GRE, GMAT yoxsa SAT imtahanı?

Dünya universitetlərində  təhsil olmaq üçün  müxtəlif  beynəlxalq imtahanlar tələb olunur. Bu imtahanlar ölkədən – ölkəyə, universitetdən – universitetə  dəyişə bilər. TOEFL və IELTS dünyanın bir çox universitetləri tərəfindən qəbul olunan beynəlxalq ingilis dilini təsdiq edən imtahandır. Bu imtahanları bir çox dünya universitetləri qəbul etsə də,  bəzi universitetlərdə mövcud olan ixtisaslar  var ki, onlar özünəməxsus spesifik imtahanlar tələb edirlər. Bu imtahanlar xüsusi dərəcələrə və universitet reytinqinə görə dəyişə bilər. Belə ölkələrə Amerika Bişləşmiş Ştatlarında olan universitetləri nümunə göstərmək olar. Burada Bakalavr oxumaq üçün çox vaxt SAT imtahanı tələb olunur. Bu imtahan bir növ Azərbaycanın TQDK imtahanın əvəzedicisinə bənzəyir, amma çoxlu fərqləri var.

Bundan başqa magistr və doktorantura təhsili almaq üçün GRE və GMAT imtahanları vermək tələb olunur. Bu imtahanlar tələbənin ingilis dili biliyi ilə yanaşı, digər elmi biliklərini testdən keçirir. Misal üçün, SAT imtahanında tənqidi  oxuma adlı bölmə var ki, tələbələr bundan imtahan verərəkən,təkcə, ingilis dili oxuma bacarıqları ilə yanaşı, müxtəlif mövzulara tənqidi münasibət formalaşdırır. Bu cəhətdən bu kimi imtahanların tələbələrin intelektli bir şəxs kimi formalaşmasında mühüm rol oynayacıqdır.

Bəzən GRE, GMAT kimi imtahanların TOEFL və IELTS kimi beynəlxalq imtahanlarından daha çətin olduğunu qeyd edirlər. GRE və GMAT  imtahanlarının çətinliyi ondan ibarətdir ki, burda əsasən ingilis dili səviyyəsi deyil, məntiqi yanaşmalar və ümumi bilik bacarıqları yoxlanılır. Həmçinin digər fənlərdən də tələbələr sınaqdan keçirilir. Əvvəlki yazılarda TOEFL və IELTS imtahanları haqqında oxuculara məlumat vermişdik. Bu yazıda isə siz GRE,GMAT və SAT imtahanları haqqında məlumat ala bilərsiniz.

GMAT nədir?

GMAT (Graduate Management Admission Test)  Amerika Birləşmiş Ştatlarında  magistr (MBA) və iqtisadiyyat üzrə doktorantura  dərəcələrində təhsil almaq istəyənlər bu imtahandan keçməlidir. Belə ki, Amerika universitetlərinə magistr dərəcəsi və yaxud da doktorantura üçün müraciət etdikdə sizdən GMAT imtahanı tələb olunacaq. Bu bütün universitetləri əhatə etmir. Bəzi dəqiq elmlər var ki, onlar üzrə magistr təhsili almaq istəyəndə bu imtahan tələb olunur. Bu imtahan dünyanın müxtəlif yerlərində keçirilir. Həmçinin bu imtahana hazırlıqlar da bir çox ölkələrdə mövcuddur.  GMAT  üç əsas  bölümdən  ibarətdir:

  1. Oxuma (verbal)biliklər
  2. Riyazi (quantitative) biliklər
  3. Analitik yazı (analytical writing) biliklər

GMAT imtahanı da TOEFL imtahanı kimi kompyuter vasitəsilə keçirilir.  Lakin dünyanın bəzi ölkələri var ki, orada kompyuterlə imtahan vermək mümkün olmadıqda yazılı olaraq GMAT imtahanı vermək mümkündür. Qeyd etdiyim kimi GMAT imtahanında  ingilis dili səviyyəsi ilə yanaşı, digər vacib olan ixtisaslardan da səviyyə yoxlanılır.

GMAT imtahanı hal-hazırda yalnız MBA proqramı üçün daha da məşhurdur və dünyanın ən reytinqli universitetləri MBA üçün bu imtahandan yüksək nəticə tələb edirlər. Təkcə Amerika deyil, eyni zamanda bir çox ölkələrin güclü universiteteləri bunu tələb edir.

SAT nədir?

SAT (Scholastic Aptitude Test)  Amerika Birləşmiş Ştatlarında bakalavr təhsili almaq istəyənlər üçün tələb olunur.  Amerikada bütün şagirdlər universitetə qəbul olunmaq üçün SAT imtahanı verirlər.SAT imtahanı iki qrupa ayrılır:

  1. SAT  I –  Reasoning Test
  2. SAT II – Subject Test

Bu imtahanlar The College Board tərəfindən keçirilir. SAT imtahanı iki qrupda olmasına baxmayaraq bir çox universitetlər əsasən SAT  I tələb edirlər. Reytinqli universitetlər isə hər iki SAT imtahanını tələb edirlər. SAT imtahanında hər bölmə üzrə minium bal 200, maksimum bal isə 800 baldır( yəni toplam maksimal 2400). Yüksək səviyyəli universitetlərə qəbul olmaq üçün hər kmponent üzrə ən azı 600 – 700 bal toplamaq lazımdır. SAT üç növü vardır: Yazı (writing), tənqidi oxuma (critical reading), Riyaziyyat (mathematics). Müddəti 5 ildir.

Son zamanlar Azərbaycanlılar üçün önəmli ölkə olan Türkiyə universitetləri də YÖS imtahanını ləğv edərək SAT imtahanı tələb edirlər. Belə ki, yaxşı Türkiyə universitetlərinə qəbul olmaq üçün SAT və üstəgəl TOEFL imtahanı vermək tələb olunur. Bu daha çox ingilisdilli proqramlara aid olur. Bununla yanaşı proqram Türk dilində olarsa, o zaman TÖMER və ya ALES imtahanı verməlisiniz. Əks halda bakalavr dərəcəsinə başlamazdan əvvəl bir il türk və ya ingilis dilini oxumaq lazımdır.

GRE nədir?

GRE (Graduate Record Examination) Amerika Birləşmiş Ştatlarında magistr və doktorantura təhsili almaq üçün verilən imtahandır. Dünyanın bir çox məşhur universiteteləri də humanitar fənlər üzrə (iqtisadiyyatdan başqa) GRE imtahanını tələb edirlər. Əsasən dəqiq fənlər üzrə təhsil almaq istəyənlər üçün nəzərdə tutulub. İki qrup ayrılır:

  1. GRE  General Test
  2. GRE  Subject Test

GRE  General Test imtahanını magistr və doktorantura  oxumaq istəyən hər kəs veməlidir.  GRE  Subject Test  isə bəzi universitetlər tələb edir. Bir çox universitet birinci GRE imtahanını tələb edir.

Bu imtahanların hər üçü Azərbaycanda keçirilir. Və təbii ki, Türkiyənin belə bir tələbindən sonra SAT imtahanına maraq iki qat artır.

Professional müəllim və suallarınız üçün bizə şərh yazın və ya zəng edin.

CELT  Elmlər Akademiyası

Ələsgər Ələkbərov küç. 51

Elmlər Akademiyası metrosu

Tel: 012 408 4320

181 thoughts on “GRE, GMAT yoxsa SAT imtahanı?”

  1. Salam GRE imtahanı harada və ayda neçə dəfə keçirilir qiymət neçiyədi hazırlıq ortalama neçə ay müddət lazımdı full program bitirmək üçün?

  2. GRE imtahan vaxtları nə vaxtdır?ortalamam 77.110 dur.imtahansız Türkiyə universitetlərinə qəbul ola bilərəm?illik ödəniş nə qədər olacaq?

    1. Türkiyədə təhsil pulsuz deyil ümumi olaraq. Təbii dövlətlərdə azdır ama yenə ödənişdir. Turkiyə bursları programı var ama ora keçmək çox çətin olub. Suriyəlilərə daha çox yer verirlər. SAT və ya YÖS qəbul üçün lazımdır.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next