Böyük Britaniya

Birləşmiş Ştatlar

Avropa Birliyi

Türkiyə

Birləşmiş Ərəb Əmirliyi

Kanada

Distant Təhsil

Xaricdə Təhsil Proqramları

Xaricdə Təhsil Proqramları bu gün Azərbaycanda ən çox axtarılan sahədir. Biz CELT şirkəti olaraq 2005-ci ildən daha öz yetişdirmiyimiz tələbələri uyğun Avropa və Amerikada olan universitetlərə, kolleclərə və ya orta məktəblərə yerləşdiririk. Bizim məqsədimiz xaricde tehsil ilə bağlı düzgün konsultasiya vermək və tələblərin arzularını yerinə yetirməkdir.

Avropada Təhsil. Avropada çoxlu ölkə olduğu üçün tələbələrin çoxu Avropa ölkələrində təhsil alır. Əsasən  tələbələr xaricdə oxumaq istədikdə daha çox Böyük  Britaniyada təhsilə maraq göstərirlər. Bu səbəbdən Azərbaycanlı tələbələrin əksəriyyəti Böyük Britaniya universitetlərində təhsil alır.

Amma eyni zamanda Almaniyada təhsil və ödənişi ya heç olmayan və ya az olan Alman universitetləri istedadlı tələbləri özünə çəkə bilir. Amma son zamanlar Almaniyada özəl universitetlər də məşhurlaşmağa başlayıb.

Bundan əlavə Hollandiyada (Niderlanda) təhsil, Polşada təhsil və son zamanlar Macarıstanda təhsil imkanları genişlənib. Macarıstan hökümətinin təqaüd proqramı çoxlu tələbələri özünə cəlb edir. Polşada həm yaxınlığı həm də ucuz təhsil ödənişi hələ Azərbaycanda maraq yaradır.

Avropa birliyi uzvü olmayan ən çox Azərbaycan tələbəsi olan qardaş ölkə Türkiyədir. Attestatla bir başa təhsil və Türk dilinin Azərbaycan dilinə yaxın olması, Azərbaycanlı tələbələri özünə çəkir. Və təbii ki təshil haqqının az olması Türkiyədə təhsili daha cəlbedici edir. Türkiyə dünyada az ölkədəndir ki, TİBB proqramı demək olar ki pulsuzdur.

Amerikada Təhsil. ABŞ və Kanada dünyanın ən öndə gedən universitetlərinə sahiblik edirlər. ABŞ-da olan universitetlərin demək olar ki dünya reytinqinə rəhbərlik edirlər. Amma Amerika Azərbaycana uzaq ölkədir və qəbul üçün əlavə olaraq GRE və ya GMAT istəməsi bu ölkəyə marağı azaldır amma gedən də var. Kanadaya gedən tələbələr Amerikadan daha çoxdur. Kanadada təhsil almaq üçün bir çox üstünlükləri var. Orda qalmaq və yaşamaq şansı, təhsil haqqının Amerikadan ucuz olamsı, bizim attestatla bir başa bakalavra qəbul etməsi və GRE və ya GMAT tələb etməməsi. Bu üstünlüklər Kanada da təshili daha maraqli edir.