Beynəlxalq mühasibatlıq

`CELT Colleges` sizə “Beynəlxalq muhasibatlıq” treyninqini təqdim edir. Treyninq mühasibat uçotunun beynəlxalq standartları çərçivəsində aparılacaq, həm nəzəri, həm də praktiki materiallar əsasında tədris təklif olunur (qeyd: əhatə olunan materiallar ACCA (Mühasibat uçotu Beynəlxalq Assosiasiyası) tərəfindən tam təsdiq olunmuş rəsmi materiallardır). Treyninqin sonunda iştirakçılar aşağıdakıları icra edə biləcəklər: mühasibatlıq anlayışı, mühasibat məlumatı, mühasibat bərabərliyi; mühasibat jurnalına qeydlər:  satış, alış, ödənişlər və xərclər; mənfəət və zərərlər uçotu; əlavə dəyər vergisinin uçotu; cari aktivlərin uçotu; mal-materiallların qiymətləndirilməsi; sınaq balans, maliyyə hesabatlarının və yekun / açılış qeydlərin edilməsi, idarəetmə uçotu anlayışı və daha artıq.

Proqram:

 Mühasibat informasiya sistemi kimi (users of accounting information)

Aktivlər, öhdəliklər və kapital (Balance sheet items)

Mühasibat uçotu əməliyyatları tanınması. Hesablar və mühasibat  kitabları (accounting books and double-entry)

 Mənfəətin hesablanması (revenues and expenses)

 Mal-materialların uçotu (Inventory accounting, FIFO&LIFO and creative accounting)

Şirkətin maliyyə vəziyyətinin dəyərləndirilməsi (Financial performance evaluation and financial analysis)

Mühasibatlıqda vergilər (ƏDV daxil) (Tax accounting)

Mənfəət və Zərər hesabatı (Profit and Loss or Income Statement) və Pul vəsaitlərinin hərəkəti Hesabatı (Cash flow statement)

İdarəetmə uçotu  (Management accounting)

İllik hesabat (Annual accounts)

Təkrar

Qeyd: Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq sertifikat təqdim olunacaq (Azərbaycan daxilində tanınacaq). Həmçinin iştirakçılara ACCA imtahanlarına hazırlıqda tam dəstək təmin olunacaqdır.

Treyninq CELT ofisdə təşkil olunacaqdır.

Müddət: 2 ay (1 ay intensiv kurs da mövcuddur). Azərbaycan və ingilis dilində qruplar mövcuddur (ingilis dili seçənlər üçün səviyyə minimum intermediate və ya upper olmalıdır)

Dərslər həm fərdi həm də qrupda təklif olunur.

Qiymət (2 ay daxil):

fərdi:  700 manat
qrup:  500 manat
QEYDİYYAT ÜÇÜN ƏLAQƏ VASİTƏLƏRİMİZ

Tel: (012) 493 48 18, (012) 493 77 42   mobile: 051 667 51 24
E-poçt: celt@celt.az  (eliyev_servet@mail.ru)
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 18D (Sahil metrosu)