Latviyada təhsil almaq istəyənlərə şad xəbər!!!
Latviyanın ən yaxşı universitetlərində bakalavr, magistr, doktorantura pilləsi üzrə təhsili alan hər bir kəs bu təqaüd proqramından yararlana bilər.
Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil
sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış müqaviləyə uyğun olaraq, Latviya hökuməti Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir:
Təhsil dili ingilis və latış dilindədir. Təqaüd proqramından yararlanacaq bakalavriat və magistratura təhsil səviyyələri üzrə tələbələrə aylıq 500 avro, doktorantura təhsil səviyyəsi üzrə isə aylıq 670 avro təqaüdlə təmin olunacaqdır.
Nəzərə alın ki, səyahət və sığorta xərcləri, təhsil haqqı namizədlərin özləri tərəfindən qarşılanır.
Latviya universitetləri və təklif olunan ixtisaslar haqqında məlumatı bu linkdən əldə edə bilərsiniz.
Sizdən hansı sənədlər tələb olunur?
- Qəbul məktubu (Latviya ATM-lərindən birindən)
- CV (tərcümeyi-hal);
- Təhsil sənədlərinin və qiymət cədvəllərinin təsdiqlənmiş surətləri;
- Motivasiya məktubu;
- 2 ədəd tövsiyə məktubu (imza və möhürlü);
- Təqaüd verilən müddət üçün tədris planı;
- Xarici dil sertifikatının təsdiqlənmiş surəti;
- Ümumvətəndaş pasportunun surəti;
Qeyd: Yuxarıda sadalanan sənədlərin ingilis dilində təqdim olması tələb olunur.
Ətraflı bu linkdən tanış ola bilərsiniz.
Seçim prosesi: Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən verilir.
Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan
Respublikası vətəndaşları
1-ci Latviya elektron ərizə sistemi doldurulub təsdiq etməlidir;
https://scholarships.viaa.gov.lv/en/login – 01.04.2020-cu tarixinədək;
2-ci Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sistemini*
tamamlayıb təsdiq etməlidir; https://www.app.htp.edu.az/ -01.04.2020-cu il tarixinədək;
* 2020/21-ci tədris ili üzrə Latviya təqaüd proqramına layiq görüləcək şəxslər sırasından yalnız Təhsil
Nazirliyinin elektron ərizə sistemini tamamlamış şəxslərin adları Hökümətlərarası Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış Azərbaycan Respublikası vətəndaşlarının siyahısına daxil ediləcəkdir. Bunu nəzərə alaraq, Lativya tərəfinə edilmiş müraciətlərlə yanaşı, Azərbaycan Respublikasım Təhsil Nazirliyinin elektron ərizə sistemi üzrə də müraciətlərin təsdiqlənməsi xahiş olunur.
Salam bu program nećenci ile qeder keçerlidir?
O hər il dəyişir. Bu il yoxdur. Müraciət edilən il saytlarına baxmaq lazımdır.