Heç Vaxt Yatmayan Şəhərlər – New York

Bu gün sizlərə “Heç Vaxt Yatmayan Şəhərlər” layihəsi çərcivəsində bir çox insanın arzusu olan Nyu York haqda danışacağam. Bu şəhər özünün müasir gözəlliyi ilə hər zaman hər kəsi cəlb edib və hətda bir çox insanın görmək istədiyi, arzusunda olduğu şəhər olub.

Bu şəhərə təsadüfən getməli olsanız. Şəhərin müxtəlif yerlərində müxtəlif mənzərələrlə rastalaşacağınıza özünüzü öyrəşdirin. Məsələn Nyu Yorkdan çin və ispan və digər xalqlardan olan insanların yaşadığı məhlələri vardır ki, bu məhlələrdən keçdikdə heç anlamaq olmur ki, Amerikadasan. Hər kəs öz dilində danışır.

”Heç Vaxt Yatmayan Şəhər” olan Nyu Yorkun metro və ictimai nəqliyyatı 24 saat çalışır. Hər zaman insanlarla sıx olan Nyu York küçələri ilə yanaşı, səssiz və təhlükəli Nyu York küçələri də vardır ki, bu küçədən keçdikdə ən azı cibinzdən pulunuzu yaxud portmanatınız qurban verməli olacaqsınız 🙂 Elə küçələr vardır ki, sizə bir nəfər yaxınlaşıb pulunuzu və portmanatınızı istəsə ona qarşı çıxmağı məsləhət görməzdik. O səbəbdən ki, bu qəhrəmanlığınız ani olaraq çıxan 5-10 nəfər tərəfindən döyülmənizə və üstəlik pulunuzun və portmanatınızın alınmasına səbəb olacaqdır)) Odur ki, necə deyərlər, bu məsləhəti qulağınızda sırğa edin 🙂 İndi isə gəlin gəlin Nyu Yorku başqa aspektlərdən tanıyaq.

New York ABŞın əhali baxımından ən böyük şəhəridir. Nyu York şəhər olaraq 5 hissəyə ayrılır.Manhetten,Bruklin, Kuins, Bronks və Staten-Aylend

Ümumi meqapolisin əhalisinin sayı 22 mln-a yaxındır.  Nyu York imiqrantlar şəhəri sayılır. Burda 180-dan çox dil ilə danışan insanlar yaşayır. İlkin olaraq Nyu York 1613-cü ildə hollandlar tərəfindən Nyu-Amsterdam adı altında yaranmışdır. Daha sonra şəhərin əsası 1624-cü ildə qoyulmuşdur və 1653-cü ildən isə şəhər status almışdır. 1664-cü ildə Birləşmiş krallığın əlinə keçdikdə şəhər Nyu York adlandırılmışdır və 1778-ci ildə isə yeni qurulan ABŞ-ın paytaxtı olmuşdur.

Nyu York dünyanın ən böyük təşkilatlarının ev sahibidir.Bunlardan maliyyə dünyasının ürəyinin olan Uoll Strit (Wall Street) prospekti (Nyu-Yorkun Manhetten hissəsində yerləşir.) ,Nyu-York Fond Birjası qeyd etmək. Daha sonra məşhur Azadlıq Heykəli Nyu-York limanındakı Liberti adasında yerləşir. Gözəl görüntüyə sahib teatr və müzik-hollar Brodvey prospektinin ətrafında toplanmışdır. Nyu-York aeroportu isə dünyanın ən çox sərnişin daşıyan hava limanlarından biri sayılır.

Bundan başqa Metropolitan Museum of Art, Müasir İncəsənət Muzeyi, Quggenhaym Muzeyi kimi muzeyləri məhz Nyu Yorkda yerləşir.

Bildiyiniz kimi, amerikada milli mətbəx anlayışı yoxdur. Buna səbəbi aydındır. Nyu-Yorkda başqa xalqların müxtəlif restoranları  fəaliyyət göstərir ki, dünyanın istənilən yerindən gələn insan burada öz ağız dadına uyğun və hətda öz xalqının milli mətbəxinə aid təamlar axtarmaqda çətinlik çəkməyəcəkdir. Bu səbəbdən də burada italyan, çin, rus, türk, Braziliya, Meksika, hind, hətta Azərbaycan restoranlarına rast gələ bilərsiniz. Nyu Yorkda ən çox sevilən yeməklərdən biri məşhur italyan pizzasıdır.

İnsanların danışıq ləhçəsidə müxtəlifdir. Ən çox danışılan dil sırasında ingilis dilindən sonra ispan dili gəlir. Lakin buna baxmayaraq burda dil ləhçəsi o qədər zəngindir ki, bəzən ingilis dilində danışan bir insanı belə anlamaq olmur..

Şəhərin görməli məkanları: Azadlıq heykəli, Müasir Sənət Muzeyi, Empayr Steyt Binası, Quqqenhaym Muzeyi Sentral Park və Tayms Meydanı, və Müasir Tarix Muzeyləri və.s

Nyu-York dedikdə hər kəsin ağlına ilk əvvəl Amerikanın rəmzi olan Azadlıq Heykəli gəlir. Tam adı “Dünyaya işıq saçan azadlıq” olan bu heykəlin  hündürlüyü 46 metrdir. Bu heykəl Azadlıq adasında yerləşir. 1886-cı ildə Fransadan müstəqillik deklarasiyasının qəbul edildiyi gün hədiyyə olaraq gətirilib. Sağ əlində məşəl, solda isə üstündə «JULY IV MDCCLXXVI» (4 iyul — Müstəqillik deklarasiyasının qəbul olunma günü) yazılan kitab var. Azadlıq adasına gəmi ilə getmək olar. Göydələnləri ilə zəngin olan Nyu York da ən məşhur  Empayr Steyt Bildinq göydələnidir ki, onun hündürlüyü 449 metrdir.

Nyu Yorkun Mərkəzi parkı möhtəşəm yaşıl sahədir. Buraya insanlar şəhərin səs-küyündən istirahət etmək üçün gəlirlər. Parkda kiçik heyvanat aləmi, əyləncə məkanları vardır. Time Square şəhərin mərkəzidir. Burada hündür binalar, böyük və parlaq reklam ofişləri, müxtəlif rəngli butiklər yerləşir. Ən gözəl mənzərəni siz gecə izləyə biləcəksiniz. Metropolitan Amerikanın nəhəng muzeyi sayılır. Muzey mədəniyyət şəhərciyini xatırladır, burada Misir mumiyalarından tutmuş, beysbol xəritələrinə qədər var.

Bruklin körpüsünün inşasına 1866-cı ildə başlanılıb və 14 il davam edib. Keçmişdə Bruklin və Manhetten şəhərlərini birləşdirmək üçün salınıb. Hal-hazırda Nyu-Yorkun əsas abidələrindən biri sayılır. Bundan başqa dünyanın ən böyük teatrı olan Radio Citi Music Holdur  məhz Nyu Yorkda yerləşir. Bu teatr 1932-ci ildə inşa olunub və bu incəsənət mərkəzinə 70 mərtəbəli Ceneral Elektrik binası daxildir…

Dünyanın “Heç Vaxt Yatmayan Şəhərlər” sırasında ilk olan Nyu York haqqında bu qədər… Hər birinizə bu şəhərdə olmaq arzusuyla…

Hələlik 🙂

 

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.