Bakıda keçirilən İngilis dili dərslərinə əlavə olaraq, biz, tələbələrin dil qabiliyyətini artırmaq məqsədilə İngilis dilinin
mədəni ocağı sayılan ingilisdilli ölkələrdə onlar üçün təhsil alma imkanı yaradırıq. İngilis dili məşğələləri xarici ölkələr arasında başlıca olaraq Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarında keçirilir.
ABŞ-da dil məşğələləri
Adətən, ABŞ-da tələbələrə azad seçmə hüququ verilmir. Lakin, bu hüquq VİP tələbələrə şamil edilə bilər.
Məşğələlər ABŞ-da şəhərlərin əsasən hər cür şəraitə malik mərkəzi hissələrində keçirilir. Ona görə də, tələbələr orada qaldıqları vaxt ərzində geniş xidmətlərdən istifadə edərək, müxtəlif məşğuliyyətlərdə fəal iştirak edə bilərlər.
- Manhattan, New York City
- Fort Lauderdale, Miami
- San Francisco, California
- Boston City, Massachusetts
Siz, nəyi, harada, necə və nə vaxt öyrənməyi sərbəst və büdcənizə uyğun şəkildə seçə bilərsiniz. Bu, əsas ABŞ şəhərlərinə məşğələlərini və səfərlərini özü sifariş etməyi üstün tutan insanlar üçün ideal üsuldur.
Buna baxmayaraq, tələbələrin təhsil almalarını uğurla həyata keçirmək üçün ABŞ-da fasiləsiz kurs seçmə hüququ da vardır. Belə kurslarda ən qısa təhsil alma müddəti 2 aydan 6 aya qədərdir.
Böyük Britaniyada dil məşğələləri
BB-da dil dərsləri iki kateqoriyaya ayrılır: VİP və fasiləsiz məşğələlər. Adətən, VİP məşğələlərə yüksək keyfiyyətə malik dərslər, hər cür şəraiti olan qalmaq üçün yerlər və qida (həmçinin sifarişlə yemək) daxil edilir. Belə məşğələlər şəhərlərin mərkəzi yerlərində tələbələrin yaşadığı binalarda və yaxud yaxınlıqda yerləşir. Məşğələlər BB-ya gələrək, İngilis dili üzrə biliyini təkmilləşdirməkdən zövq almaq istəyən insanlar üçün çox əlverişlidir.
Sadə İngilis dili kursları “GENERAL-Standard English” adlanır və həftədə 15 saat keçirilmək şərtilə, orta bilik səviyyəsinə yiyələnməyə kömək edir. BB-da belə kurslar tələbələrə vaxtını səmərəli və əyləncəli keçirərək, digər fəaliyyət növlərində iştirak etmə imkanı verir.
Fasiləsiz məşğələlər isə, vaxtını yalnız İngilis dilini öyrənməyə sərf etmək istəyən tələbələr üçün nəzərdə tutulur. Onların əsas məqsədi tələbələrin mümkün qədər qısa vaxt çərçivəsində dili mənimsəmələrinə və yaxud əvvəlki biliklərini təzələmələrinə yönəldilmişdir. Fasiləsiz məşğələlərə qısa zaman ərzində yüksək səviyyədə İngilis dilinin öyrənilməsi və ya TOEFL/İELTS imtahanlarına hazırlıq daxil edilir. Burada tələbələr adətən ucuz, həmçinin təhlükəsiz yerdə məskunlaşmağı seçirlər ki, bu da onlara şəxsi vəsaitlə yanaşı, vaxtın qənaət edilməsində kömək edir.
Əlaqə vasitələri:
Tel: 012 492 6853
E-poçt: celt@celt.az






Son Şərhlər