CELT Colleges bir neçə ildir ki, Work and Travel proqramı ilə Amerika Birləşmiş Ştatlarına Azərbaycanlı tələbələr göndərir. Tələbələrin bu fürsətədən istifadə edərək həm orada işləmək, həm də İngilis dili biliklərini artırmaq imkanları vardır. Hər il yay tətili zamanı tələbələr bu proqramdan istifadə edərək Amerikanı real olaraq görə bilərlər.
Üstünlükləri:
- Amerikada istədiyiniz işlə təmin olunmaq
- Amerikanın mərkəzində İngilis dilini öyrənmək imkanı
- Amerikalıların və müxtəlif millətlərin mədəniyyətləri ilə tanış olmaq fürsəti
- Amerikada iş təcrübəsi qazanmaq və bundan faydalanmaq imkanı
İş Saatları və Gəlir
Həftədə 35-40 saat işləməklə, işi dəyişmək və ya əlavə saat götürmək sizin istəyinizdən asılıdır. İşlər saatla olduğundan az saat işləmək az gəlir əldə etmək demədkir. Ümumiyyətlə, 1 saatlıq iş üçün gəlir ştatdan-ştata dəyişərək 7-10 dollar arasında olur. Əgər daha çox işləmək istəyirsinizsə, o zaman normal iş saatlarından əlavə işləməklə daha çox qazanc əldə etmək olar.
Ümumiyyətlə bir ay ərzində normal iş saatlarında işləsəniz, 4500-5000 Amerika dolları arasında gəlir əldə edə bilərsiniz.
Qəbul Şərtləri:
- 18-25 yaş arasında olmaq
- orta səviyyədə ingilis dilini bilmək
- universitet tələbəsi olmaq
Qeyd: Xarici Tələbələr 2010 Work and Travel USA proqramına Azərbaycandan müraciət edə bilərlər.
Təklif olunan işlər
- Müştəri Xidmətləri
- Marketlərdə Satıcılıq
- Əyləncə mərkəzi işləri
- Restoran işləri
- Mühafizə işləri
- Hotel idarə işləri
- Nəqliyyat işləri
Yaşayış İmkanları:
Siz aşağıdakı yaşayış növlərindən birini seçə bilərsiniz.
1) Bəzi iş sahibləri tələbələrə özləri qalmaq üçün yer təklif edə və maaşlarından bunu götürə bilərlər.
2) CELT Colleges öz tələbələrinə ən münasib qiymətlərlə ev tapmaqda kömək edir və onlara şərait barədə xəbər verir.
Əgər ingilis dili biliklərinizi genişləndirmək, dünya görünüşünüzü artırmaq və müxtəlif millətlərlə tanış olmaq istəyirsinizsə, Work and Travel proqramı sizin üçün ən əlverişli proqramdır.
Qeydiyyat və əlavə məlumat üçün bizimlə əlaqə saxlayın






Son Şərhlər