Ümumi Məlumat

Ealing Independent College Londonun qərbində yaraşıqlı park və evlərlə əhatə olunmuş qəsəbədə yerləşir. Bu ərazi sakit və təhlükəsiz olması ilə yanaşı, London şəhərinin mərkəzinə rahatlıqla çatmaimkanı tələbələr üçün əlverişli şərait yaradır.Tələbələr burada 14 yaşından etibarən GCSE və A-level proqramlarına qoşulub gələcəkdə təhsillərini Böyük Britaniyanın prestijli universitetlərində davam etdirə bilərlər. Bu kollecin tələbələri Britan tələbələri ilə birlikdə dərslərə qatılıb, yerli adət və ənənələrlə tanış olmaqla bərabər, ingilis dili səviyyəsini də gücləndirəcəklər.

Dünyada Nüfuzu

1992-ci ildən tədris fəaliyyətini başladıqdan bəri Ealing İndependent College tələbələri Biznes və Tibb üzrə yüksək səviyyəli universitetlərə qəbulunu təmin etmək üçün ixtisaslaşmışdır. Eyni zamanda başqa ixtisaslar üzrə də tələbələri Böyük Britaniyanın top universitetlərinə hazırlaşa bilərlər. Yüksək tədris keyfiyyəti, tələbələ fərdi qayğı tələbələrin potensialını ortaya çıxarılmasına və arzularının reallaşmasına şərait yaradır. Təsadüf deyil ki, kollecin A-level proqramında 90-a yaxın tələbə təhsil alır və onların 95 faizi ən az 3 AAA alaraq bu kolleci Londonun 6-cı ən reytinqli məktəbinə çevrmişdir.

Məzun Olduqdan Sonra Universitet İstiqamətləri
  • Oxford University
  • University of Cambridge
  • University of Notthingham
  • Queen Mary University
  • London School of Economics
  • University College London
  • City University London
  • University of Reading
  • Warwick University
  • Imperial College London
  • University of Westminster
  • University of Bath
  • University of Leeds
  • Brunel University və digər Böyük Britaniya Universitetləri
Təhsil Alan Tələbələrimiz

Hal-hazırda Böyük Britaniyanın ən gözəl universitetlərinin birində oxuyuram. Bura qəbul olmağımda CELT Gənclik ofisində olan müəllimlərin rolu böyükdür. Onların sayəsində Exeter Universitetinə qəbul olmaq şansı qazandım.

Nəzrin Həsənova
Magistr

Mən ilk dəfə Coventry University-ni seçəndə əsas fikir verdiyim səbəb universitetin reytinqdə sürətlə qalxmasıdır. İlk öncə onu deyə bilərəm ki, Coventry əsl tələbə şəhəridir və burada hər şey tələbələrin rahatlığı üçün qurulub. Universitetdə ən çox xoşuma gələn xüsusiyyət isə təbələrə çox güclü dəstək olmalarıdır. Bir sözlə, universteti seçən tələbə peşman olmaz. CELT Colleges-in xaricdə təhsil şöbəsinə mənə bu imkanı yaratdığına görə təşəkkür edirəm!

Azər Rüstəmov. Coventry University- Oil and Gas Management

Azər Rüstəmov

University of Debrecenin hər fakültəsinin özünün ayrıca korpusu var. Universitetin həyəti çox böyükdür: bank, xəstəxanalar, idman zalları, futbol və tennis meydançaları və s. yerləşmişdir. CELT-in İçərişəhər ofisinin xaricdə təhsil xidmətinin dəstəyi ilə burada təhsil alıram. Xidmətinizdən çox razı qaldım. Təşəkkürlər.

Nadir Vəliyev. University of Debrecen- Business Foundation

Nadir Vəliyev
Qəbul üçün Bizə Müraciət Edin

Mesaj Göndərin