Kanadada Məktəb Təhsili – Columbia International College

Bugünkü gündə məktəb şagirdlərinin əksəriyyəti Kanada universitetlərində təhsil almaq üçün 11 illik orta məktəb təhsilini başa vurmasını gözləyir və beynəlxalq ingilis dili sertifikatı alaraq universitetlərə müraciət etməyə başlayır. Kanada universitetlərinin digər qərbi Avropanın dövlət universitetlərindən fərqli olaraq, azərbaycanlı abituriyentləri birbaşa bakalavr təhsilinə qəbul edə bilər. Lakin, unutmayaq ki, Kanadalı şagirdlər orta məktəbdə 12 il oxuduğu halda, azərbaycanlı şagirlər cəmi 11 il təhsil alır. Nəticədə, bizim şagirdlər Kanada universitetlərində təhsilə başlayarkən dərslərdə çətinliklə üzləşir, qrup və proyekt işlərində aktiv iştiraklarını təmin edə bilmir və seminar hazırlanmasında çıxılmaz vəziyyətdə qala bilirlər. Gəlin ilk öncə görək Kanadada universitet təhsili almanın hansı üstünlükləri olduğunu öyrənək:

  1. 4 illik bakalavrı bitirdikdən sonra 3 illik yaşama izninin alınması
  2. Kanadada keyfiyyətli təhsili ilə seçilən yüksək reytinqli universitetlərin olması. University of Toronto, University of British Columbia, Mcgill University və s.
  3. İşəgötürmə faizinin yüksək olması. Yəni, tələbələr məzun olduqdan sonra daha rahat iş tapa biləcəklər.
  4. İşlədikdən sonra Kanadanın daimi vətəndaşı olması şansı

Azərbaycanlı şagirdlər sadalanan reytinqli universitetlərin şərtlərini ödədiyi halda orada təhsil başlaya bilərlər. Lakin, bildirdiyim kimi əksər hallarda müəyyən çətinliklərlə üz-üzə qalırlar. Ondan başqa valideynlərimiz də övladlarının məktəb məzunu olmadan xarici ölkədə məktəb təhsilinə qoşulmasına razı olmur; uşaqların təhlükəsizliyindən, dərslərini vaxtında oxumamağından, düzgün qidalanmamağından və digər səbəblərdən ehtiyatlanır. Bütün bunları nəzərə alaraq Kanadada övladınızın hərtərəfli inkişafını nəzərə alan, qidalanmasını, daimi nəzarət altında olan və uşaqların maksimum qayğısına qalan yataqxana ilə təmin edən məktəblər vardır. Bunların arasından ən böyük tələbə sayına malik olan və Hamilton şəhərində yerləşən Columbia International College barədə söhbət açacağam.

Qısaca olaraq məktəbin yerləşdiyi Hamilton şəhəri barədə:

Hamilton şəhəri Toronto şəhərindən maşınla təqribən 1 saat yarım məsafədə yerləşir və Ontario ştatının 3-cü ən böyük şəhəridir. Şəhərin 500 minə yaxın əhalisi vardır və kifayət qədər sakit və təhlükəsiz şəhərdir. Ontario gölünün sahilində yerləşir və Niaqara şəlaləsinə da çox yaxındır. Təkcə Hamilton şəhərində 100-dən çox şəlalə vardır.

Columbia International College-in üstünlüklərini sadalayım:

  1. College 1979-cu ildə açılmışdır və pedaqoji sahədə kifayət qədər təcrübəsi vardır. Columbia International Сollege hal-hazırda 7000 şagird ilə Kanadada ən böyük pansion-məktəbdir (ingiliscə-boarding school). Kollec şagirdləri tədrisdən savayı, yataqxana və yeməklə təmin edir.
  2. Burada 70-dən çox ölkənin şagirdi təhsil alır. Mədəni cəhətdən olduqda rəngarəng mühitə düşəcəksiniz. Müxtəlif xalqların düşüncəsi və görüşləri ilə tanış olacaqsınız, hadisələr və fikirlərlə bağlı daha güclü analitik bacarıqlara sahib olacaqsınız.
  3. Bu məktəbin məzunları digər məktəblərin məzunları ilə müqayisədə universitet həyatlarında daha uğurlu olurlar və akademik qiymətləri daha yüksək olur.
  4. Columbia İnternational College məktəbi University of Toronto və Waterloo kimi nəhəng universitetlərə ən çox tələbə verən təhsil müəssisəsidir. Bundan başqa məktəb məzunlarına Kanadanın top universitetlərinə daxil olarkən universitet tərəfindən böyük miqdarda təqaüd və güzəştlər ayrılır. Təkcə 2017-ci ildə məktəb məzunlarına universitet tərəfindən 5 milyon Kanada dolları təqaüd verilmişdir. Columbia İnternational College və universitetlər arasında əməkdaşlıq olduğu üçün, ən yaxşı tələbələr seçilərək təqaüdlə mükafatlandırılır.

Columbia İnternational College aşağıdakı universitetlərlə əməkdaşlıq edərək tələbələrin həmin universitetlərə qəbul edilməsinə səy göstərirlər. Universitetlər də öz qarşılığında bu məktəblərdən savadlı tələbə götürməyə maraqlıdır:

  1. University of Toronto
  2. University of York
  3. University of Waterloo
  4. University of Alberta
  5. McMaster University
  6. Western University
  7. Brock University
  8. University of Ontario Institute of Technology

Şagirdlər məzun olduqdan sonra Ontario Orta Məktəb Diplomu qazanır və heç bir imtahan vermədən Kanadanın top universitetlərinə daxil ola bilirlər. Bundan başqa şagirdlər ABŞ, Böyük Britaniya, Avstraliya və Yeni Zellandiya kimi ölkələrin universitetlərinə qəbul ala bilərlər. Əlavə olaraq SAT və yaxud da A-level diplomuna ehtiyac qalmayacaq. Bu ölkələrin universitet nümayəndələri tez-tez məktəbə baş çəkir və şagirdlərlə tanış olurlar. Şagirdlərlə müsahibələr təşkil edilir və şagirdlərin istədikləri ixtisas sahəsinə, akademik göstəricilərinə uyğun proqramlar məsləhət görülür. Əməkdaşlığın daha bir üstünlüyü isə şagirdlərin əksəriyyətinin vaxtından əvvəl qəbullarının alınmasıdır; şagirdlər sadəcə uğurla məktəb təhsilini başa vurmasını və növbəti ildə tələbə adını almasını gözləyir.

Məktəbin yataqxanaları tədris korpuslarının yaxınlığında yerləşir və tədris binası və yataqxana arasında xüsusi avtobus fəaliyyət göstərir. Şəhər boyunca məktəbin 3 oğlan və 2 qızlar yataqxanası vardır. Yataqxana 24 saat kamera nəzarəti altındadır və təhlükəsizlik maksimum qorunur. Bundan başqa yataqxana işçiləri şagirdlərin günün 24 saatı səhhəti və təhlükəsizliyinə nəzarət edir, hər hansı bir problem yarandığı təqdirdə dərhal həll etməyə cəhd edirlər.

Şagirdlər ciddi proqram altında günlərini keçirirlər və dissiplinli şəxsiyyət kimi formalaşırlar. Səhər 8:00-də şagirdlər oyanır və 9:00-da dərslərinə başlayır. Günorta 15:00-da qədər dərslər bitdikdən sonra 18:00-a qədər şagirdlər müxtəlif dərsdənkənar akademik qruplara qoşulur  və ya idmanla məşğul olur; bununla da müxtəlif bacarıqlarını inkişaf etdirirlər. Axşam 18:00-21:00 arası isə yataqxanada müəllimlər tərəfindən məşğələlərə qoşularaq dərslərə vaxt ayrılır. Gecə 12-yə qədər isə şagirdlər mütləq yatağa girməlidir. Qeyd edim ki, şagirdlərin səhər və axşam yeməyi yataqxanada verilir, günorta yeməyi isə məktəbdə hazırlanır.

Həftəsonları isə tələbələr müxtəlif gəzinti və ekskursiyalara, təlimlərə qoşulmaqda sərbəstdirlər.

Bu məktəbin qəbul proseduru, təhsil haqqı vəı endirimlərindən xəbər tutmaq üçün CELT Colleges İçərişəhər ofisinə yaxınlaşa bilərsiniz.

Ünvan: İstiqlaliyyət 59, İçərişəhər metrosu, İqtisad universiteti ilə üzbəüz.

Tel: (012) 492 68 53

(055) 644 72 80

e-mail: anar@celt.az

Instagram: celticharishahar

facebook: https://www.facebook.com/celtscollege/

2 thoughts on “Kanadada Məktəb Təhsili – Columbia International College”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next