müəssisələr vasitəsilə xarici tikinti layihələrində iştirakını artırıblar. Almaniya bu sahədə magistr daərəcəsinə sahib olmaq yüksək tələbdir və burada əldə olunan inşaat mühəndisliyi üzrə magistr təhsili paralel olaraq iş imkanlarına da qapı açır.

İnşaat mühəndisliyi üçün Almaniyanın top universitetləri:

  1. Technical University of Munich (Dünyada 48-ci yerdə)
  2. KIT, Karlsruhe Institute of Technology (51-100)
  3. RWTH Aachen University (51-100)
  4. Technische Universität Dresden (51-100)
  5. Universität Stuttgart (51-100)

Sənaye mühəndisliyi üçün Almaniyanın top universitetləri:

  1. Technical University Clausthal
  2. Btu Cottbus – Senffenberg
  3. Technical University Ilmenau
  4. Duissburg Essen University
  5. Magderburg University

Elektrik mühəndisliyi üçün Almaniyanın top universitetləri:

  1. Technical University of Munich (Dünyada 48-ci yerdə)
  2. KIT, Karlsruhe Institute of Technology (51-100)
  3. RWTH Aachen University (51-100)
  4. Technische Universität Berlin (51-100)
  5. Technische Universität Darmstadt (101-150)
  6. Technische Universität Dresden (101-150)

Alman universitetinə mühəndislik üzrə magistr proqramlarına qəbul üçün müraciət etmək üçün müxtəlif yollar var. Prosedur müraciət edəcəyiniz universitet və ixtisasa görə dəyişir. Həmçinin, son müraciət tarixləri, proqram üçün tələblər və lazım olan sənədlər də universitet hətta proqrama görə fərqli ola bilər.

Almaniyada mühəndislik üzrə magistr təhsili üçün əsas tələblər:

Akademik tələb: Bakalavr dərəcəsi (müraciət olunacaq magistr ixtisasına uyğun)

Dil tələbləri: İngilis dilində tədris olunan proqramlar üçün IELTS 6.0 – 7.0 (proqramdan asılı olaraq) / TOEFL 60-101 / Cambridge English CAE və ya FCE

Bəzi  proqramlar üçün GRE/ GMAT imtahan nəticələri tələb oluna bilər

Bir çox magistr proqramları üçün minimum 1 il iş təcrübəsi tələb oluna bilər

Standart tədris müddəti: iki, üç və ya dörd semestr

Təhsil haqqı:

Dövlət universitetlərində tamamilə İngilis dilində tədris olunan bir çox magistr proqramları üçün təhsil haqqı yoxdur və ödənişsiz formada təhsil mümkündür.

 

Almaniyada təhsillə bağlı ətraflı məlumat və müraciət üçün:

CELT Colleges 28 May

Tel: (+994 12) 441 36 65

Mob: (+994 70) 270 75 57

28-may@celt.az

elgunk12.sg-host.com

Ünvan: 104-122 Rəşid Behbudov küçəsi,

Bakı, Azərbaycan AZ1014

 

17 thoughts on “Almaniyada Magistr Təhsili – Mühəndislik”

  1. Salam. Azərbaycanda komputer mühəndisliyi üzrə bakalavr təhsili alan tələbə bu ixtisas üzrə magistr təhsilini Almaniyanda (Technical University of Munich’də) ala bilər?

    1. Salam NDU universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyini oxumuşam Almaniyada buna uyğun oxuya biləcəyim magistr ixtisası var?

  2. Salam,mən hal hazırda kimya mühəndisliyi üzrə oxuyuram.Almanyada tibb ya da molecular biology oxuya bilərəmmi pulsuz? ielts alman dili ve gpa şərtlərini yerinə yetirsəm

  3. Salam. Mən Bakı Dövlət Universitetində fizika tələbəsiyəm. Almaniyada mənim ixtisasıma uyğun magistr proqramı varmı? Varsa hansılardır?

  4. Salam. Almaniyada IT ixtisasi uzre magistr ucun gpa ve ielts ne qeder teleb olunur? Dovlet universitetlerinde odeniw ne qederdir? Odeniwsiz ucun ne teleb olunur odeniwli ucun ne?