Ümumi Məlumat

Türkiyədə Gəmiçilik üzrə peşə məktəbi
Gemiçilik peşəsinə yiyələnmək istəyən tələbələr üçün Türkiyənin İstanbul şəhərində peşə məktəblərinə qəbul başlandı. Siz bu peşə məktəblərində təhsil almaqla yeni ixtisasa yiyələnməklə yanaşı, beynəlxalq sertifikat alaraq istənilən ölkədə bu sahə üzrə təhsilinizi davam etdirə biləcəksiniz. Peşə məktəbi İstanbulda yerləşir və dövlət müəssisəsidir.
İxtisaslar:
Növbə Zabiti ve Avadanlıq Zabiti – Təhsil müddəti 2 ildir. (proqram qiyməti 16.000 TL)
Elektro-Teknik Zabiti – Təhsil müddəti 40 gündür. (proqram qiyməti 2.500 TL)
Gəmiçi ve Yağlayıcı – Təhsil müddəti 6 həftədir. (proqram qiyməti 1.500 TL)
Gəmi Aşpazı – Təhsil müddəti 20 gündür. (proqram qiyməti 1.500 TL). (aşbazlıq üzrə iş təcrübəsi vacibdir)
Ofisiant– Təhsil müddəti 15 gündür. (proqram qiyməti 1.200 TL)
Sonda beynəlxalq peşə təhsili diplomu veriləcəkdir. Peşə məktəbi daxilində yataqxana mövcuddur. Yataqxananın günlük qiyməti 25 TL-dir (yemək daxil deyil).
Qəbul imtahansız aparılır, həmçinin universitet tələbələri də yay tətilində təhsil alıb ikinci ixtisasa sahib ola bilərlər. Peşə məktəbinə qeydiyyat və yataqxanada qeydiyyat üçün bizə müraciət edə bilərsiniz.

Təhsil Alan Tələbələrimiz

Təşkilat çox yaxşıdır. Məsələn, mənə Hollandiyada universitet seçimində çox kömək oldu, hətta qərarımı dəyişdirmək istədikdə belə, həmişə yaxşı universitetləri məsləhət görmüsünüz. Universitetə təhsili başladıqdan sonra belə hər hansı sualım olduqda həmişə kömək etmisiniz. Yəni ki, təkcə universitet təhsilindən öncə deyil, universitetdə təhsil alarkən belə hər hansı sual və ya məsləhət ehtiyac olanda sizinlə əlaqə saxlamaq çox asandır. və lazımi köməkləri edirsiz həmişə. İndiyə kimi göstərdiyiniz bütün qayğıya görə bütün CELT Colleges üzvlərinə, başda Elgün müəllim olmaqla, təşəkkür edirəm.

Emin Həsənzadə- İnternational Study Center Holland Business Foundation

Emin Həsənzadə

Mən Mövlan Aliyev, 5 il bundan öncə CELT Colleges-də tələbə idim. Kursun müəllimlərinin mənə tədrs etdikləri ingilis dili proqramı sayəsində özümün də təəccübləndiyi səviyyədə ingilis dili səviyyəsinə və geniş dünya görüşünə sahib oldum. Onların qətiyyətli və əzmkar səyləri mənim uğurlu nailiyyətlərimə səbəb oldu. Heriot-Watt Universitetində Business Administration & Finance fakültəsində təhsili davam etdirdim. İlk azərbaycanlı olacaq “Azerbaijan Student Society” cəmiyyətini qurdum və prezidenti kimi Diaspora komitəsi və Xarici İşlər Nazirliyi ilə əməkdaşlığa başladım. 3 il ərzində soyqırım və Azərbaycan haqqında bir neçə təqdimatlar həyata keçirdim. Bugünkü bütün uğurlu nəticələrimə görə CELT-ə borcluyam. Onlar həqiqətən təhsilin bir nömrəli adresidir. Tələbəni əzbərçiliyə deyil, texniki və məntiqi təfəkkürünü gücləndirməsini təşviq edirlər.

celt ingilis dili
Movlan Aliyev

Elgun Karimov, was the youngest and the most successful teacher that I have had. His method of teaching was unique by keeping in touch with the students all the time no matter if he was in the duty or not. By his professional attitude I have learnt ethical business writing and speaking which are one of the key elements of learning languages.

Ziya Ibrahimli
F&B Cost Controller at Glion Institute of Higher Education
Qəbul üçün Bizə Müraciət Edin

Mesaj Göndərin