Mövzu ilə əlaqədar internetdə bir qədər axtarışlar apardım. Onu qeyd edim ki, Azərbaycan dilində bu haqda heç bir məlumat tapmaq mümkün deyil. Sadəcə İngilis dilində və digər dillərdə məlumat tapmaq olar. Təbii ki, Azərbaycan dilində bu haqda məlumat olmadığından bir çox insanların TEFL / TESOL proqramının nədən ibarət olduğundan məlumatı yoxdu. Bu yazıda TEFL / TESOL haqqında əldə etdiyim məlumatları sizlərlə bölüşəcəyəm.
TEFL /TESOL nədir?
Bu proqram ilk dəfə ABŞ – da yaranmışdır. İlk vaxtlar insanların az diqqətin cəlb etsə də sonralar dünyada
məşhurlaşmışdır. Proqram İngilis dili müəllimləri üçün nəzərdə tutulmuşdur. İngilis dili müəllimliyi üzrə pedoqoji biliklərini artırmaq istəyənlər, professional İngilis dili müəllimi olmaq istəyənlər bu proqramdan istifadə edə bilər. Siz TEFL/ TESOL kursunu keçib sertifikat əldə etdikdən sonra həm Azərbaycanda, həm də dünyanın istənilən ölkəsində İngilis dili dərsləri tədris edə bilərsiniz. TEFL / TESOL kursu zamanı həm nəzəri dərslər, həm də praktik dərslər keçirilir. Nəzəri dərslərdə təcrübəli bir müəllim kimi formalaşmaq, fərqli dərs metodikaları və yanaşmalarla tanış olub onları öyrənirsiniz.Bundan əlavə siz nəzəri dərslərdə sinfin idarə olunması, dərslərdə vaxtı bölüşdürmək kimi qaydaları beynəlxalq səviyyədə öyrənmək imkanınız olacaqdır. Bunula bərabər, İngilis dilinin fonetikasını, morfologiyasını və sintaktika bölmələrini öyrənmək imkanınız vardır. Praktik dərslərdə siz nəzəri dərslərdə öyrəndiklərinizi tətbiq etməyə başlayacaqsınız. Kursu bitirdikdə sizə sertifikat verilir. Sertifikatı əldə etmək bir o qədər də asan deyil. Siz bunun üçün kurs keçdiyiniz müddətdə verilən tapşırıqları uğurla yerinə yetirməlisiz.
Lakin sertifikat almaq üçün konkret imtahan tələb olunmur. Siz kurs müddətində yazdığınız inşalar, esselər və digər yazılar bir yerə toplanaraq yoxlanılıb qiymət verilir. Əgər siz kurs müddətində bütün çalışmalarınızı yerinə yetirminizsə, o zaman sizin sertifikat almağınızda heç bir problem olmayacaq. Sizə verilən sertifikat üç səviyyədə olur:
- Pass Grade- Kafi ( 50% - dən yuxarı)
- Merit-based Grade – orta ( 65% - dən yuxarı)
- Distinction Grade - əla ( 85% - dən yuxarı)
TEFL /TESOL kursunun üstünlükləri nədir?
- Professional İngilis dili müəllimi olmaq
- Dünyanın istənilən ölkəsində İngilis dili tədris etmək imkanı
- Yüksək məvacibli iş imkanları
- Pedoqogika sahəsində mühüm bilikləri əldə etmək
TEFL /TESOL necə əldə etmək olar?
Bu proqram neçə illər idi ki, Azərbaycanlılar üçün əlçatmaz olmuşdur. Xaricdə bu kursu keçmək bahalı olduğundan Azərbaycanlılar üçün müşkül məsələ olmuşdur. Lakin artıq belə problem qalmayıb. TEFL / TESOL kursunu İngilis dili müəllimləri artıq Azərbaycanda da keçə bilərlər.
CELT şirkətində fəaliyyət göstərən TEFL/ TESOL kursları sizin karyeranızın inkişafında mühüm xidmətləri olacaqdır. Kursun keçirilmə müddəti 3 aydır. Kurs keçib bitirdikdən sonra siz həyatınızda və karyeranızda olan dəyişikliklərin şahidi olacaqsınız. Arzularınız reallığa çevriləcək. Beləliklə, siz CELT şirkətində 3 ay müddətində bu kursdan keçə bilərsiniz.
Əlaqədar yazı yoxdur.











salam mən Gəncə səhərində isləyirəm bilmək istəyirəm Gəncədə var sizin kurslar.
Xeyr yoxdur
salam. sizin bu kurslar sumqyitda olur?
Xeyr
Salam Fərid bəy. bəs distant vasitəsilə bu kurslarda oxumaq olar? və kursun ödəmə qiyməti nə qədərdir?
Xeyr mümkün deyil
Salam Fərid bəy men bu kursda oxumaq istəyirəm, lakin müəyyən səbəblərdən mənim iyun ayinin birindən sentiyabr ayının birinə qədər boş vaxtim olur.
Bu aylarda mən burada oxuya bilərəm? (iyun, iyul, avqust)
Ümumiyyətlə TEFL kursuna hansı səviyyəli bilik lazımdır?
Burada təhsil haqqi nə qədərdir?
Sıfırdan başlasam nə qədər müddətdə İngilis dilini mükəmməl öyrənə bilərəm?
Xəlil bu kurs müəyyən müddətə dayandırılıb.Müəyyən səbəblərdən hal -hazırda bu kurs fəaliyyət göstərmir.
Fərid bəy size öz təşəkkürümü bildirirəm. Amma bir sualda verim. Hansı kursa yazilmaq olar? (Sizde)
Ümumi ingilis dili kursları var. TOEFL, IELTS kursları. Həmçinin Xaricdə Təhsil mərkəzi də fəaliyyət göstərir
celtin bir telebesi kimi melim olmaqi arzulayardim
Mende celin bir telebesi kimi mellim vezifesinde calismaq isteyerdim
Men Celt collecin bir telebesi kimi Muellim olmaq isteyirem