Ümumi Məlumat

INTO City University London bakalavr və magistraturaya qəbul olmaq istəyən beynəlxalq tələbələr üçün nəzərdə tutulmuş bir sıra hazırlıq proqramları təklif edir. City University Londonun müxtəlif ixtisaslarına və ələxsüs da Cass Business School-a qəbul olmaq istəyən tələbələr hazırlıq prosesində müəyyən balı toplamaqla bakalavr və magistr proqramlarına zəmanətli qəbul ala bilərlər. Hazırlıq proqramına qatılmaqla yanaşı, siz eyni zamanda Universitet həyatına hazırlıq görəcəksiniz və Britan həyatına öyrəşəcəksiniz ki, bu da nəticədə hazırlıq proqramından sonra sizi dərəcə proqramlarına başlamaq üçün daha hazır vəziyyətə gətirəcək.

Dünyada Nüfuzu

Fəaliyyətini başladıqdan bəri INTO City University Londonu bitirib, eyniadlı universitetin dərəcə proqramlarına qəbul olma nisbəti həmişə yüksək olmuşdur. INTO City University Londonun yüksək keyfiyyətli proqramını bitirənlər müəyyən keçid balı topladıqdan sonra City University London universitetinə zəmanətli qəbul ilə yanaşı, Böyük Britaniyanın aparıcı universitetlərində də təhsillərini başlaya bilərlər. INTO mərkəzlərində təhsil alan tələbələr bugünə qədər İngiltərə, Şotlandiya, Uels və Şimali İralndiyanın 109-dan artıq universitetində təhsil şansını qazanmışdılar.The Times Universitetlərarası reytinq cədvəlinə görə foundation və pre-master proqramını bitirdikdən sonra Böyük Britaniyanın top 10 universitetindən 9-na qəbul almaq mümkün olmuşdur.

Foundation Proqramları
Pre-Master Proqramları
  • Business and Economics with Accounting
  • Business and Economics with Society and Culture
  • Humanities and Law
  • Computer Science
  • Engineering and Mathematics
  • Actuarial Science
  • Economics
  • Law
  • Social Sciences and the Arts
  • Informatics – Business, Law and Social Sciences
  • Science and Engineering
  • Maths and Engineering
  • Journalism
INTO Сity University Londonun Təqdimatı
Təhsil Alan Tələbələrimiz

INTO City University Londonu çox bəyəndim, ən çox da mərkəzi küçədə yerləşdiyinə görə. Burada biznes dərsləri çox yüksək səviyyədə keçirilir. CELT Collegesin xidmətindən də razı qaldım. Bütün işlər sürətli şəkildə həyatə keçirilir. Qəbul prosesi zamanı heç bir mənfi halla rastlaşmadım, müsbət cəhətlərini isə saymaqla bitməz

Cavid Sadıqov – INTO City University London Business Foundation

Cavid Sadıqov
Qəbul üçün Bizə Müraciət Edin

Mesaj Göndərinclear