Ümumi Məlumat

Marshall University 1837-ci ildə West Virginia ştatında əsası qoyulmuş dövlət təhsil müəssisəsidir və ABŞ-ın 4-cü Ədliyyə naziri John Marshall-ın adını daşıyır. Universitetin 15 minə yaxın tələbəsi Universitet şəhərciyində tikintisi yenicə tamamlanmış bir neçə tələbə yataqxanası, əyləncə mərkəzi, mühəndis laboratoriyası, softbol meydançası və sərbəst girişli süni torf meydanından yararlana bilər. Marshall-lılar 1895-ci ildən etibarən Amerikan futbolu oynamağa başlayıb və bu sahədə çoxillik təcrübələri vardır. Hətta 2006-cı ildə kifayət qədər populyarlıq qazanmış “We are Marshall» bədii filmində də universitetin futbola olan sevgisi təsvir olunmuşdur.

Dünyada Nüfuzu

Marshall University bir neçə nüfuzlu biznesmen, həkim, müəllim və jurnalistin məzun olduğu universitetdir. Tələbələr bir sıra bakalavr və magistr proqramları ilə yanaşı, Universitetin Tibb Məktəbinə də qəbul ola bilərlər. Universitetin əsas məqsədi tələbələrə individual yanaşmadır; hər fakültə üzvünə 20 tələbə düşür. Kiçik siniflər, münasib qiymət, çempionluq qazanmış atletika komandaları və ölkə hüdudlarında böyük nüfuzu Marshall University-nin digər universitetlərdən fərqləndirən əsas cəhətlərindəndir.

Bakalavr və Magistr Proqramları
  • Accounting
  • Anthropology
  • Athletic Training
  • Biological Sciences
  • Biomechanics
  • Chemistry
  • Communication Studies
  • Computer Science
  • Criminal Justice
  • Economics
  • Civil Engineering
  • English
  • Environmental Science
  • Finance
  • Geology
  • Integrated Science and Technology
  • International Affairs
  • International Business
  • Marketing
  • Political Science
Marshall Universitetinin Təqdimatı
Təhsil Alan Tələbələrimiz

CELT Colleges vasitəsilə University of Debrecenlə tanış oldum. Universitet barədə fikirlərim müsbətdir. Burada oxumağıma səbəb olan Elgün və Anar bəyə təşəkkürümü bildirirəm. Çox məsuliyyətli və işini bilən mütəxəssislərdir. İşlərində heç bir xoşagəlməz hal aşkarlamadım.

Emin Həsənzadə. University of Debrecen- BSc Computer Science

Emin Həsənzadə

Mən ilk dəfə Coventry University-ni seçəndə əsas fikir verdiyim səbəb universitetin reytinqdə sürətlə qalxmasıdır. İlk öncə onu deyə bilərəm ki, Coventry əsl tələbə şəhəridir və burada hər şey tələbələrin rahatlığı üçün qurulub. Universitetdə ən çox xoşuma gələn xüsusiyyət isə təbələrə çox güclü dəstək olmalarıdır. Bir sözlə, universteti seçən tələbə peşman olmaz. CELT Colleges-in xaricdə təhsil şöbəsinə mənə bu imkanı yaratdığına görə təşəkkür edirəm!

Azər Rüstəmov. Coventry University- Oil and Gas Management

Azər Rüstəmov

CELT Colleges-in xaricdə təhsil servisi çox keyfiyyətli idi. Çox razı qaldım. Bütün işlər çox dəqiq və vaxtında icra olunurdu. Hətta, söz verilmiş xidmətdən əlavə də kömək etdiklərinin şahidi oldum. Durham University-də uğurlu təhsil almaq üçün həm kitabxanada, həm də evdə dərslərə çoxlu diqqət ayırmaq lazımdır.

Muxtar Qarayev. Durham University-Finance and Investment

Muxtar Qarayev
Qəbul üçün Bizə Müraciət Edin

Mesaj Göndərinclear