Beginner English – Ingilis Dilində Beginner Səviyyəsi – Necə Öyrənməli?

Dünya dili olan ingilis dilini hər kəs  öyrənmək istəyir. İngilis dilini öyrədilməsi və digər komponentləri  ilə bağlı çoxlu yazılar dərc etmişik və etməkdə davam edirik. Çalışırıq ki, ingilis dili metodikası, hansı kitablardan istifadə olunmadı ilə bağlı fikirlərimizi oxucularımızla bölüşək. Ümid edirik ki, oxucularımıza nəsə bir xeyrimiz dəyir.

Bundan əvvəlki üç yazıda ingilis dilində olan üç öyrənmə istiqamətindən danışdıq. Bu da dəfəki yazılarımızda ingilis dilinin səviyyələri (level) haqqında danışacayıq. Bildiyimiz kimi ingilis dilini akademik səviyyədə öyrənmək üçün 6 səviyyəni bilmək lazımdır. 6 aşağıdakılardır:

  • Beginner level
  • Elemantary level
  • Pre – intermediate level
  • İntermediate level
  • Upper – intermediate level
  • Advanced level

Yuxarıda adını çəkdiyimiz ingilis dilində olan 6 səviyyədir. Biz bu səviyyələrin hər biri  haqqında ayrı-ayrılıqda ətraflı danışacayıq. Bu yazıda 1-ci səviyyə olan Beginner səviyyəsi haqqında fikirlərimizi bildirəcəyik.

Beginner səviyyəsi ən aşağı səviyyə hesab olunur. Yəni həmin şəxs ingilis dilindən heç anlayışı yoxdur və yaxuda qismən nəsə bilir. Bu kimi şəxslər ingilis dilini öyrənərkən begninner səviyyəsindən başlamalı olurlar.

Beginner başlayanlar demək olar ilk dəfə bir qədər çətinlik çəkmirlər. Ümumiyyətlə beginner səviyyəsinə başlayalanları da 2 qrupa bölmək olar:

1)    Ümumiyyətlə ingilis dilindən məlumatı olmayanlar

2)    İngilis dilindən qismən məlumatı olanlar

İkinci qrupa aid olanlar dərslərə başlayarkən bir o qədər çətinlik çəkmirlər, birinci qrupa aid olanlar isə qismən o mühitə öyrəşincə çətinlikləri olur.

İngilis dilini mükəmməl öyrənmək istəyən şəxslər ən aşağıdan səviyyədən başlasalar daha perspektivli şəkildə dərsləri mənimsəyə bilərlər. Hər bir səviyyənin öyrənmə müddəti maksimum 3 aydır. Lakin  bu o demək deyil ki, bütün şəxslər hər səviyyəni 3 aydan tez bitirə bilməzlər. Ola bilər iki ay müddətində bitirə bilərlər.Sadəcə 3 ay maksimum müddətdi. İngilis dilini öyrənmək istəyənlər beginner səviyyəsinə maksimum 3 ay müddətinə bitirə bilərlər. Amma bir cox vaxt beginner səviyyəsini qismən ingilis dilində məlumatı olanlar tez bitirirlər, çünki onlar üçün bir qədər asan olur deyə dərsləri sürətli keçirlər.

İngilis dilinin tədrisində geniş təcrübəyə malik olan CELT Colleges sizə ingilis dilini tam şəkildə öyrətməyi öhdəsinə götürür. O cümlədən beginner səviyyəsindən başlayaraq  akademik səviyyəyə kimi tədris edir. Əgər sizədə ingilis dilini öyrənmək istəyirsinizsə, o zaman vaxt itirmədən CELT-ə gəlin arzularınızı reallaşdırın.

CELT Gənclik

Atatürk pros. 3

Bakı Tibb Mərkəzinin yanında

Tel: (012) 564 69 40 

50 thoughts on “Beginner English – Ingilis Dilində Beginner Səviyyəsi – Necə Öyrənməli?”

  1. Presat nedir ?
    SAT önceden hazırlıqdır? Ve presat-də ingilis dilini inkişaf elətdirə bilirik?
    Zəhmət olmasa ətraflı melumat verersinizde

    1. Salam. Xeyir. Sizin öncə ingilis dilinizi B2 səviyyəsinə real olacaq gətirmək lazımdır. Ondan sonra SAT hazırlaşmaq lazımdır. A2 səviyyəsi ilə hazırlaşmaq boşuna vaxt keçirtməkdir.

  2. Qeydiyyatlar ən son nə zamana kimidir? Ofislərinizdən ən çox hansı məsləhətlidir və ilk kursa imtahan verilib götürüləndə nə şəkildə olur imtahan şifahi, yazılı?