IELTS və TOEFL imtahanlarının fərqləri

    IELTS və TOEFL imtahanlarının fərqləri

TOEFL – Test of English as a Foreign Language – Xarici Dil Qismində İngilis dili Testi 

IELTS International English Language Testing System – Beynəlxalq İngilis dili İmtahanı sistemi

    Tələbələrdən müntəzəm olaraq aldığımız suallardan biri ‘IELTS yoxsa TOEFL imtahanını seçməliyəm? Hansı daha asanddır?’ şəklində olur. Bu məqaləmdə hər iki imtahanın fərqli və oxşar cəhətləri məsələsinə toxunacam, beləliklə siz də hansının sizə lazım olacağı və ya hansının sizin üçün daha asand gələcəyini aydınlaşdırmış olacaqsınız.

    Hərşeydən öncə siz müraciət etmək istədiyiniz universitetin sizdən hansı imtahan nəticəsini tələb etdiyini aydınlaşdırmalısınız. Məsələn, qəbul olmaq istədiyiniz universitet yalnızca IELTS sertifikatı qəbul edirsə o zaman təbii ki, IELTS imtahanına hazırlaşıb imtahanda sizdən tələb olunan minimum balı yığmalısınız.

   Həmçinin həmin imtahanın sertifikatını alma səbəbini özünüz üçün aydınlaşdırmalısınız. Əgər bu sizə universitetə daxil olmaq üçün lazımdırsa o zaman bu iki imtahan bir-birindən elə də fərqlənmir. Ancaq sizin başqa bir ölkədə yaşamaq planınız varsa o zaman IELTS’in General (Ümumi) proqramına hazırlaşmaq daha məqsədə uyğun olar. Sonda isə yaşadığınız ərazidə vermək istediyiniz imtahanın keçirilmə məntəqəsini araşdırmalısınız.

IELTS və TOEFL oxşar cəhətləri

    Hər iki imtahan zamanı sizin 4 bacarığınız (Listening,Writing,Reading,Speaking) test olunur. Onlar hər biri standardlaşdırılmış test sistemləridir,yəni bütün dünya üzrə onların bal sistemi sabitdir.

    Qiymətlərdə də elə bir fərq yoxdur. Hal hazirda IELTS imtahanının qiyməti 335AZN, TOEFL imtahanı isə 332AZN təşkil edir.

    Oxşarlıqları yalnızca bundan bundan ibarətdir,indi isə gəlin fərqlərinə nəzər salaq.

IELTS vs TOEFL fərqli cəhətləri: Speaking

1. Yəqin ki,bu iki test sistemi arasındakı ən böyük fərqi speaking bölməsində görmək olar. IELTS imtahanı zamanı siz real bir insanla ünsiyyətə girirsiniz, TOEFL imtahanı zamanı isə siz yalnızca komputerə danışırsınız.

    Bəziləri komputerə danışmağı qəribə qəbul etdiyi halda digərləri bu vəziyyəti daha üstün tuturlar.

2. TOEFL test imtahanı zamanı sizdən 6 suala cavab vermək tələb olunur və bu proses təxminən 20 dəqiqə davam edir. 2 sual sizə tanış olan mövzular(ailə,yaşadığınız yer,dostlar və s.) haqqında olacaqdır. Daha sonra sizdən verilən mətni və ya dialoqu ümumiləşdirib öz fikrinizi bildirməyiniz tələb olunacaq. Sonda isə qısa bir conversation’u ümumiləşdirib danişmalı olacaqsınız.

    IELTS speaking imtahanı 3 hissədən ibarətdir və təxminən 15 dəqiqə davam edir.   Bu imtahan real bir insanla üzbəüz olaraq davam edir və daha çox təbii ünsiyyət prosesinə bənzəyir. 1ci bölmədə sizə tanış olan mövzular (ailə,iş,təhsil, və s.) haqqında suallara cavab verməyiniz tələb olunur. 2ci hissədə sizə verilən mövzu haqqında 1 dəqiqə düşündükdən sonra 1-2 dəqiqə aralığında monoloq təqdim etməyiniz tələb olunacaqdır. 3cü hissədə isə 2ci hissədə sizə təqdim olunan mövzu ilə bağlı suallar veriləcəkdir.

3. Bəzi tələbələr TOEFL speaking imtahanı zamanı komputerə danışmağı qeyri-səmimi hesab etdiklərinə görə imtahan onlara çətin gəlir. Halbuki bəzi digər tələbələr,xüsusən utancaq olanlar, buna üstünlük verib tanımadıqları insanla söhbət etməyi çətin hesab edirlər.

4. Digər bir vacib nüans isə ondan ibarətdir ki, IELTS imtahanı zamanı sual başa düşülmədikdə tələbənin sualı təkrarlamaq haqqı olduğu halda TOEFL zamanı bu təbii ki, mümkün olmur.

IELTS vs TOEFL fərqli cəhətləri: Writing

1. Əslində ən böyük fərq sözlərin daxil olunma şəklidir. TOEFL’da klaviatura üzərində yazacağınız halda IELTS imtahanında vərəq üzərində qələmlə yazmalı olacaqsınız.

2. Əl yazısı aydın olmayanlar üçün IELTS imtahanı bir qədər problemli ola bilər.Bu imatahan zamanı siz həm cəld yazmağı bacarmalı həm də aydın yazmalısınız, imtahanı yoxlayan şəxsin yazınızı oxuya bilmədiyi halda balınızı azaltmaq hüququ vardır.

3. Hər iki imtahanda 2 sual olacaqdır lakin onların formatları bir qədər fərqlidir. Belə ki,TOEFL imtahanı zamanı siz ilk sualda sizə verilən mətni oxuyub daha sonra həmin mövzu haqqında olan 2dəqiqəlik mühazirəni dinləyirsiniz. Və sonda bu proses haqqında olan suallara cavab verirsiniz. Bəzi tələbələr üçün bu bölmə öncədən mövzu haqqında hər hansı bir bilik və məlumat tələb etmədiyinə görə daha asand gəlir.

     2ci sualda isə universitet stilində olan akademik essay’lərə bənzəyən,müəyyən bir mövzuya həsr olunmuş daha uzun inşa yazmağınız tələb olunur.

    IELTS writing imtahanında 2 cür yazı kağızı mövcuddur: General (ümumi) və Academic Training. Akademik olan universitetə müraciət edən zaman uyğun olduğu halda Ümumi olana hər hansı bir ölkəyə yaşamaq üçün müraciət zamanı ehtiyac duyulur.

    IELTS writing imtahanı 2 hissədən ibarətdir və təxminən 1 saat davam edir. 1ci hissədə Akademik kağızda sizdən verilən qrafik,cədvəl və ya xəritə haqqında qısa inşa yazmağınız tələb olunacaqdır. General Training kağızında isə tələbəyə 1ci sualda məktub yazmaq tapşırığı verilir.

IELTS vs TOEFL fərqli cəhətləri: Listening

  1. Bu bölmədəki əsas fərq imtahanın müddəti,sualların tipi və tələffüzdür. Listening bölməsi TOEFL imtahanı zamanı 60 dəqiqə,IELTS imtahanında isə 30 dəqiqə davam edir.  
  2. TOEFL listening imtahanı sırf akademik mövzuda olduğu halda IELTS listening imtahanı yarı akademik yarı sosial mövzuda olur.

      3.   TOEFL’da suallar yalnız multiple choice (variantlı suallar),IELTS’da isə müxtəlif növlərdə olur.

      4.   IELTS listening imtahanı zamanı siz müxtəlif növ tələffüz şəkillərini (Britaniya,Amerikan,Şotland,İrlandiya,Kanada,Avstraliya) eşidə biləcəyiniz halda TOEFL imtahanında isə yalnızca Amerikan İngilis tələffüzünü eşidəcəksiniz.

    

IELTS vs TOEFL fərqli cəhətləri: Reading

1. TOEFL reading imtahanı zamanı siz yalnız multiple choice sualları(variantlı suallar) ilə, IELTS imtahanında isə True,False or Not Given,sentence completion(cümlə tamamlama),matching headings (başlığı uyğunlaşdırma) və s. kimi suallarla qarşılaşacaqsınız.

2. TOEFL imtahanında yalnız akademik mətnlər, IELTSda isə siz ya ümumi ya da akademik mətnlər olan imtahanı seçə bilərsiniz.

3. Bir çox tələbə TOEFL reading vərəqinin IELTS imtahan vərəqindən daha uzun olduğunu və daha çox diqqət tələb etdiyini qeyd ediblər. Digərlərinə görə isə yalnız multiple choice suallarını etmək yorucu və bezdiricidir.

 

Nərgiz Ağaverdiyeva

Əlaqə: nargiz@celt.az

Telefon: (012) 566 48 23

CELT Colleges Narimanov

 

[vc_column width=”1/2″][vc_gmaps link=”#E-8_JTNDaWZyYW1lJTIwc3JjJTNEJTIyaHR0cHMlM0ElMkYlMkZ3d3cuZ29vZ2xlLmNvbSUyRm1hcHMlMkZlbWJlZCUzRnBiJTNEJTIxMW0xOCUyMTFtMTIlMjExbTMlMjExZDMwMzguMzU2MzAwMTEwNzQ4JTIxMmQ0OS44NjU5NDgzMTUzOTUzNSUyMTNkNDAuNDAwOTU2OTc5MzY2OTc0JTIxMm0zJTIxMWYwJTIxMmYwJTIxM2YwJTIxM20yJTIxMWkxMDI0JTIxMmk3NjglMjE0ZjEzLjElMjEzbTMlMjExbTIlMjExczB4NDAzMDdkNDVlMzUzMWIyNyUyNTNBMHhlNzIyMjczMTEyZWE5YTM1JTIxMnpRMFZNVkNCT1lYSnBiV0Z1YjNZc0lERXdNQ0JVeVpsaWNtbDZJR3ZEdk1PbnlabHphU3dnUW1GcnhMRWdNVEF6TXl3Z1FYcGxjbUpoYVdwaGJnJTIxNWUwJTIxM20yJTIxMXNlbiUyMTJzJTIxNHYxNDU1MDA4OTQzNDk4JTIyJTIwd2lkdGglM0QlMjI2MDAlMjIlMjBoZWlnaHQlM0QlMjI0NTAlMjIlMjBmcmFtZWJvcmRlciUzRCUyMjAlMjIlMjBzdHlsZSUzRCUyMmJvcmRlciUzQTAlMjIlMjBhbGxvd2Z1bGxzY3JlZW4lM0UlM0MlMkZpZnJhbWUlM0U=” size=”320″][/vc_column][vc_column width=”1/2″][vc_video link=”https://www.youtube.com/watch?v=Gbg22uxaiwI”][/vc_column][/vc_row][vc_row][vc_column][dt_blog_posts_small columns=”3″ category=”celt-colleges-narimanov”][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]

6 thoughts on “IELTS və TOEFL imtahanlarının fərqləri”

  1. Salam,təqribən B2-B1 arası səviyyədə olduqda nə qədər müddət hazırlıqdan sonra 6.0 6.5 və ya 7.0 bal almaq olar İELTS imtahanından?

    1. Salam. IELTS imtahanının normal hazırlıq müddəti 3-4 ay aralığında dəyişir. Amma bu müddət tamami