Ümumi Məlumat

Anglia Ruskin Universiteti Böyük Britaniyanın şərqində Cambridge, Chelmsford və Peterborough şəhərlərində kampusları olmaqla dünyanın hər bir yanından 39 400-ə yaxın tələbəyə sahibdir. Universitet 1858-ci ildə William John Beamont tərəfindən əsası qoyulmuşdur və bir müddət Anglia Polytechnic adlandırıldı. 1992-ci ildə Universitet statusunu aldı və 2005-ci ildə adını Anglia Ruskinə (John Ruskinin şərəfinə) dəyişdirdilər.

Universitetdə həm əyani, həm də distant proqramlar tədris olunur. Distant proqramı üzrə bakalavr və magistr dərəcələrində iqtisadiyyat və bizneslə əlaqəli (biznes, marketinq, insan resurslarının idarəedilməsi) ixtisaslar təklif edilir.

Dünyada Nüfuzu

Universitet hər il 2 minə yaxın biznes müəssisəsinin daha sürətli böyüməsinə köməklik göstərir və əməkdaş təşkilatlara təhsil və kommersiya baxımından dəstək olur. Statistikaya görə universitet məzunlarından hər 10-dan 9-u məzun olduqdan sonra 6 ay ərzində iş tapa bilmişdir. Hər 4 tələbədən 3-ü isə davamlı işlə təmin edilmiş və digər həmkarlarını göstəricilərdə qabaqlaya bilmişdi. 22 dərəcə proqramı isə 100 faizlik tələbə məmnuniyyətli ilə tədris edilir. Times Higar Educationun 2014 buraxılışında Böyük Britaniyanın ən yaxşı biznes mühitli universiteti seçilmişdir.

Bakalavr və Magistr Proqramları
  • Accounting and Finance
  • Architecture
  • Audio and Music Technology
  • Banking and Finance
  • Biomedical Science
  • Business and Tourism
  • Business Information Systems
  • Business Management
  • Civil Engineering
  • Computer Science
  • Electronic Engineering
  • Fashion Design
  • Film Studies
  • Finance
  • Finance and Economics
  • Graphic Design
  • Interior Design
  • International Business Management
  • Law
  • Marketing
Distant Proqramlar
  • MBA (Management Consultancy)
  •  MBA (Finance)
  • MBA (Marketing)
  • MBA (Law)
  • MSc Information Systems
  • MSc Information Systems (Mobile Systems)
  • MSc Information Systems (Systems Security)
  • MSc Telecommunications
  • MSc Strategic Engineering Management
  • MSc Strategic Project Management
  • MA Strategic Human Resource Management
  • MA Strategic Marketing
  • BA Business
  • BSc Computing
  • BSc Computing (Information Management)
  • BSc Computing (Mobile Computing)
  • BA Business and Computing
  • BA Business (Finance)
  • BA Business  (Marketing)
  • BA Business (Tourism)
  • BA Business (Human Resource Management)
  • BSc Psychology Degree (Applied)
Anglia Ruskin Universitetinin Təqdimatı
Təhsil Alan Tələbələrimiz

University of Debrecenin hər fakültəsinin özünün ayrıca korpusu var. Universitetin həyəti çox böyükdür: bank, xəstəxanalar, idman zalları, futbol və tennis meydançaları və s. yerləşmişdir. CELT-in İçərişəhər ofisinin xaricdə təhsil xidmətinin dəstəyi ilə burada təhsil alıram. Xidmətinizdən çox razı qaldım. Təşəkkürlər.

Nadir Vəliyev. University of Debrecen- Business Foundation

Nadir Vəliyev

Mən ilk dəfə Coventry University-ni seçəndə əsas fikir verdiyim səbəb universitetin reytinqdə sürətlə qalxmasıdır. İlk öncə onu deyə bilərəm ki, Coventry əsl tələbə şəhəridir və burada hər şey tələbələrin rahatlığı üçün qurulub. Universitetdə ən çox xoşuma gələn xüsusiyyət isə təbələrə çox güclü dəstək olmalarıdır. Bir sözlə, universteti seçən tələbə peşman olmaz. CELT Colleges-in xaricdə təhsil şöbəsinə mənə bu imkanı yaratdığına görə təşəkkür edirəm!

Azər Rüstəmov. Coventry University- Oil and Gas Management

Azər Rüstəmov

Xaricdə təhsil almaq barəsində qərar verəndə qeydiyyat, viza və digər sənədləşmə işləri üçün ilk seçimimiz Celt Colleges oldu. Elgün Kərimov və Anar Qurbanzadənin köməkliyi və dəstəyi sayəsində Glasgow Caledonian University-nin tələbələri olduq. Universititet Şotlandiyanın İqtisadiyyat və Tibb üzrə ixtisaslaşmış ən yüksək səviyyəli universitetlərindən biridir. Bu universitetdə tələbə adını almaqda bizə göstərdikləri xidmət üçün Celt İçəri şəhər korpusunun əməkdaşlarına öz dərin minnətdarlığımızı bildiririk.

Sənan Qüdrətli və Aysel Elbrus qızı- Glasgow Caledonian university- MSc International banking, Finance and Risk management.

Aysel və Sənan Qüdrətli
Qəbul üçün Bizə Müraciət Edin

Mesaj Göndərinclear