Ümumi Məlumat

Meşəlikdə universitet adını almış və 1867-ci ildə əsası qoyulmuş Drew University New Jersey ştatında New York şəhərindən 40 km aralıqda 75 hektarlıq universitet şəhərciyinə malikdir. Universitet kampusda yaşamaq istəyən tələbələr üçün 15 yataqxana ilə təmin etmişdir. 2015-ci ilin hesablamasına əsasən universitetdə 2113 nəfər təhsilini davam etdirir. Drew University tələbələrin dərsdən kənar fəaliyyətinə xüsusi önəm verir; kapella və teatr proqramları hazırlığı və müxtəlif sosial fəaliyyətlərlə tələbələr qeyri-dərs saatlarında məşğul ola bilirlər.

 

Dünyada Nüfuzu

Universitetin müəllim heyəti çox böyükdür. Orta hesabla hər 10 tələbəyə bir fakültə üzvü düşür. Start Class reytinq cədvəlinə əsasən Drew University-ə qəbul alan tələbələrin əksəriyyəti SAT-dən 1490-1830 bal arası toplaya bilmişdi. Bu da tələbələrin bilik səviyyəsinin yüksək olduğundan xəbər verir. College Niche vebsaytına əsasən tələbələrin 94 faizi müəllimlərin və professorların bilik səviyyəsinin yüksək olduğunu vurğulayıb. Tələbələrin 84 faizi universitet təhsillərinin karyera qurmalarında çox kömək olduğunu və universitet məzunların karyera qurmasında dəstək göstərdiyini bildirib.

Bakalavr və Magistr Proqramları
  • Anthropology
  • Biochemistry & Molecular Biology
  • Biology
  • Business
  • Chemistry
  • Computer Science
  • Economics
  • Environmental Studies & Sustainability
  • International Relations
  • Mathematics
  • Neuroscience
  • Philosophy
  • Physics
  • Political Science
Drew Universitetin Təqdimatı
Təhsil Alan Tələbələrimiz

Mən əsgərlikdə olarkən bütün işlərimi Elgün müəllimə etibar etidyim üçün çox şadam. İndi hal-hazırda Vilnus şəhərində oxuyuram. Burada yaşamaq Bakıdan da ucuzdur. Ona görə böyük xərcim çıxmır. Bütün CELT Baksovet ofisinə təşəkkürlər.

Elnur Bədəlov
Magistr Tələbəsi

CELT Colleges did great things for me. I mean to prepare for İELTS exam within a month is not easy. Firstly, thanks a lot for everything my dear teacher Mrs Chinara Dashdamirova. Secondly, it was unbelievable for me to complete all things needed for studying abroad during a month. But this company made it reality for me. At the moment I am a student in University of Debrecen, and I am pleased to choose it.

Günay Rəsulova. University of Debrecen- Pre-Master English Studies

Günay Rəsulova

Hal hazırda təhsilimi Macarıstanın Debrecen Universitetinin “Avropa və Beynəlxalq Biznes Hüququ” ixtisası üzrə magistr kimi davam etdirirəm. Bura gəlməyimdə CELT Colleges-in İçərişəhər ofisinin böyük rolu olmuşdur. Göstərdikləri bütün xidmətlərə görə CELT Colleges-ə dərin təşəkkürümü bildirirəm.

Ülvi Qasımzadə- University of Debrecen- LLM International and European Business Law

Ülvi Qasımzadə
Qəbul üçün Bizə Müraciət Edin

Mesaj Göndərinclear