Ümumi Məlumat

Queen Ethelburga’s 3 yaşından 19 yaşına kimi qız və oğlanlar üçün nəzərdə tutulmuş özəl məktəbdir. Məktəbin əsası 1912-ci ildə qoyulmuşdur və tarixi York şəhərinin şimal qərbində Thorpe Underwood adlanan ərazidə yerləşmişdir. Məktəbin ərazisində tələbələrə lazım olan hər bir şey vardır: tədris binası, müasir yataqxanalar, həkim nəzarəti, müxtəlif oyun meydançaları, teatr mərkəzi, trenajor zalı və s.

Əgər tələbələr Oxford, Cambridge və digər reytinqli universitetlərdə oxumaq istəyirsə, Azərbaycanda məktəbdən məzun olduqdan sonra Queen Ethelburga’s-ın təklif etdiyi 2 illik A-level proqramına qoşula bilər. A-level tədrisini bitirdikdən sonra istədiyi ixtisas üzrə bakalavr proqramına başlaya bilər.

Dünyada Nüfuzu

Məktəbin tələbələrinin sayı 1100 civarındadır və ildən ilə tələbə sayı ildən ilə artmaqdadır. Təkcə 2012-ci ildə məktəbin şəraitin daha da yaxşılaşdırılması və fəaliyyətlərinin genişləndirilməsi üçün 65 milyon funt xərclənmişdir.

Telegraph Boarding Schools Rankings-in orta məktəblər üçün tərtib etdiyi reytinq cədvəlinə əsasən Queen Ethelburga’s A və A* qiymətlərinin faiz göstəricilərini nəzərə alsaq Böyük Britaniyada 4-cü ən güclü məktəb hesab edilir. Əgər həm oğlanlar, həm də qızlar üçün nəzərdə tutulmuş qarışıq məktəbləri hesaba alsaq, Queen Ethelburga’s Britaniyanın 2-ci ən yaxşı məktəbidir.

Məzun Olduqdan Sonra Universitet İstiqamətləri
  • University of Cambridge
  • Imperial College, London
  • University College, London (UCL)
  • King’s College London
  • University of Edinburgh
  • City University, London
  • University of Manchester
  • University of Durham
  • University of Leeds
  • University of Bristol
  • University of Exeter
  • University of Sheffield
  • University of Newcastle
  • University of York
  • University of Bath
  • London School of Economics and Political Science (LSE)
  • University of Warwick
  • University of Glasgow
  • Queen Mary, University of London
  • King’s College London
Queen Ethelburga's Kollecin Təqdimatı
Təhsil Alan Tələbələrimiz

CELT Colleges-in xaricdə təhsil servisi çox keyfiyyətli idi. Çox razı qaldım. Bütün işlər çox dəqiq və vaxtında icra olunurdu. Hətta, söz verilmiş xidmətdən əlavə də kömək etdiklərinin şahidi oldum. Durham University-də uğurlu təhsil almaq üçün həm kitabxanada, həm də evdə dərslərə çoxlu diqqət ayırmaq lazımdır.

Muxtar Qarayev. Durham University-Finance and Investment

Muxtar Qarayev

Bath Universitində oxumaq mənim ən böyük arzularımdan biri idi. Universitetə qəbul prosesində və beynəlxalq imtahanlara hazırlaşmağımda CELT Gənclik ofisinin rolu danılmazdır. Hər kəsə tövsiyə edirəm.

Rəşad Tağıyev
Bakalavr

Budapest Metropolitan Universiteti təhsil səviyyəsi yüksək olan bir universitetdir. Xüsusilə incəsənət tələbələri üçün praktiki dərslərdə lazımlı şərait yaradılır. Bir çox xaricdə oxuyan tələbənin dediyi bir sözə mən də burda şahid oldum; müəllimlər tələbələrlə çox yaxın münasibət qurur, ciddiyətdən qaçınırlar. Hər biri Macarıstanın son dövrlərdəki incəsənətində xüsusi şəxslər olan müəllimlərdən öyrəniləcək çox şey var. Celt colleges imtahanlardan xaricə gedəcəyiniz son günə qədər dəstək olur və əlbəttə savadlı, köməkcil müəllimləri ilə yadda qalır.

Arzu Əmirli. Budapest Metropolitan University-BA in Film and Media Studies

Arzu Amirli
Qəbul üçün Bizə Müraciət Edin

Mesaj Göndərinclear