Ümumi Məlumat

İUBH School of Business (qısaca olaraq İUBH) 1998-ci ildə yaradılmış Bonn şəhəri yaxınlığında yerləşən özəl universitetdir. Universitet daha çox biznes istiqamətli ixtisaslar üzrə köklənib və dərslər tamamilə ingiliscə aparılır. Universitet şəhərin mərkəzində tarixi böyük park olan St. Anno Park-da yerləşir. Universitet şəhərciyi auditoriya binaları, yataqxana binaları, kitabxana, restoranlar və qəhvəxanalardan ibarətdir.

Universitet şəhərciyi beynəlmiləl olması ilə seçilir. Dünyanın 60-a yaxın ölkəsindən gələn tələbələr burada təhsilini davam etdirir. Tələbələlər müxtəlif klub, cəmiyyət və komandalar yaradaraq ortaq maraq və hobbilərini birlikdə bölüşdürürlər. Universitetin qaçış, reqbi, tennis və tələbələrin vaxtlarını səmərəli keçirilməsi üçün növbənöv klubları da vardır.

Dərslər payız və yay aylarında başlayır.

Dünyada Nüfuzu

Bu universitet ali təhsil institutu tərəfindən tanınaraq bakalavr və magistr proqramları tədris etmək hüququnu qazanmışdır. Eyni zamanda Almaniya Elm və Humanitar Konsulluğu və FİBAA (Foundation for International Business Administration Accreditation) tərəfindən də müvafiq akkreditasiya qazanmışdır.

Universitet davamlı olaraq müxtəlif reytinq cədvəllərində top səviyyədə qala bilmişdi. 2014 və 2015-ci ildə CHE University Ranking liqa cədvəlində tələbələrin yüksək nəticələrinə görə nüfuzlu təhsil müəssisəsi hesab edilir və binzes administrasiyası sahəsində Almaniyanın ən yaxşı özəl ali universiteti kimi yerini möhkəmlədə bilmişdi. Təkcə 2015-ci ildə məzunların 87 faizi məzun olduqdan sonra 3 ay ərzində işlə təmin edilə bilmişdir.

Universitetin Berlin və Bad Honnef kimi rəqabətli biznes mühitli şəhərlərdə kampusu vardır.

Bakalavr və Magistr Proqramları
  • Pathway (Bakalavra hazırlıq)
  • Pre-Master Program
  • Aviation Management
  • International Event Management
  • Hospitality Management
  • International Management
  • International Marketing Management
  • Tourism Management
  • International Management – Aviation
  • International Management – Finance & Accounting
  • International Management – Health Care
  • International Management – Human Resources
  • International Management – IT Management
  • International Management – Marketing
  • Transport and Logistics Management
Universitetin Təqdimatı
Təhsil Alan Tələbələrimiz

Təşkilat çox yaxşıdır. Məsələn, mənə Hollandiyada universitet seçimində çox kömək oldu, hətta qərarımı dəyişdirmək istədikdə belə, həmişə yaxşı universitetləri məsləhət görmüsünüz. Universitetə təhsili başladıqdan sonra belə hər hansı sualım olduqda həmişə kömək etmisiniz. Yəni ki, təkcə universitet təhsilindən öncə deyil, universitetdə təhsil alarkən belə hər hansı sual və ya məsləhət ehtiyac olanda sizinlə əlaqə saxlamaq çox asandır. və lazımi köməkləri edirsiz həmişə. İndiyə kimi göstərdiyiniz bütün qayğıya görə bütün CELT Colleges üzvlərinə, başda Elgün müəllim olmaqla, təşəkkür edirəm.

Emin Həsənzadə- İnternational Study Center Holland Business Foundation

Emin Həsənzadə

I want to give my special thanks to Mr. Anar who had a big responsibility in the documentation issues. I was given additional information about university as well as city life by CELT Colleges.
I study Chemistry MSc at the Debrecen University which is the oldest continuously operating institution of higher education in Hungary. Chemistry is one of the reputable departments at the University. Large and enhanced laboratories have an essential influence on the quality of education. University has also various research groups in each field of Chemistry. It generates innovative achievements as well as getting new inventions at science. I suggest University of Debrecen to students who seeking quality education in Natural Sciences

Mahir Hasimov. University of Debrecen- MSc Chemistry

Mahir Hashimov

Elgun is one of those leading teachers who knows how to teach and get the best results. I would highly recommend him as an excellent personal trainer for those who look for bright future.

Kənan Fərzəliyev
Software Developer at Net Media Planet
Qəbul üçün Bizə Müraciət Edin

Mesaj Göndərin