Distant Təhsil ilə bağlı sual və cavablar

Distant Təhsil ilə bağlı sual və cavablar

Distant Təhsil ilə bağlı sual və cavablar yazımız çox önəmli və bugün böyüməkdə olan təhsil növü barədədir. İşləyən və işindən olmadan təhsil almaq istəyən hər kəs bugün distant təhsil alıb tam qanuni və tanınmış bir diploma sahib ola bilər.

 

Salam.Xaricde qiyabi master tehsil imkanlari harda var.Ve odenissiz tehsil imkanlari birde Almaniya ve Fransada qiyabi master qebul sertleri barede informasiya vere bilersiniz mi zehmet olmasa

Salam, qiyabi təhsil Avropa ölkələrində mümkün deyil çünki ona viza verilmir. Ama distant təhsil yəni tamimi ilə online mümkündür. Yalnız öz vətəndaşları üçündür. Qiyabi təhsil (ölkəyə ildə bir neçə dəfə gedib-gəlmək şərti ilə) Türkiyədə mümkün ola bilər. Əlavə məlumat üçün (012) 492 68 53 nömrəsini zəng edə bilərsiniz.

Salam. Cexiyada distan tehsil haqqinda melumat almaq isterdim.

Salam. Təəssüf ki, Çexiyada distant təhsilimiz yoxdur. Distant təhsil Böyük Britaniya, Macarıstan və Türkiyədə mümkündür. MBA təhsili isə dünyanın hər yerində var. Əslində distan təhsil üçün hansı ölkə olması önəmli deyil. Əsas qanuni və tanınmış universitet olsun.

Salam.distant tehsil diplomu azerbaycanda tesdiq olunur?

Salam Azərbaycan Təhsil Nazirliyi hələlik heç bir distantı tanımır və hətta Azərbaycanın özündə tam distant təhsil yoxdur. Çünki özümümzdə hələ distant yoxdur amma gələcəkdə tanıyacaq hər halda. Distant təhsil artıq real dünyada böyüyən sahədir. Azərbaycanın bundan kənarda qalamsı mümkün deyildir. TN bununla bağlı qanun qəbul etdikdən sonra tanıyacaq hər halda.

Bagishlayin,men bilmek isteyirem ki,men Bakida Bakalavr derecesini qiyabi oxuyaraq,xaricde ikinci Bakalavr tehsiline bahlaya bilerem?

Bəli, orda olacağınız müddətdə problem yoxdur.

Salam ,xaricde distant magist tehsili ala bilerem mi? Ve hansi universitetler ile emekdashliq edirsiniz?

Salam. Əlbəttə ala bilərsiniz. Hal-hazırda neçənci kursda oxuyursunuz? Böyük Britan Universitetləri ilə əməkdaşlıq edirik. London School of Economics, Liverpool University, Angla Ruskin, Sunderland və Bradford kimi Universitetlərlə əməkdaşlıq edirik. Özünüz barədə ətraflı məlumat versəniz, hansı ixtisas üzrə oxumaq istədiyinizi bizə desəniz, sizə münasib proqram təklif edə bilərik.

salam men online high school tehsili almaq istiyirem eger men online tehsil alsam universitet diplomu taniyacaq ve qebul edecek? Online high schoolarin qiymeti neciyedir? Men benzilerini tapmisam cox ucuz qiymete 250$ olan onlara guvenmek olar? Mene online high school haqqinda melumat vere bilersiz? Men high school diplomu ala bilerem ? Sertleri nelerdir?

Salam. Online high school diplomunuzun hansı universitetlərin qəbul etməsini demək çətindir. Zəhmət olmasa həmin məktəblərin özü ilə əlaqə saxlayın. Eyni zamanda bizim Təhsil Nazirliyi ilə də əlaqə qurun. Bu barədə bizim məlumatımız yoxdur.

Men evde ibtidai distant tehsili ala bileremmi

Salam. İbtidai təhsil üzrə distant təhsil yoxdur.

Salam,men bakalavr təhsil almışam Bakıda ama indi Türkiyədə magistr distant tehsil almaq istəyirəm.ama ingilis dilini bilmirem.ne edə bilərəm.zəhmət olmasa me e kömək edərdiz.

Salam, Magistr distant təhsilini Türk dilində ala bilərsiniz.

Salam. Men Turkiyede bakalavr uzre distant tehsil almaq isteyirem. Qeydiyyat ne vaxt bawlayir? Ve nece qeydiyyatdan kecmeliyem?

Bakalavr mümkün olmur təəssüf ki

Salam. Mən memar-dizaynerlik üzre distant təhsil ala bilərəm? Hansı universitetlərdə? Dövlet xətti ilə mümkündürmü bu təhsil?

Salam, Memarlıq üzrə distant mümkün deyil. Dizayn ola bilər. Amma bunlar ödənişlidir və dövlət xətti ilə mümkün deyil. Çünki dövlət hələ distant proqramlarını tanımır ki, bir ona təqaüd də versin. Distant təhsil işləyən və öz hesabına oxuyan insanlar üçün daha əlverişlidir.

Salam mən işləyirəm. Bilmək istəyirəm attestatla qiyabi hansı universitetdə oxuya bilərəm ( əsəs mühəndislik yol vəya tikinti ). Qısa məlumat verərdiz zəhmət olmasa . Təşəkkürlər

Salam. Mühəndisliyin qiyabi təhsili olmur. Yalnız iqtisadiyyat və idarəetmə mümkündür.

Turkiyede hansi universitetlerde uluslararasi iliskiler bolumunu oxuya bilerem? Ilde nece defe ora gedib imtahan vermeliyem?tehsil haqqi ne qederdir? Imtahansizdir?
meselen anadolu universiteti ve ataturkde var bu ixtisas? aof olandan?

Salam bəli Anadolu Universitetində var qeyd etdiyiniz ixtisas. İldə iki dəfə (yanvar-may aylarında) imtahana gedirsiniz. İllik təhsil haqqı 900 dollardır.

Salam.Mən İngiltərə universitetləərinin birində distant magistr təhsil almaq istəyirəm.Bu mümkündür.eyer mumkunse hansı imtahan verməliyəm

Təkcə İELTS 6.5 sertifikatı kifayətdir. İxtisasınıza uyğun magistr proqramı seçə bilərsiniz. Hansı ixtisası bitirmisiniz? Hansı ixtisasla maraqlanırsınız?

Esitdiyime gore norvecde distant tehsil odenissiz mumkunfu.bilmek isteyirem duzdu bu melumat??

Norveçdə distant təhsil yoxdur. Ümumiyyətlə dünyada rela distant təhsilin pulsuz olmağının bir anlamı yoxdur.

Salam.Mən xaricde hansi olkede xarici dil (ingilis dili) bakalavr oxuya bilerem? distant tehsil de mümkündüsə yazardınız. həm əyani həm distant təshili və ümümi illik ödəniş. Cox sag olun

Salam Xaricdə həm əyanə həm də distant olsun ödənişsiz deyil. Distant yalnız ingiltərədir və bütün proqram on min manata yaxındır. Bakalavr əyani istənilən yerdə oxuya bilərsiniz. Təhsil haqları 2-20 min avro arasında dəyişir.

men isveçrede distant tehsil almaq isteyirem.sizce distant tehsil iqtisadiyyat,muhasibatlıq uzrə hansı olkə ustundu?

Salam. İsveçrədə MBA Global Banking and Finance üzrə distant təhsil var. İllik 17 min avrodur. Yanvarın 11-dən dərslərə başlaya bilərsiniz və bir illik proqramdır.

Macarıstanda distant təhsil varmı? Qəbulu necədir?

Macarıstanda distant təhsil yoxdur. Distant təhsil, əsasən, Böyük Britaniyadadır.

Distant təhsil nədir?

Distant təhsil dünyada geniş yayılmağına baxmayaraq, Azərbaycanda o qədər də tətbiq olunmur. Mahiyyəti ondan ibarətdir ki, siz xarici ölkəyə getməyərək xarici universitetlərin diplomunu əldə edə bilərsiz. Buna bəzən qiyabi təhsil də deyilir.

Salam.Turkiyede magistratura uzre distant tehsil barede melumati haradan elde ede bilerem?

Salam. Bizim vasitəmizlə gedə bilərsiz

Salam. Men BDU-nun mezunuyam. magistraturada distant tehsil ucun ne lazimdir bilmek isterdim.cox sag olun.

Salam. Magistratura üzrə distan təhsil almaq üçün İELTS 6.5 balına ehtiyacınız var. Böyük Britaniyada distan təhsil götürə bilərsiniz. Distant təhsil proqramları ilə buradan tanış ola bilərsiniz

Salam. men adpu. fizika fakultesin III kurs telebesiyem. Turkiyede distant magistr. tehsili mumkundur?bunun ucun IELTS lazimdir? eger lazim deyilse bunun ucun hansi imtahanlar lazimdir?

Salam. Türkiyədə Distant təhsil bu sahə üzrə təəssüf ki, yoxdur.

Salam.men ADPU kimya ixtisasi uzre bitirmiwem.neft kimyasi uzre kimya iztisasi uzre distand magistr tehsili ala bilerem?

Salam, Kimya mühəndisliyi labarotoriya işi olduğu üçün onlayn mümkün deyil. Məsləhətdir əyani şəkildə oxuyun.

salam men distant tehsil almaq isdeyirem oxusam eseger gedecem ?

Salam. Bəli, gedəcəksiniz. Yalnız full-time bakalavr oxuduğunuz təqdirdə əsgər getməyəcəksiniz.

Salam ixtisasım jurnalistdir. Türkiyədə magistr təhsilimi distant formada almaq istəyirəm.Zəhmət olmasa bu barədə yazın necə bunu gerçəkləşdirə bilərəm?

Salam. Bu ixtisas üzrə deyil, başqa ixtisaslar üzrə oxuya bilərsiz

Salam.Men SDU da V kursda tarix və cografiya fakultəsində təhsil aliram, magistraturani distant formada oxumaq isteyirem. Qebul imtahani nece kecirilir, hansi proqram uzre hazirlaşmalıyam? Qebul ne vaxtdan başlanir? Bu haqda melumat vererdiniz. Bir de bildiyime gore ADİU da və BDU da distant tehsil ala bilerem.

Azərbaycanda distant təhsili nəzərdə tutursunuzsa, zəhmət olmasa, həmin universitetlərə yaxınlaşardınız. Xaricdə distat təhsil almaq istəyirsinizsə, Böyük Britaniyada biznes, iqtisadiyyat, kompyuter sistemləri, HR menecement üzrə təhsil ala bilərsiniz. Tarix və Coğrafiya üzrə distant təhsil ala bilməzsiniz. Bunun üçün sizə İELTS sertifiaktı (6.5) və 2 illik biznes və ya kompyuter sahəsi üzrə is təcrübəsi lazım olacaq.

Salam. Men distant tehsil vasitesile dizeynerlik kursundan kechmek isteyirem. Bilirem bu dovlet xetti ile olmur. bes ne vasite ile ede bilerem ? Mumkunse yonlendirin. Evvelceden teshekkurler…

Salam. Düz vurğuladınız, dövlət həm distant təhsili, həm də dizaynerliyi maliyyələşdirmir. Kifayət qədər büdcəniz yoxdursa, təəssüf ki, başqa maliyyə mənbəyi tanımırıq. Qrafik dizaynerlik üzrə bakalavr proqramımız var və ümumi təhsil haqqı 7200 funtdur.

Salam. Mən memar-dizaynerlik üzre distant təhsil ala bilərəm? Hansı universitetlərdə? Dövlet xətti ilə mümkündürmü bu təhsil?

Salam, Memarlıq üzrə distant mümkün deyil. Dizayn ola bilər. Amma bunlar ödənişlidir və dövlət xətti ilə mümkün deyil. Çünki dövlət hələ distant proqramlarını tanımır ki, bir ona təqaüd də versin. Distant təhsil işləyən və öz hesabına oxuyan insanlar üçün daha əlverişlidir.

 

Salam. Distant təhsil almaq üçün necə bir imtahan vermələyəm? Hara müraciət etməliyəm? Zəhmət olmasa mənə yol göstərərdiniz

Normalda sadəcə ingilis dili imtahanı vermıək lazımdır. Amma hər proqramın şərtləri saytda yazılıb. Zəhmət olmasa, uyğun proqramı seçib detallara baxın.

Salam. Mən pediatr həkiməm. Əczaçılıq bölməsi üzrə distant təhsil ala bilərəm?

Salam, Tibb üzrə distant yoxdur.

Azərbaycan vətəndaşı xaricdə distant təhsil alırsa, hərbi çağırışdan azad olurmu?

Qiyabi və ya Distant proqramlarda hərbidən möhlət verilmir. Yalnız əyani və bakalavr proqramları üçün möhlət verilir.

Yer quruluşu, torpaq və şəhər kadastrı ixtisası üzrə Türkiyə Universutetlərində distant təhsil almaq mümkündürmü?

Xeyr, Türkiyədə Distant təhsil almaq mümkün deyil.

Mən terapevt ixtisası üzrə distant təhsil almaq istəyirəmm. Bu, mümkündür?

Xeyr, mümkün deyil.

Diploma distant təhsil alması yazılırmı?

Bəli, qeyd olunur.

Mən distant təhsil almaq istəyirəm. Öz ixtisasım ingilis dili tərcümədir, lakin mən biznes sahəsi üzrə təhsil almaq istəyirəm. Bu mümkündür?

Salam, Bəli, biznes üzrə distant təhsili ala bilərsiz. Ofisimizə müraciət edə bilərsiniz.

Distant təhsilin əyani təhsildən fərqli olaraq nə kimi üstünlükləri var?

Siz evdə oturaraq xarici Universitetdə təhsil ala bilərsiniz. Sərbəst təhsil almaq sistemi Həm oxuyub, həm işləmək imkanı Ən əsası ödənişi kreditlərlə edilməsi kimi üstünlüklərə malikdir.

 

Macarıstanda distant təhsil varmı? Qəbulu necədir?

 Macarıstanda distant təhsil yoxdur. Distant təhsil, əsasən, Böyük Britaniyadadır.

 

Distant təhsil almaq üçün hansısa dil imtahandan keçməliyəm?

 Bəli, sizin IELTS və TOEFL nəticəniz olmalıdır.

Distant təhsillə hansı dərəcələri almaq mümkündür?

Distant təhsillə siz həm bakalavr, həmdəki magistr təhsili ala bilərsiz. Həmçinin müxtəlif sertifikatlarda ala bilərsiniz.

Hansı ölkələrdə distant təhsil ala bilərəm?

Distant təhsil Amerika,Türkiyə, Britaniya və Latviya Universitetlərində mümkündür.

Distan təhsillə qiyabi təhsilin arasında nə fərq var ?

Əslində, demək olar ki, ikisi də oxşardı. Amma distant təhsili əsas fərqi ondan ibarətdirki dərslər internet vasitəsilə keçirilir. Siz distant təhsili harada olmağınızdan asılı olmayaraq ala bilərsiz. Bunun üçün sadəcə sizə sürətli internet lazımdır.

125 thoughts on “Distant Təhsil ilə bağlı sual və cavablar”

  1. Salam.men Mingəçevir Turizm Kollecini bitirmişəm.ingilis dili uzrə.mən hansisa universitetdə distant formada təhsilimi ali təhsil edə bilərəm?və bunun ucun odəniş necədir?nələr tələb olunur?zəhmət olmasa məlumat verərdiniz?

  2. Salam.men tehsil almaq isteyirem ama distant ve ya qiyabi ,bu halda ise herbi xitmet meni narahat edir , men nece ede bilerem ki , hem tehsil alim hemde esgerliye getmeyim

  3. Salam mən əsgərliyə getməmişəm 5 ci kursam magstr tehsil almaq istəyirəm ama ya qiyabi yadaki distant əsgərliyə getmədən münkündür?

  4. Salam, mən bakalavrı xarici dil ingilis dili müəllimliyi üzrə bitirmişəm. Türkiyənin hansı univerində bu ixtisas üzrə magistr distant təhsil ala bilərəm? Distant ümumən gedilmir? Bir də ki ən vacib sualım, orada distant təhsil almaqla, eyni zamanda Azərbaycanda da master təhsili almaq olar?

  5. salam, Boyuk Britaniyada ya da Macaristanta MBA uzre magistr tehsili alindigi halda diplom azerbaycanda taninirmi? Tehsil alma ucun onemli sertler nelerdir

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next