Ümumi Məlumat

Colorada State University ABŞ-ın Florida Ştatının Fort Collins şəhərində yerləşən dövlət universitetidir. Fort Collins Kordilyer dağlarının ətəyində yerləşən cəmi 140 min sakinə malik orta ölçülü şəhərdir. Universitet ümümi sahəsi 230 hektara yaxındır. Şəkildən göründüyü kimi universitet böyük ot örtüyünə sahibdir; əsas kampusda 629 metr boyunca 65 qarağac ağacı əkilərək universitetə özünəməxsus gözəllik bəxş etmişdir.Universitetdə hal-hazırda 32 minə yaxın tələbə təhsil alır və universitet bu rəqəmi 2020-ci ilə kimi 35 minə qaldırmağı planlayır. Bakalavr dərəcəsi üzrə 65, magistr dərəcəsi üzrə 55 ixtisas tədris olunur.

Dünyada Nüfuzu

Colorado State University dünya və ABŞ hüdudlarında böyük nüfuza malik təhsil müəssisəsidir. Universitet yenilliyə və araşdırmalara xüsusilə diqqət yetirir. Hər il 300 milyon dollardan çox araşdırmalara maliyyə ayırır və bu göstərici ilə ölkə miqyasında 60-cı, tibbi araşdırmaları nəzərə almasaq 34-cü ən böyük universitetdir.

QS ranking beynəlxalq universitetlərarası liqa cədvəlində əsasən dünya üzrə 441-ci ən güclü universitet hesab edilir. US News dərgisinin ən yaxşı təhsil müəssisələri cədvəlinə əsasən ABŞ-ın 4000-dən çox təhsil müəssisəsi arasında 124-cü pillədə qərarlaşıb.

Bakalavr və Magistr Proqramları
  • Agricultural Business
  • Environmental and Natural Resource Economics
  • Landscape Architecture
  • Accounting
  • Finance
  • Human Resource Management
  • Information Systems
  • Marketing
  • Organization and Innovation Management
  • Real Estate
  • Supply Chain Management
  • Computer Engineering
  • Electrical Engineering
  • Civil Engineering
  • Biomedical Engineering
  • Environmental Engineering
  • Mechanical Engineering
  • Economics
  • Political Science
  • Clinical Sciences
Colorado Dövlət Universitetinin Təqdimatı
Təhsil Alan Tələbələrimiz

Mən Mövlan Aliyev, 5 il bundan öncə CELT Colleges-də tələbə idim. Kursun müəllimlərinin mənə tədrs etdikləri ingilis dili proqramı sayəsində özümün də təəccübləndiyi səviyyədə ingilis dili səviyyəsinə və geniş dünya görüşünə sahib oldum. Onların qətiyyətli və əzmkar səyləri mənim uğurlu nailiyyətlərimə səbəb oldu. Heriot-Watt Universitetində Business Administration & Finance fakültəsində təhsili davam etdirdim. İlk azərbaycanlı olacaq “Azerbaijan Student Society” cəmiyyətini qurdum və prezidenti kimi Diaspora komitəsi və Xarici İşlər Nazirliyi ilə əməkdaşlığa başladım. 3 il ərzində soyqırım və Azərbaycan haqqında bir neçə təqdimatlar həyata keçirdim. Bugünkü bütün uğurlu nəticələrimə görə CELT-ə borcluyam. Onlar həqiqətən təhsilin bir nömrəli adresidir. Tələbəni əzbərçiliyə deyil, texniki və məntiqi təfəkkürünü gücləndirməsini təşviq edirlər.

celt ingilis dili
Movlan Aliyev

Budapest Metropolitan Universiteti təhsil səviyyəsi yüksək olan bir universitetdir. Xüsusilə incəsənət tələbələri üçün praktiki dərslərdə lazımlı şərait yaradılır. Bir çox xaricdə oxuyan tələbənin dediyi bir sözə mən də burda şahid oldum; müəllimlər tələbələrlə çox yaxın münasibət qurur, ciddiyətdən qaçınırlar. Hər biri Macarıstanın son dövrlərdəki incəsənətində xüsusi şəxslər olan müəllimlərdən öyrəniləcək çox şey var. Celt colleges imtahanlardan xaricə gedəcəyiniz son günə qədər dəstək olur və əlbəttə savadlı, köməkcil müəllimləri ilə yadda qalır.

Arzu Əmirli. Budapest Metropolitan University-BA in Film and Media Studies

Arzu Amirli

Elgun is an outstanding study abroad manager and career coach . I highly recommend Elgun. He is results oriented, bringing detailed knowledge to his work. He offers a high level of expertise, broad network and complete integrity.

Səbuhi Yusifbəyli
Accountant / Financial Reporting at Cahan Holding
Qəbul üçün Bizə Müraciət Edin

Mesaj Göndərin