Dünya təhsilinə səyahət

“Təhsil” anlayışına  müxtəlif  təriflər, izahatlar, şərhlər verilib. Təhsil – insanların keçmişini, bu gününü və gələcəyini bütöv  halında birləşdirən, insan inkişafının əsası və birinci göstəricisi olan mükəmməl vasitədir. Təhsilin inkişafında təhsil sistemlərinin  aparıcı  rolu vardır.  Dünyada müxtəlif təhsil sistemləri vardır  və bunların da özünəməxsus xüsusiyyətləri-qayda-qanunları  vardır.  Buna misal olaraq dünyada ən yaxşı təhsil sistemi hesab edilən “Bolonya” təhsil sistemini nümunə göstərə bilərik.

Təbii ki hal-hazırda dünyada bir çox ölkələr var ki, onlarda təhsil yüksək səviyyədə inkişaf edir, amma bəzi ölkələr  də var ki,onlarda nəinki inkişaf getmir, hətta geriləmə də nəzərə çarpır. Bunlara misal olaraq Afrika ölkəkəri, Əfqanıstan, İraq və s. Məsələn Əfqanıstanda müharibə vəziyyəti ilə bağlı demək olar ki, təhsil sıfır səviyyəsindədir. Ölkədə çoxlu partlayışların baş verməsi məktəblərin yandırılması təhsilin inkişafına mane olur. Müharibədən əvvəl Taliblərin hakimiyyəti dövründə Əfqanıstanda qadınlara təhsil almaq qadağan edilmişdir. Yəni Əfqanıstan məktəblərinə qadınların getməsinə icazə verilmirdi. Bu da öz növbəsində təhsilin inkişafına mənfi təsir göstərirdi. Son məlumatlara görə Əfqanıstanın təhsilində tərpənmə baş verir. Məsələn bilidirilir ki, son yeddi il ərzində təhsilə çıxış xeyli artıb, tələbələrin sayı əvvəlkindən 700 faiz çox olub. Hazırda məktəblərdə 6 milyon 200 min nəfər oxuyur. Ölkədə 11000 məktəb fəaliyyət göstərir ki, onlardan 7600-ü  2002-ci ildə açılıb.

Yəqin hər birimizçin maraqlıdır ki, təhsil hansı regionlarda ölkələrdə daha sürətlə inkişaf edir. Bunun üçün  bir sıra statistik məlumatlara nəzər yetirək

UNESCO Sta­tis­tika  İnstitutundan aşağıda gətirə­cəyi­miz rə­qəm­­lər əsasən 2004-cü ilə aiddir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələri təhsildə ümumi iştirak dərəcəsinə görə də dünyada birincidir. Bura 31 ölkə daxildir: Birləşməş Ştatlar, Kanada və Meksika, Yaponiya və Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya, 23 inkişaf etmiş Av­ro­pa ölkəsi və Türkiyə. Bu qrupun ali və nata­mam-ali təhsildə ümumi iştirak dərəcəsi orta he­sab­la 71.2 faizdir

Ümumi iştirak dərəcəsinə görə ortalama 49.8%-lə Şərqi Avropa və Müstəqil dövlətlər birliyi ikinci yerdədir. Keçid iqtisadiyyatında olan bu ölkələr 1990-95-ci illərdə iqtisadi və siyasi çətinlik­lər­lə üz-üzə qalsalar da, onların çoxu bir sıra key­fiyyət və kəmiyyət göstəricilərini bərpa etməyə, hət­­ta yaxşılaşdırmağa nail oldular. Bəzi misallara (ali təhsildə uyğun iştirak dərəcəsinə) nəzər salmaq kifayətdir:

Be­larus –60.5%, Estoniya –65.1%, Macarıstan –59.6%, Lat­via –74,3%, Litva –73.2%, Polşa –61%, Rusiya –68.2%, Uk­rayna –65.5%.

Bu qrupa daxil olan digər ölkələrin mühüm qismində Bolqarıstan, Çexiya, Gür­­cüstan, Qazaxıstan, Qırğızıstan, Rumıniya və s. kimi ölkələrdə uy­­­ğun iştirak dərəcəsi 40 – 50% ətrafındadır.

Bu qru­­­pun geri qalanları kimlərdir?

Ermənistan – 26.2%, Tacikistan –16.4%, Türkmənistan (təqribən 20-21%), Özbəkistan (təqribən 15-16%), Azər­baycan isə  sonuncu yerdədir –14.8%.

Statistika baxımından bütün ölkələrdə bu göstə­ri­cilər ilbəil artır – böyük qismində sürətlə, digər qis­­­mində az-az.

Azərbaycanın bu göstəriciləri il­dən-ilə azalıb: 1990-də  23.9%,  1995-də 18%,  2000-də 16.3%,  2004-də 14.8% , 2005-də 14.7% olan Azər­baycan,  orta göstəricisi 27.5%  olan Latın Amerika­sı,  22.7% olan Yaxın Şərq və Şimali Af­rika,  19.4 % olan Şərqi Asiya və Sakit Okean böl­gəsindən də ge­ri qalır. Onu da qeyd edək ki, 1999-2005-ci illər ər­zin­də Bologna prosesinə qoşulan Av­­ropa təhsil və elm nazirləri bütün imkanları sə­fər­bər edib hamının ali təhsil almasına imkan yarat­ma­ğı öhdələrinə gö­tür­dülər. Nəticə etibarilə 46 Av­ropa ölkəsindən 45-də ali təhsildə iştirak faizi artdı, təəssüf ki, istisna öl­kə Azərbayсandır.

Beş sərhədyanı qonşumuzda bu işlərin necə get­­­məsi, təbii ki, xüsusi maraq doğurur. Yüksək təh­­­­­sildə iştiraka görə regional yarışda

1990-da Ru­si­ya 1-ci, Gürcüstan 2-ci, Azərbaycan 3-cü, Ermə­nis­­­­­tan 4-cü, Türkiyə 5-ci İran axırıncı-6-cı yerdə idi.

Və yaxud digər ölkədə, inkişaf səviyyəsinə baxaq;

2002-ci il Çində ali təhsilin küt­ləviləşməsinin baş­lanğıcı elan edildi; 1999 illə mü­­qayisədə 2004-də tələbə qəbulu 226, 6% artdı. Bu sanballı siyasətin nəticəsi olaraq 2007-ci ildə hər üç pillədə cəmi ali məktəb məzunlarının sayına görə ABŞ ilk dəfə birinci yeri tərk etdi, Çin irəli çıxdı. Onu da qeyd edək ki, Azərbaycan iqtisadi artım sürətinə görə bu ölkələrin hamısından xeyli irəlidədir.

Dünya ölkələri təhsillərinin keyfiyyətli olması üçün hansı üsullardan istifadə edirlər?

Əlbəttə ki, dünya ölkələri öz təhsillərinin keyfiyyətli olması üçün çoxlu islahatlar aparıblar və ən müasir sistemə uyğunlaşdırıblar. Dünyada təhsildə qabaqcıl yerləri tutan Yaponiyada dövlət universitələri çox olsa da, tə­ləbələrin əksəriyyəti özəl universitələrdə oxuyurlar. Yaponiyada bu üsulla təhsili kütləviləşdirdilər. Ali təhsilə daxil olma 74%-i keçdi. Və yaxud da Cənubi Koreyadakı statiskaya baxaq;

Cənubi Koreyada 1990-cı ildə orta məktəb məzunlarının 33,2 faizi, 2004-cü ildə isə 81 faizi ali məktəblərə daxil ol­muş­du. Üstəlik Koreya xaricdə təhsil al­ma­ğa ən çox tələbə göndərən ölkələrdən bi­ridir (2006-7-ci dərs ilində Birləşmiş Ştatlara 62,392 min tələbə gön­dərmişdi).

Bəs ölkəmizdə vəziyyət necədir?

Ölkəmizdə bu baxımdan da vəziyyət ürək açan deyil. Belə ki hal-hazırda Azərbaycanda 34 döv­­lət və 15 özəl  ali məktəb vardır. Azərbaycanda yalnız dövlət universitələrinə de­yil, özəl universitələrə də hər il hər ixtisas üzrə nə qədər tələbə qəbul ediləcəyini hökumət müəyyən edir. Lakin xaricdə tamamilə bunun əksidir. Dövlət universitetləri istisna olmaqla,özəl universitetlər nə qədər tələbə qəbul edəcəklərini özləri müəyyən edirlər. Xaricdə daha bir üstünlük bundan ibarətdir ki, orada yaxşı təhsil verən  özəl  universitetə köməklik göstərilir. Lakin bizdə əksinə, yaxşı təhsil verən özəl universitet sıxışdırılır. Bu da öz növbəsində təhsilin keyfiyyətini aşağı salır.

Əlbəttə ki, bunların daha dərinliyinə getsək hamısı ayrı-ayrılıqda geniş mövzulardır. Beləliklə mən qısaca olaraq dünya təhsilindən məlumat verməyə çalışdım.

Qeyd: Statistik məlumatlar H.İsaxanlının “Müasir dünyada ali təhsil sistemində nələr baş verir” kitabından götürülmüşdür.

CELT 28 May

Rəşid Behbudov küç. 56

Azərbaycan Xarici Dillər Universitetinin yanı

Tel: 012 441 36 65, 012 418 08 67

2 thoughts on “Dünya təhsilinə səyahət”

  1. salam mən bilmək istəyirəm ki,siz asiya ölkələrinə təhsil verirsiz?məsələn yaponiya,çin,misir,iran,malayziya,hindistan,cənubi koreya,indoneziyada bu ölkələrə təhsil verirsiz?birdə bu dediyim ölkələrə atestatla imtahansız qəbul aparırsız?zəhmət olmasa mənə köməklik göstərdiniz

    1. Salam. Yaponiya, Çin Malaziya, Cənubi Koreya bəli. Qalan ölkələrə məncə heç bir Azərbaycanlı üçün uyğun deyil. Attestatla imtahansız qəbul mümkündür bəli. Ama İngilis dilini bilirsiniz hər halda.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next