Ümumi Məlumat

Dünyanın 100-dən çox ölkəsindən gələn 17,000-ə yaxın tələbəyə sahib olan Glasgow Caledonian University Şotlandiyanın dinamik və çoxşaxəli universitetidir. Müstəqil analitiklərin fikrincə bu universitet təkcə Şotland iqtisadiyyatına 480 milyon funt gəlir gətirir və yeni məzunlarının da bir il ərzində iqtidasiyyata gətirdiyi 400 milyon funt gəliri də nəzərə alsaq, Glasgow Caledonian University Şotlandiya iqtisadiyyatının ildə toplam 880 milyon funt gəlir əldə etməsinə xidmət göstərir.

Dünyada Nüfuzu

Glasgow Caledonian University davamlı olaraq Böyük Britaniyanın top 10 modern universiteti arasında adı hallanır və Britaniyanın ən dinamik və innovativ universitetlərindən biri kimi tanınır. Əsasının qoyulmasından 20 ildən az keçməsinə baxmayaraq, 2010-cu ildə dünyanın top universitetləri sırasında yerini möhkəmlətmə, beynəlxaq reytinqlərində yer alan birinci və yeganə müasir Şotland universitetidir. Higher Education Statistics Agency 2013-cü ildə məzunların iş imkanları üzrə reytinq cədvəlində Şotlandiyanın 2-ci, Böyük Britaniyanın isə 11-ci ən yaxşı universiteti seçilmişdir.

Bakalavr və Magistr Proqramları
  • Accounting and Finance
  • Accounting and Finance (Islamic Finance)
  • Advanced Computer Networking
  • Biomolecular and Biomedical Sciences
  • Construction Management
  • Electrical and Electronic Engineering
  • Energy & Environmental Management (Oil & Gas)
  • Global Marketing
  • Human Resource Management (HRM)
  • Information Technology
  • International Banking, Finance and Risk Management
  • International Business Management
  • International Economics and Finance
  • International Events Management
  • Mathematical Sciences
  • International Tourism Management
  • Luxury Brand Marketing
  • Risk Management (Oil and Gas)
  • Sustainable Energy Technology
  • Telecommunications Engineering
Glasgow Caledonian Universitetinin Təqdimatı
Təhsil Alan Tələbələrimiz

Glasgow Caledonuan Universitetində qısa müddətdə olduğuma baxmayaraq, universitet barədə fikirlərim çox yüksəkdir. Ən sevdiyim xüsusiyyət müəllimlərin hər bir mövzudakı detalı xırdalıqlarına qədər başa salmasıdır. Universitet barədə CELT Collegesdən məlumat aldım və hesab edirəm ki, ən yaxşı xaricdə təhsil mərkəzlərindən biridir

Orxan Məmmədov

Glasgow Caledonian University-dən çox razıyam. Dərslərə yeni başlayan kimi hiss etdim ki, dərslər çox faydalı və maraqlı olacaq. Adaptasiya olunmaqda çətinlik çəkmədim. Bu universiteti seçməkdə və göstərdiyi köməyə görə CELT İçərişəhərin xaricdə təhsil şöbəsinə təşəkkürümü bildirirəm.

Məhəmmədəli Hüseynov. Glasgow Caledonian University- MSc Energy and Environmental Management

Məhəmmədəli Hüseynov

Xaricdə təhsil almaq barəsində qərar verəndə qeydiyyat, viza və digər sənədləşmə işləri üçün ilk seçimimiz Celt Colleges oldu. Elgün Kərimov və Anar Qurbanzadənin köməkliyi və dəstəyi sayəsində Glasgow Caledonian University-nin tələbələri olduq. Universititet Şotlandiyanın İqtisadiyyat və Tibb üzrə ixtisaslaşmış ən yüksək səviyyəli universitetlərindən biridir. Bu universitetdə tələbə adını almaqda bizə göstərdikləri xidmət üçün Celt İçəri şəhər korpusunun əməkdaşlarına öz dərin minnətdarlığımızı bildiririk.

Sənan Qüdrətli və Aysel Elbrus qızı- Glasgow Caledonian university- MSc International banking, Finance and Risk management.

Aysel və Sənan Qüdrətli
Qəbul üçün Bizə Müraciət Edin

Mesaj Göndərinclear