Beynəlxalq Əlaqələr (International Relations) dünyanın ən öndə gedən ixtisaslarındandır. Amma son zamanlar beynəlxalq əlaqələr üzrə iki sahə önə çıxmışdır və bu da öz növbəsində tələbələr arasında çaşqınlıq yaradır. Beynəlxalq əlaqələr həm Azərbaycan, həm də dünyada ya siyası yönümlü ya da biznes yönümlü olur. O səbəbdən xarici universitetlərə beynəlxalq əlaqələr üzrə müraciət edəndə hansı sahəyə aid olduğuna mütləq fikir verin.
Xaricdə bu ixtisas üzrə təhsil almaq üçün bir sıra nüfuzlu universitetlər mövcüddür. Onları sizin üçün sıralayacayıq, amma bu demək deyil ki, bundan başqa universitetlər yaxşı deyil. Tam əksinə, hər kəs özünə uyğun universitet seçməlidir. Normalda dünya reytinqdə yüksək yerlər tutanlar yüksək ödəniş tələb edən universitetlərdir. Başqa daha aşağı ödənişli olanlar da var.
Siyasət üzrə beynəlxalq əlaqələr ixtisasına görə dünyanın 10 ən populyar universiteti:
- Harvard University
- University of Oxford
- London School of Economics and Political Science
- Sciences Po
- University of Cambridge
- Yale University
- Stanford University
- The Australian National University
- Princeton University
- University of California, Berkeley
Biznes üzrə Beynəlxalq Əlaqələr üzrə dünyanın ən nüfuzlu 10 universiteti:
- Harvard University
- London Business School
- INSEAD
- Stanford University
- University of Pennsylvania
- Massachusetts Institute of Technology
- University of Cambridge
- University of Oxford
- London School of Economics and Political Science
- Universita Commerciale Luigi Bocconi
Xaricdə təhsil ilə bağlı sualınız olarsa, bizim İçərişəhər və ya Xətai ofisinə müraciət edə bilərsiniz. Əlaqə