“ Readingdə müəllim nə edir ki? “ / “ Onsuz da özüm oxuyub cavab verməliyəm”

Yəqin ki bir çoxlarımız IELTS və TOEFL kimi ingilis dilini test edən imtahanlarla ya birbaşa tanışıq, ya da bu imtahanlarla bağlı az da olsa məlumatımız var. Bildiyimiz kimi hər iki imtahanın məqsədi tələbələrin və özünü ingilis dilində sınamaq istəyən insanların dil bacarıqlarını 4 fərqli sahədə (Reading, Listening, Speaking , Writing) yoxlamaqdır.

Hər iki imtahanın bir çox hallarda akademik məqsədlərlə istifadə edildiyini nəzərə alsaq , tələbələrin öz potensiallarından maksimum dərəcədə yararlanmalarının zəruri olduğunu görərik. Bunun üçün peşəkar təlimin rolunu vurğulamaq qaçınılmaz olardı. Lakin bir çoxları düşünür ki, Reading və Listening bölmələrindən heç də müəllim və ya təlimçi köməyinə ehtiyac yoxdur.

Bu nə qədər yalnış bir düşüncə olsa da, bəzi hallarda tələbələrə haqq qazandırmaq da mümkündür. Təbii ki ingilis dilində akademik səviyyəsi (C1,C2) olan tələbələr üçün bu təlimin prosesi daha rahat olacaq və uzun müddətli dinləmə və oxuma praktikasına ehtiyac qalmayacaqdır. Lazımi strategiyalar verildikdən sonra, bu cür tələbələr rahatlıqla nailiyyət əldə edə bilərlər. Lakin ümumi bir baxış keçirtsək, heç də göründüyü kimi şanslı deyilik. Yəni, heç də çoxlarımızın dil səviyyəsi qeyd edilən qədər yüksək deyil. Bu halda, “ Readingdə müəllim nə edir ki? “ / “ Onsuz da özüm oxuyub cavab verməliyəm” / “ Müəllim mənim yerimə imtahanda dinləməyəcək ki.. kimi fikirlərin niyə düzgün olmadığını da nəzərinizə çatdırmaq istərdim. Belə desək müəllim heç speaking və Writing bölməsində də tələbənin yerinə imtahana girmir. Professional təlim deyərkən əksəriyyət, müəllimlərin İELTS və TOEFL da tələbələrə ingilis dilini və ya akademik söz bazasını öyrətdiyini düşünür. Lakin müəllimin rolu tələbələrə suallara necə yanaşmalı olduğunu göstərmək , daha sürətli bir şəkildə sualları necə analiz edib cavablandırmağı başa salmaq, oxuyarkən hansı hissələrin daha önəmli olduğunu göstərmək , dinləyərkən isə gözlədikləri qismin nə zaman vurğulanacağını başa salmaqdır. Burdan belə nəticəyə gəlmək olar ki, IELTS və TOEFL imtahanlarına hazırlıq prosesində müəllimin rolu tələbəyə qrammatika və söz bazası keçməli deyil, əvvəlki hazırlıq mərhələsində keçirilən ingilis dil bazasının bu kimi imtahanlarda necə tətbiq edilməli olduğunu başa salmaqdır.

Reading də bu peşəkar təlimin rolunu başqa bir aspektdən də qeyd etmək olar. Gəlin SAT və GMAT kimi imtahanları yada salaq. Bu kimi imtahanlarda xarici dil bölməsi yalnız readingdən ibarət olub tələbənin suala yanaşma məntiqini test edir. Belə çıxırki SAT dərsi keçən bir müəllim aylarla tələbəyə heç bir reading strategiyası keçmir və tələbənin öhdəsinə buraxır. Bu nə qədərdə gülünc səslənsə də, kifayət qədər insan mütəxəssis təliminin rolunu danmaqda davam edir. Əgər professional təlim vacib olmasa idi tələbələrin individual hazırlıq proseslərində yüksək nəticələri qeydə alınardı. Təəssüf ki, buda o qədər ürəyiaçan səviyyədə deyil.

Yekun olaraq fikrimi ümumiləşdirib, istəkli tələbələrə çatdırmaq istədiyim 2 nüansı qeyd edirəm:

  • IELTS və TOEFL a başlamadan öncə ümumi ingilis dili bazasını artırın.
  • IELTS və TOEFL üçün müəllim axtararkən , sizə söz əzbərlədərək bütün reading-in bunun üzərində qurulduğunu iddia edən müəllimlərdən yayınıb, doğurdanda imtahan müddətində sizə faydalı olacaq taktikaları və bilikləri tədris edəcək şəxslərlə çalışın.

CELT Collegs olaraq, istədiyiniz zaman köməyinizdə durmağa hazırıq. Əgər professional təlim axtarırsınızsa kurslarımız və təcrübəli müəllim heyətimiz daim xidmətinizdədir.

Telefonlar:

(012) 566 48 23 / (012) 408 43 20

4 thoughts on ““ Readingdə müəllim nə edir ki? “ / “ Onsuz da özüm oxuyub cavab verməliyəm””

    1. Salam,

      Bəzi universitetlər təhsil haqqınan azad edir sizi yaxşı nəticələrinəz görə. Ama almaniya kimi ölkədə təhsil haqqı yoxdur yəni pulsuz oxuyursunuz. Ama yaşayışı özünüz ödəməlisiniz.

  1. Salam men Aqrar universtetde oxuyuram ixtisasim Aqromuhendisdir. Bilmek isteyirem ki, men İTELES sertifkati ile gedib Basqa ixtisas üzre teqayudlu tehsil ala bilerem? Bir de ki xarici universtetlerin verdiyi diplomlar Azerbaycanda tanınır?

    1. Salam,
      Başqa ixtisaslar oxuya bilərsiniz ama təqaüd almaq çətindir. Dövlət təqaüdü bağlayıb. İllik 10 min dollar ödəmə imkanınız varsa az təhsil haqqı olan ünilərdə oxuya bilərsiniz.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir