Azərbaycanda yoxsa Xaricdə təhsil?

Hər bir valideyn öz övladını yüksək dərəcəli təhsil ilə təmin etməyi özünə borc bildiyi üçün onların ən gözəl universitetdə təhsil almasında seçim etməli olur. Son illərdə bu artan marağı nəzər alaraq bu mövzuya toxunaraq Azərbaycan universitetlərində yoxsa xarici ölkələrdə təhsil almağın üstünlüklərini açıqlamğa çalışacam.

Almaniyada Təhsil

Azərbaycan müstəqilliyini yeni qazandığı illərdə məzunların əsas marağı Azərbaycanın əsas universitetlərində təhsil almaq idi. İllər keçdikcə, Azərbaycan Avropaya daha yaxınlaşdıqca, orta məktəb məzunlarının da xaricdə yəni Avropa və Amerika universitetlərində təhsil almağa başladılar. Bu irəliləyiş Azərbaycanın xarici ölkələrdə diasporasının formalaşmasında da öz rolunu göstərmişdir. Bundan əlavə daha çox gənclərin bu marağı Azərbaycandakı inkişafa öz təsirini göstərmişdir.

Bunun əhəmiyyətini qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti 2007-2015-ci illər ərzində Azərbaycanlı gənclərin xaricdə təhsil almaları üçün təqaüd proqramının sərəncamını imzaladı. Bu proses bütün ixtisasları əhatə etməsə də, gənclərin xaricdəki universitetlərdə oxumasına diqqəti iki qat artırdı. Hal-hazırda Təhsil Nazirliyi tərəfindən təşkil olunan bu proses öz nəticələrini verməkdədir.

CELT Xaricdə təhsil şöbəsinin 2003-cü ildən bəri statistikaların nəticələrinə görə xarici universitetlər yerli universitetlərə nisbətən aşağıdakı kimi müqayisə olunur

Təhsil keyfiyyəti və Təcrübə

Təhsil və təcrübə baxımdan xarici universitetlər Azərbaycandakı universitetlərdən bir neçə dəfə üstündür. Lakin bunu bütün sahələrə aid etmək olmaz. Neft-qaz sənayesi ilə bərabər bir neçə sahə var ki, Azərbaycan universitetləri kifayət qədər yüksək reytinqə və təcrübəyə malikdir.

Maliyyə və Müqayisə

Azərbaycanda ödənişsiz universitetlərlə bərabər təhsil haqlarının artdığı bir vaxtda xaricdə ən məşhur universitetlərtamamilə pulsuzdur.  Norveç, Almaniya, Fransa və Çexiyanın ən məşhur universitetləri Azərbaycan əksər universitetlərindən daha az ödəniş tələb və ya tamamilə ödənişsizdir.

Amerika, İngiltərə, Kanada və Azərbaycan

Bəli, Azərbaycandan başqa bu ölkələrdəki universitet təhsil haqları çox yüksəkdir və çox az Azərbaycanlı bu ödənişləri təmin edəcək imkanındadır. Buna baxmayaraq, bu ölkələrdəki təhsilin keyfiyyəti və reytinqi dünyanın ən qabaqcıl yüz universitetinə rəhbərlik edir. Buna baxmayaraq Azərbaycanlıların bəzi ixtisaslar üzrə təhsil almaları üçün Təhsil Nazirliyi tam maliyyə dəstəyi verir. Deməli Azərbaycanlılar öz imkanları çatmayan universitetlərdə belə bu imkandan yararlana bilərlər.

Türkiyə və Azərbaycan

Xaricdə Təhsil

Türkiyə universitetləri də Azərbaycanlıların ən çox istiqamət aldığı ölkələrdəndir. Lakin Türkiyədə elə ixtisaslar var ki,bu ixtisaslar Azərbaycanlılar üçün o qədər də maraqlı deyil. Bununla belə TQDK testi vasitəsi ilə və şəxsi müraciət ilə Türkiyənin tanınmış universitetlərində təhsil almağa dəyər. Tibb, Mühəndislik, Kompyuter elmi və digər önəmli sahələr tələbələrin Türkiyədə oxumaq üçün üstün tutduğu ixtisaslardır.

Hansı ixtisaslar?

Hər bir dövlət, daha dəqiq universitet müəyyən sahəyə görə çox məşhurdur. Ona görə də seçim edərkən universitetin adına görə məşhur olmağına deyil, onun sizin üçün nə qədər əhəmiyyətli olduğuna baxmaq lazımdır. Əgər hər hansı ixtisas Azərbaycanda rahatlıqla alına bilən ixtisasdırsa, onun üçün xaricə getməyə dəyməz və ya buna görə dövləti ziyana salmaq məsləhət deyil. Azərbaycana lazım olan ixtisaslara maraq bugünki gənclərin əsas protiteti olmalıdır.

Kompyuter elmi, dəqiq elmlərin mühəndisliyi, müəyyən neft-qaz sahəsinə aid olan xüsusi ixtisaslar dövlət üçün daha maraqlı ola bilər. Çünki bu ixtisaslara Azərbaycanda güclü ehtiyac var. Bundan əlavə Təhsil Nazirliyi Azərbaycanı xaricdə güclü təmsil edə biləcək insanlara da müəyyən ixtisaslar üzrə humanitar da olsa təhsil almaqlarında maraqlı ola bilər.

Sonda bildirmək istəyirəm ki, mövzuya kifayət qədər aydınlıq gətirməyə çalışdım və sizin fikirlərinizi eşitmək bizim üçün çox önəmlidir.

CELT Colleges (Baş Ofis)

Məmməd Əfəndiyev küç. 6

İçəri şəhər metrosu ( Axundov Bağı)

Tel: 012 492 6853

118 thoughts on “Azərbaycanda yoxsa Xaricdə təhsil?”

  1. SAT-1 imtahanı versəm Türkiyədə pulsuz Tibbə düşə bilərəm? Ümumiyyətlə, SAT imtahanında pulsuz ixtisas var? Cavablandırardınız zəhmət olmasa.

      1. Salam men ielts ya sat yadaki başqa imtahanlardan yüksek netice göstersem pulsuz tehsil almağım mümkündür və mümkündürse nece ala bilerem ?

    1. Bu yalnız həmin universitetin o biri universitet ilə müqaviləsindən asıldır. Sərbəst getsəniz hər universitetin öz xərci ayrı olacaq.

  2. Salam. Men Amerikada pulsuz tibb üzre tehsil almaq isteyirem. Bilmek isteyirem ki orda pre med ve magistr seviyyesi üzre tibb tehsilini dövlet hesabına pulsuz oxuya bilerem? Yeni dövlet bunu maliyeleşdire biler? bilerse ne etmeliyem kime müraciet etmeliyem? Bu mövzu olu bağlı kömek etseniz şad olaram

  3. Salam bawliqda yazdiginiz olkelerden bawqa olkelerde tehsil almaq mumkundurmu? Meselen California Los Angeles..dovlet terefinden ne zaman qarsilanar tehsil xercleri orada ve hansi imtahanlar lazimdir?

    1. Salam. Dövlət tərəfindən qarşılanma çoxdan bağlanıb. Elə bir şey yoxdur. Macarıstan dövləti təqaüd verir ona gedə bilərsiniz ama bizim dövlət bir şey vermir indi

  4. Evvela salam. Admin men Ingilterede yay tehsiline getmek isteyirem ozumun 16 yawi var , ona gore esas mene hansi senetler lazimdir onu bilmek isteyirem ve ne qeder xerc tutacag , Imkan olsa cvb yazarsiz)

  5. salam men turkiyeye imtahan vermek isteyirem pullu yada pulsuz esas oduki qebul olum mene komek edin nece ede bilerem imtahan hacandu ve ne senedler lazimdu tecili xeber gozliyrem xahiw edirem tez xeber verin buda nomrem(070-921-30-28)gozliycem

    1. Fərid Kərimov (Admin)

      Nuran, Türkiyə üçün SAT imtahanı tələb olunur. bu imtahan May və İyun aylarında olacaq. Amma imtahan yerlər dolub. hələ ki yer yoxdu bu imtahana. Amma başqa variant var. TOEFL və yaxud da IELTS imtahanı verərək Türkiyənin özəl universitetlərində təhsil aala bilərsən

  6. salam. men liseyin 2ci kursunda oxuyuram. xaricde odenissiz tehsil haqqinda maraqlaniram zehmet olmasa mene melumat vererdizde.

    1. Fərid Kərimov (Admin)

      Salam. Xaricdə ödənişsiz təhsil sadəcə dövlət proqramıyla ola bilər. Bunun üçün Təhsil Nazirliyindən maraqlanın.

    1. Fərid Kərimov (Admin)

      Salam. Bize muraciet ede bilersiniz. 012 492 68 53.
      Şərtlər ən birincisi ingilis dilin bilməkdir və TOEFl və yaxud da IELTS imtahani vermək

  7. salam.bilirem ama azerbaycanda iqtisad.aqrar.unversitetlerinde kecirilir.diller unversitetide kecmeye hazirlasir.Umid ediremki bizde bu tehsil novu taninar/ bizde 2-3 ile taninar.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next