Macarıstanda Təhsil Almağın Üstünlükləri

Macarıstanda universitetə müraciət və qəbul şərtləri

Macarıstanda ali təhsil almaq üçün məktəb məzunu və sonuncu sinif şagirdi olmağınız lazımdır. Avropanın seçilən universitetlərindən olan Macarıstan universitetləri iqtisadi baxımdan ailələrin büdcələrini sarsıtmadan övladlarına arzu etdikləri təhsili verməkdədir.

Macarıstanda universitetlərin təhsil haqqı

Macarıstan universitetlərində menecment, mühəndislik, sosial elmlər kimi ixtisasların təhsil haqqları illik 3000-6000 € aralığında, tibb, əczaçılıq və diş həkimliyi kimi ixtisasların təhsil haqqı isə 8000-15000  €  aralığında dəyişir. Macarıstan dövlət universitetləri bir çox tələbənin xəyalını qurduğu təhsil qurumlarındandır.

Macarıstanda qonaqlama ödənişləri.

Macarıstanda universitet təhsili almağa qərar verən tələbələrin qonaqlamaları üçün olduqca münasib tələbə yataqxanaları var. Yataqxanalarda 3-4 nəfərlik otaqların qonaqlama maliyyəti aylıq 80-110  € arasında dəyişir.

Daha komfortlu tək nəfərlik otaqlarda qalamaq istəyən və büdcəsi buna uyğun olan tələbələr üçün də seçimlər  mövcuddur. Macarıstanda təhsil alan tələbələr tərəfindən ölkənin keyfiyyətli təhsil sistemi və asan yaşana bilən ölkə olması dilə gətirilir.

Tələbə yataqxanasında deyil də, ev kirayələmək istəyən tələbələr üçün isə şəhərə görə dəyişkən qiymətlərlə seçimlər mövcuddur. 2 nəfərin qala biləcəyi bir ev üçün ödəniş aylıq 300-500 € arasında dəyişir.

Macarıstanda bəzi hostellər tələbələrə yataqxana xidməti verir. Universitet yataqxanası və tələbə evində qonaqlamaq istəməyən tələbələr; keçici qonaqlamaq üçün və qalmağa yer tapana özəl yataqxana və hostellərdə uzun və qısa müddətlərdə qala bilərlər.

Özəl yataqxanalarda aylıq qonaqlama ödənişi ortalama 200- 400 € arasında dəyişir. Bir semester yataqxanada qalan tələbə istədiyi zaman başqa yerdə yaşamağa davam edə bilər.

Macarıstanda iş və yaşam imkanları

Macarıstan universitetləri sizə xəyallarınızı gerçəkləşdirmək üçün şans yaradır.

  • Macarıstan dövlət universitetləri tərəfindən tanınan bütün universitetlər ölkəmizdə tanınır.
  • Təhsil dili İngilis dili olduğu üçün hansı ixtisası oxuyursunuzsa, oxuyun İngilis dilində təhsil alacaqsınız və dolayısı ilə xarici dilinizi inkişaf etdirmiş olacaqsınız.
  • Macarıstanda oxuduğunuz müddətdə Schengen vizası ilə digər Avropa ölkələrini görmə şansına sahib olacaqsınız.
  • Macarıstanda universitet təhsili alan xarici tələbələr məzun olduqdan sonra sadəcə Macarıstanda deyil, bütün Avropada və dünyada keçərli bir diploma sahib olacaqlar.

 

Əlavə olaraq bildirək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 7 dekabr 2017-ci il tarixində imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən təqaüd proqramı  həyata keçirilir. Proqram Azərbaycan Respublikasının vətəndaşlarına aşağıdakı ixtisaslar üzrə hər il 200 nəfərə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

 

 

Bakalavr və magistr proqramları üzrə;

  • kənd təsərrüfatı, su idarəetməsi
  • təbiət elmləri, davamlı inkişaf
  • turizm
  • mühəndislik, informasiya texnologiyaları, texnologiyalar
  • iqtisadiyyat, biznes və idarəetmə elmləri

Doktorantura üzrə;

  • istənilən sahə üzrə

Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir: Macarıstan tərəfindən:

  • ödənişsiz təhsil;
  • universitet yataqxanasında yaşayış;
  • tibbi sığorta;
  • aylıq təqaüd

Aylıq təqaüd bakalavr və magistr proqramları üçün 40.460 Macarıstan forinti, doktorantura proqramı üçün təlim və tədqiqat dövründə 140.000, dissertasiya dövründə isə 180.000 Macarıstan forinti olaraq müəyyənləşdirilmişdir.

Bakalavr proqramlarına müraciət üçün sizin IELTS, SAT və ya DİM (TQDK) nəticələriniz, magistr proqramlarına müraciət üçün isə IELTS sertifikatınız və 71-dən aşağı olmayan ümumi orta balınız lazımdır.

Müraciət üçün son tarix isə 15 yanvar 2019-cu ildir.

 

Macarıstanda təhsillə bağlı ətraflı məlumat və müraciət üçün:

CELT Colleges 28 May

Tel: (+994 12) 441 36 65

Mob: (+994 70) 270 75 57

28-may@celt.az

elgunk12.sg-host.com

Ünvan: 104-122 Rəşid Behbudov küçəsi,

Bakı, Azərbaycan AZ1014

6 thoughts on “Macarıstanda Təhsil Almağın Üstünlükləri”

  1. Farid Karimov men sizinle nece elaqe saxlaya bilerem. etrafli oyrenmek isteyirem. sizin insta filan varsa ve ya fb yazardiz zehmet olmasa

  2. salam. macaristan universitetlerinde pulsuz oxumaq ucun hansi sertleri odemeliyem. yeni men isteyirem ki azerbaycanda yuksek bal ile UNECe girim, sonra 1 il burada qalib IELTS imtahanina hazirlasim sonra macaristan universtitetine gedim. menim sansimin cox olmasi ucun IELTS derecem ve tqdk balim nece olmalidir? xahis eliyirem mail-e yazardiz cavabi

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir