Ümumi Məlumat

Coventry şəhərinin məkrəzində yerləşən eyniadlı universitet daima inkişaf və böyüməni rəhbər tutub və universitet rəhbərliyi növbəti illərdə də daha çox sərmayə yatırmağı planlayır. Biznes müəssisələri və dövlət və könüllü təşkilatlarla olan sıx əməkdaşlıq nəticəsində universitetin tələbələri proyekt və təcrübə proqramlarına qoşulmaqla məzun olduqdan sonra iş tapma imkanlarını genişləndirəcək.

Dünyada Nüfuzu

Coventry University hal-hazırda Böyük Britaniyanın ali təhsil müəssisələri arasında ən yüksək reytinqə malik modern universitetidir. Times və Sunday Times qəzetlərinin keçirdiyi sorğuya əsasən 2014 və 2015-ci illər ərzində ard-arda “İlin ən yaxşı müasir universiteti” mükafatını qazanmışdır.

Nüfuzlu Guardian qəzetinin Universitetlər üçün nəzərdə tutulmuş reytinqində isə Coventry University Böyük Britaniyanın top 15 universiteti arasında yerini möhkəmlədə bilmişdir.

Bakalavr və Magistr Proqramları
  • Accounting and Financial Management
  • Advertising and Marketing
  • Banking and Finance
  • Brand Management
  • Digital Marketing
  • Event Management
  • Finance
  • Human Resource Management
  • International Business Law
  • International Business
  • International Marketing
  • Management
  • International Relations
  • Civil Engineering
  • Computer Science
  • Construction Management
  • Environmental Management
  • Oil and Gas Engineering
  • Oil and Gas Management
  • Software Development və s.
Coventry Universitetinin Təqdimatı
Təhsil Alan Tələbələrimiz

2 aya yaxındır ki, Coventry University-də oxuduğuma baxmayaraq, tədris sistemindən çox xoşum gəldi . İstər müəllimlərin dərsi izahı, istərsə də fənlərin mövzusu hamısı istədiyim kimidir. Ən əsası müəllimlər dərsi bizim daha ratat başa düşəcəyimiz yolla izah edirlər. Universiteti CELT Colleges-dən Anar Qurbanzadə mənə təklif etdi və mən özüm də araşdırdım. Keçilən dərslərin siyahısına baxdıqdan sonra qərara gəldim ki bu universitetdə oxuyum. İndi də burada təhsil almağıma peşman deyiləm.

Qadir Axundov. Coventry University- Mechanical Engineering

Qadir Axundov

Mən ilk dəfə Coventry University-ni seçəndə əsas fikir verdiyim səbəb universitetin reytinqdə sürətlə qalxmasıdır. İlk öncə onu deyə bilərəm ki, Coventry əsl tələbə şəhəridir və burada hər şey tələbələrin rahatlığı üçün qurulub. Universitetdə ən çox xoşuma gələn xüsusiyyət isə təbələrə çox güclü dəstək olmalarıdır. Bir sözlə, universteti seçən tələbə peşman olmaz. CELT Colleges-in xaricdə təhsil şöbəsinə mənə bu imkanı yaratdığına görə təşəkkür edirəm!

Azər Rüstəmov. Coventry University- Oil and Gas Management

Azər Rüstəmov

Coventry University çox müasirdir və ən əsası da öz tələbələrinə fikir verən universitetdir. Tələbənin rahatlığı üçün hər cür şərait yaradıblar. CELT Colleges vasitəsilə universitetlə tanış oldum. Anar bəyə göstərdiyi hövsələyə görə çox sağol deyirəm. Hər şey üçün sağolun!

Elnur Rustamov- Coventry University- MA İnternational Relations

Elnur Rustamov
Qəbul üçün Bizə Müraciət Edin

Mesaj Göndərin