Ümumi Məlumat

Əvvəllər Budapest University of Applied Sciences kimi tanınan Budapest Metroploitan University Macarıstanın paytaxtı Budapeşt şəhərində Macarıstan dövləti tərəfindən akkreditasiya olumuş özəl universitetdir. Universitet 2000-ci ildən fəaliyyətə başlayıb və hal-hazırda universitetdə dünyanın hər bir yanından 7 minə yaxın tələbə təhsil alır. Universitet müasir binalara, tələbələrin istirahəti üçün nəzərdə tutulmuş gözəl parkalara sahibdir. Təzəlikcə Avropa Birliyinin dəstəyi ilə 3 milyon avro dəyərində multifunksiyaslı bina inşa etdirmişdir. Universitet biznes və incəsənətlə əlaqəli ingiliscə tədris olunan bir sıra bakalavr və magistr proqramları tədris edir. İngilis dili zəif olanlar üçün bir illk və bir semesterlik hazırlıq proqramları da təklif edir. Universitetə sentyabr və fevral aylarında qəbul keçirilir.

Universitetin Üstünlükləri

Budapest Metropolitan Universitetini bitirən Macar tələbələrin 87 faizi məzun olduqdan sonra 3 ay ərzində iş tapa bilmişdir, tələbələrin 51 faizi hələ universitetdə tədrsi aldığı dövrdə işlə təmin olunmuşdur. 400-dən çox təcrübə proqramı vasitəsilə universitetin əməkdaşlıq etdiyi şirkətlərdə tələbələr professional mühitə cəld edilirlər. Peşəkar müəllim heyəti ilə yanaşı universitet top biznes professionallarını da məruzələrə cəlb etməklə tələbələrə yerindəcə praktiki biliklərlə təmin edirlər. BMU-da mütəxəssis müəllim heyəti və böyük şirkətlərin rəhbərliyi altında komanda və layihə işlərinə cəlb olunaraq universitetdə tədris aldığınız zaman artıq yerindəcə professional təcrübə qazanacaqsınız, bacarıqlarınızı gücləndirəcəksiniz və  komanda şəklində çalışmaqdan həzz alacaqsınız.

Bakalavr və Magistr Proqramları
  • Bir illik və bir semesterlik Foundation
  • Business Administration and Management
  • International Business Economics
  • Finance and Accounting
  • Commerce and Marketing
  • Tourism and Catering
  • Management and Leadership
  • Communication and Media Studies
  • Tourism Management
  • Animation
  • Craftsmanship
  • Film and Media Studies
  • Graphic Design
  • Media Design
  • Television Production Arts
  • Motion Picture Art
  • Interior Design
  • Design and Art Management
Təhsil Alan Tələbələrimiz

Budapest Metropolitan Universiteti təhsil səviyyəsi yüksək olan bir universitetdir. Xüsusilə incəsənət tələbələri üçün praktiki dərslərdə lazımlı şərait yaradılır. Bir çox xaricdə oxuyan tələbənin dediyi bir sözə mən də burda şahid oldum; müəllimlər tələbələrlə çox yaxın münasibət qurur, ciddiyətdən qaçınırlar. Hər biri Macarıstanın son dövrlərdəki incəsənətində xüsusi şəxslər olan müəllimlərdən öyrəniləcək çox şey var. Celt colleges imtahanlardan xaricə gedəcəyiniz son günə qədər dəstək olur və əlbəttə savadlı, köməkcil müəllimləri ilə yadda qalır.

Arzu Əmirli. Budapest Metropolitan University-BA in Film and Media Studies

Arzu Amirli
Qəbul üçün Bizə Müraciət Edin

Mesaj Göndərin