Ümumi Məlumat

Fontys University of Applied Sciences Hollandiyanın cənubunda özündə 7 kampusu birləşdirən və ölkənin ən böyük tətbiqi universitetidir. Eindhoven, Venlo və Tilburg şəhərlərində universitetin kampusu vardır. İqtisadiyyat, texnologiya, səhiyyə, müəllimlik və incəsənət sahələri üzrə 200-ə yaxın bakalavr və magistr proqramları vardır. Bunların da təqribən 20-si ingiliscə tədris olunur və ildən ilə ingiliscə tədrisi aparlan proqramların sayı artır. Universitetdə 44 mindən çox tələbə təhsil və onlardan 3500-ü dünyanın 70 ölkəsindən gələn əcnəbi tələbələrdir. Universitetin digər Holland universitetlərindən fərqləndirən cəhəti 4 illik olmasıdır və bu da Azərbaycanda orta məktəbi bitirən tələbəri qəbul etmək imkanını yaradır.

Bütün kampuslar kompyuter otaqları, kitabxana və tələbə restoranları ilə təchiz olunub.

 

.

Universitetin Üstünlükləri

Fontys University of Applied Sciences sənaye, biznes və dövlət müəssisələri ilə sıx əməkdaşlıq edir. Siniflər qısa qruplardan və qeyri-rəsmi mühitdə təşkil olunub. Bu da ona imkan verir ki, tələbələr özünü daha sərbəst etməklə yanaşı, müəlliflər tərəfindən onlara daha çox diqqət ayrılacaq. Eyni zamanda, Universitet böyük olduğu üçün tələbələr təhsil müəssisəsinin yaratdığı imkanlardan yararlana biləcəklər.

Fontys Universitetinin təklif etdiyi bütün proqramlar Holland-Flamand Akkreditasiya Təşkilatı tərəfindən müvafiq şəkildə akkreditasiya olunub və ya Britaniya Akkreditasiya Instutlarının verdikləri akkreditasiyalara ekvivalentdir. Fontysin dünyada 100-ə yaxın əməkdaş universiteti vardır; 3-cü kursu Avstraliya, Kanada, ABŞ və ya Avropada yerləşən partnyor universitetlərdə bir semesterlik mübadilə proqramına qoşula bilərsiz.

Bakalavr və Magistr Proqramları
  • Academy for Circus & Performance Art
  • Business Informatics
  • Conservatory
  • Dance Academy
  • Electrical & Electronic Engineering
  • Industrial Engineering & Management
  • Information & Communication Technology (ICT)
  • International Business and Management Studies
  • International Business Economics
  • International Fresh Business Management
  • International Marketing
  • Logistics Management
  • Mechanical Engineering
  • Mechatronics Engineering
  • Physiotherapy
  • Software Engineering
  • Master of Architecture
  • Master of Science in Business & Management
  • MSc in International Logistics / Procurement / SCM
  • Master of Music
Fontys Universitetin Təqdimatı
Təhsil Alan Tələbələrimiz

Hal-hazırda Fontys University Applied Sciences-da Business sahəsi üzrə təhsil alıram. Universitet yüksək reytinqlidir və tələbələr üçün hər cür şərait yaradılmışdır. CELT Colleges-in xidməti çox keyfiyyətli olmuşdur; əməkdaşları suallarıma həmişə cavab verib və bütün sənədləşmələrdə köməklik göstəriblər.

Rüstəm Məmmədov. Fontys University of Applied Sciences- International Business and Management

Rüstəm Məmmədov
Qəbul üçün Bizə Müraciət Edin

Mesaj Göndərinclear