Hollandiyada Təhsil – Hollandiyada Bakalavr və Magistr Təhsili

Hollandiyada Təhsil

Hər Seçiminizdə Sizinləyik

Bir CELT Hekayəsi

Hamida-1

Həmidə Səfərova

baba

Baba Karimli

Anar-gurbanzada-1

Anar Qurbanzadə

WhatsApp Image 2020-01-29 at 09.02.00

Xanım Xəlilova

lacın

Laçın Hüseynov

WhatsApp Image 2020-01-24 at 13.50.53 (1)

Bəhruz Səfərov

CELT Tələbləri Dünyada

Bir CELT Hekayəsi

1632-ci ildə əsası qoyulmuş University of Amsterdam Hollandiyanın 3-cü ən qədim universitetidir. Bu universitet Avropanın ən böyük universitetlərindən biri olmaqla 31 mindən çox tələbəyə və 5 minə yaxın universitet işçisinə, 1300 doktor tələbəsinə sahibdir. Tələbə sayına görə Hollandiyada ən böyük və qrant həcminə görə ikinci ən böyük universitetdir. Əsas korpusu Amsterdam şəhərinin mərkəzində yerləşir. University of Amsterdam dünyaya 6 nobel mükafatçısı, Hollandiyaya isə 5 Baş Nazir bəxş etmişdir.

University of Amsterdam universitetlərarası beynəlxalq QS reytinq cədvəlinə əsasən dünyanın 50-ci ən yaxşı universitetidir. Avropada 15-ci, Hollandiyanın isə lider universitetidir. Universitet Sosial Elmlər, Humanitar Elmlər, Tibb və Təbiət Elmləri üzrə dünyanın 75 ən yaxşı universiteti arasındadır. The Times Higher Education World University Rankings jurnalı isə Universitetin Sosial Elmlər fakütləsini dünyanın 30 ən yaxşı universitet arasında vurğulamışdır.

 

Erasmus Universiteti Haqqında

Erasmus University Rotterdam Hollandiyanın Rotterdam şəhərində yerləşən və fəaliyyətinə 1913-cü ildə başlayan dövlət universitetidir. Universitet Desiderius Erasmus Roterodamus adlı teoloqun adına bu cür adlandırılmışdır. Universitetdə hal-hazırda 30 minə yaxın tələbə təhsil alır. Universitetin hal-hazırda 7 fakültəsi olsa da, daha çox 4 ixtisas üzrə fokuşlaşmışdır: səhiyyə, iqtisadiyyat, idarəetmə və mədəniyyət. Universitet xüsusilə iqtisadiyyat sahəsində çox güclüdür. Universitetdə İqtisadiyyat üzrə Nobel mükafatını qazanmış Jan Tinbergen dərs demişdir. Bundan başqa Sinqapurun uzun müddət iqtisadi məsləhətçisi, Shell, Delhaize Group, DSM kimi böyük Holland şirkətlərinin cari CEO-ları, bir çox ölkənin iqtisadi və maliyyə üzrə müşavirləri bu universitetin məzunu olmuşdur.

 

Erasmus University Rotterdam kifayət qədər reytinqli universitetdir. Hal-hazırda Times World reytinqinə əsasən dünyanın 72-ci ən yaxşı təhsil müəssisəsi hesab olunur.  Hamının maraqla izlədiyi QS rankinginə əsasən dünyada 144-cü yerdə qərarlaşmışdır. Lakin, QS rankinginə görə iqtisadiyyat sahəsinə görə avropada 9-cu, dünyada 38-ci ən yaxşı universitet kimi qiymətləndirilib. Menecement sahəsində isə Financial Times jurnalına və Global MBA reytinqinə əsasən davamlı olaraq Avropanın 10 ən güclülürəri sırasındadır.

Wittenborg Universiteti Haqqında

1987-ci ildə yaradılmış Wittenborg Universiteti, Hollandiyada özəl universitetlər arasında ən çox maliyyələşdirilmiş universitetlərdən biridir. Universitetin həm Amsterdam, həm də Apeldoorn şəhərində böyül korpusu fəaliyyət göstərir. Universitet Holandiyada ən çox beynəlxalq təhsil verən universitetlərdən biri sayılır, elə bu səbəbdən də hər il 70-dən çox ölkədən tələbələr burada təhsil almaq üçün üz tutur. Universitetdə ingilis dilində 10 fərqli ixtisas üzrə bakalavr  və 12 fərqli ixtisas üzrə magistr programları təklif  olunur.

Dərslər ingiliscə keçirildiyindən, məzun olduqdan sonra rəqabətli beynəlxalq bazar mühitində iş tapmaq imkanınızı genişləndirəcək. Universitetin bakalavr və magistr pr