Azərbaycanda yoxsa Xaricdə təhsil?

Hər bir valideyn öz övladını yüksək dərəcəli təhsil ilə təmin etməyi özünə borc bildiyi üçün onların ən gözəl universitetdə təhsil almasında seçim etməli olur. Son illərdə bu artan marağı nəzər alaraq bu mövzuya toxunaraq Azərbaycan universitetlərində yoxsa xarici ölkələrdə təhsil almağın üstünlüklərini açıqlamğa çalışacam.

Almaniyada Təhsil

Azərbaycan müstəqilliyini yeni qazandığı illərdə məzunların əsas marağı Azərbaycanın əsas universitetlərində təhsil almaq idi. İllər keçdikcə, Azərbaycan Avropaya daha yaxınlaşdıqca, orta məktəb məzunlarının da xaricdə yəni Avropa və Amerika universitetlərində təhsil almağa başladılar. Bu irəliləyiş Azərbaycanın xarici ölkələrdə diasporasının formalaşmasında da öz rolunu göstərmişdir. Bundan əlavə daha çox gənclərin bu marağı Azərbaycandakı inkişafa öz təsirini göstərmişdir.

Bunun əhəmiyyətini qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti 2007-2015-ci illər ərzində Azərbaycanlı gənclərin xaricdə təhsil almaları üçün təqaüd proqramının sərəncamını imzaladı. Bu proses bütün ixtisasları əhatə etməsə də, gənclərin xaricdəki universitetlərdə oxumasına diqqəti iki qat artırdı. Hal-hazırda Təhsil Nazirliyi tərəfindən təşkil olunan bu proses öz nəticələrini verməkdədir.

CELT Xaricdə təhsil şöbəsinin 2003-cü ildən bəri statistikaların nəticələrinə görə xarici universitetlər yerli universitetlərə nisbətən aşağıdakı kimi müqayisə olunur

Təhsil keyfiyyəti və Təcrübə

Təhsil və təcrübə baxımdan xarici universitetlər Azərbaycandakı universitetlərdən bir neçə dəfə üstündür. Lakin bunu bütün sahələrə aid etmək olmaz. Neft-qaz sənayesi ilə bərabər bir neçə sahə var ki, Azərbaycan universitetləri kifayət qədər yüksək reytinqə və təcrübəyə malikdir.

Maliyyə və Müqayisə

Azərbaycanda ödənişsiz universitetlərlə bərabər təhsil haqlarının artdığı bir vaxtda xaricdə ən məşhur universitetlərtamamilə pulsuzdur.  Norveç, Almaniya, Fransa və Çexiyanın ən məşhur universitetləri Azərbaycan əksər universitetlərindən daha az ödəniş tələb və ya tamamilə ödənişsizdir.

Amerika, İngiltərə, Kanada və Azərbaycan

Bəli, Azərbaycandan başqa bu ölkələrdəki universitet təhsil haqları çox yüksəkdir və çox az Azərbaycanlı bu ödənişləri təmin edəcək imkanındadır. Buna baxmayaraq, bu ölkələrdəki təhsilin keyfiyyəti və reytinqi dünyanın ən qabaqcıl yüz universitetinə rəhbərlik edir. Buna baxmayaraq Azərbaycanlıların bəzi ixtisaslar üzrə təhsil almaları üçün Təhsil Nazirliyi tam maliyyə dəstəyi verir. Deməli Azərbaycanlılar öz imkanları çatmayan universitetlərdə belə bu imkandan yararlana bilərlər.

Türkiyə və Azərbaycan

Xaricdə Təhsil

Türkiyə universitetləri də Azərbaycanlıların ən çox istiqamət aldığı ölkələrdəndir. Lakin Türkiyədə elə ixtisaslar var ki,bu ixtisaslar Azərbaycanlılar üçün o qədər də maraqlı deyil. Bununla belə TQDK testi vasitəsi ilə və şəxsi müraciət ilə Türkiyənin tanınmış universitetlərində təhsil almağa dəyər. Tibb, Mühəndislik, Kompyuter elmi və digər önəmli sahələr tələbələrin Türkiyədə oxumaq üçün üstün tutduğu ixtisaslardır.

Hansı ixtisaslar?

Hər bir dövlət, daha dəqiq universitet müəyyən sahəyə görə çox məşhurdur. Ona görə də seçim edərkən universitetin adına görə məşhur olmağına deyil, onun sizin üçün nə qədər əhəmiyyətli olduğuna baxmaq lazımdır. Əgər hər hansı ixtisas Azərbaycanda rahatlıqla alına bilən ixtisasdırsa, onun üçün xaricə getməyə dəyməz və ya buna görə dövləti ziyana salmaq məsləhət deyil. Azərbaycana lazım olan ixtisaslara maraq bugünki gənclərin əsas protiteti olmalıdır.

Kompyuter elmi, dəqiq elmlərin mühəndisliyi, müəyyən neft-qaz sahəsinə aid olan xüsusi ixtisaslar dövlət üçün daha maraqlı ola bilər. Çünki bu ixtisaslara Azərbaycanda güclü ehtiyac var. Bundan əlavə Təhsil Nazirliyi Azərbaycanı xaricdə güclü təmsil edə biləcək insanlara da müəyyən ixtisaslar üzrə humanitar da olsa təhsil almaqlarında maraqlı ola bilər.

Sonda bildirmək istəyirəm ki, mövzuya kifayət qədər aydınlıq gətirməyə çalışdım və sizin fikirlərinizi eşitmək bizim üçün çox önəmlidir.

CELT Colleges (Baş Ofis)

Məmməd Əfəndiyev küç. 6

İçəri şəhər metrosu ( Axundov Bağı)

Tel: 012 492 6853

118 thoughts on “Azərbaycanda yoxsa Xaricdə təhsil?”

  1. SAT-1 imtahanı versəm Türkiyədə pulsuz Tibbə düşə bilərəm? Ümumiyyətlə, SAT imtahanında pulsuz ixtisas var? Cavablandırardınız zəhmət olmasa.

      1. Salam men ielts ya sat yadaki başqa imtahanlardan yüksek netice göstersem pulsuz tehsil almağım mümkündür və mümkündürse nece ala bilerem ?

    1. Bu yalnız həmin universitetin o biri universitet ilə müqaviləsindən asıldır. Sərbəst getsəniz hər universitetin öz xərci ayrı olacaq.

    <