Ümumi Məlumat

St. Michael’s School 1923-cü ildə fəaliyyətə başlamışdı və Uelsin Swensea şəhərinin yaxınlığında Llanelli qəsəbəsində yerləşdir. Kiçik tələbə sayı, dissiplinli mühit və məktəbin xoş abu-havası burada istedadlı və bacarqlı tələbələrin daha da inkişaf etməsinə, eyni zamanda akademik balları nisbətən aşağı olan tələbələrin güclənməsi üçün əlverişli şərait vardır. Tələbələrin demək olar ki, hamısı arzuladığı universitetdə təhsillərini davam etdirirlər və uzun illər boyunca həm Oxford, həm də Cambridge Universitetlərinə qəbul olan tələbələr olmuşdur. Universitetdə GCSE (10 və 11-ci sinif) və A-level (12 və 13-cü sinif) proqramları vardır. Dərslər həm yanvarda, həm də sentyabrda başlaya bilir.

 

.

Dünyada Nüfuzu

St. Michael School A-level tələbələri arasında A*-B qiymətlərinə görə Uels-in 3-cü ən güclü məktəbi hesab olunur. Times jurnalının 2013-cü ildəki araşdırmasına əsasən A-level tələbələri arasında Britaniyanın top 100 məktəblləri arasında 37-ci ən güclü məktəb seçilmişdir. Həmin ildə St. Michael’s tələbələrinin 27 %-i A*, 60 %-i isə A*-A qiyməti almışdır. Məktəbi iki tələbə 5 A*-la bitirərək University of Cambridge və University College Londonda təhsillərini davam etdirmək şansını qazandılar.

Məktəbdə bir sıra A-level və GCSE dərsləri keçirilir. Digər məktəblərdən fərqli olaraq burada teatr və musiqi sahələri üzrə ixtisaslaşmaq istəyən tələbələr üçün xüsusi dərslər keçirilir.

Məzun Olduqdan Sonra Universitet İstiqamətləri
  • University of Oxford
  • University of Cambridge
  • University College London
  • University of Warwick
  • University of Bristol
  • University of Birmingham
  • London School of Economics
  • Queen Mary University of London
  • Cardiff University
  • University of Exeter
  • Imperial College London
  • University of Manchester
  • University of Southampton
  • University of Nottingham
  • Trinity College, Dublin
  • King’s College London
  • Lancaster University
  • University of Sheffield
  • University of Newcastle
  • Swansea University və s.
St. Michael Məktəbinin Təqdimatı
Təhsil Alan Tələbələrimiz

Mən əsgərlikdə olarkən bütün işlərimi Elgün müəllimə etibar etidyim üçün çox şadam. İndi hal-hazırda Vilnus şəhərində oxuyuram. Burada yaşamaq Bakıdan da ucuzdur. Ona görə böyük xərcim çıxmır. Bütün CELT Baksovet ofisinə təşəkkürlər.

Elnur Bədəlov
Magistr Tələbəsi

Mən ilk dəfə Coventry University-ni seçəndə əsas fikir verdiyim səbəb universitetin reytinqdə sürətlə qalxmasıdır. İlk öncə onu deyə bilərəm ki, Coventry əsl tələbə şəhəridir və burada hər şey tələbələrin rahatlığı üçün qurulub. Universitetdə ən çox xoşuma gələn xüsusiyyət isə təbələrə çox güclü dəstək olmalarıdır. Bir sözlə, universteti seçən tələbə peşman olmaz. CELT Colleges-in xaricdə təhsil şöbəsinə mənə bu imkanı yaratdığına görə təşəkkür edirəm!

Azər Rüstəmov. Coventry University- Oil and Gas Management

Azər Rüstəmov

Bath Universitində oxumaq mənim ən böyük arzularımdan biri idi. Universitetə qəbul prosesində və beynəlxalq imtahanlara hazırlaşmağımda CELT Gənclik ofisinin rolu danılmazdır. Hər kəsə tövsiyə edirəm.

Rəşad Tağıyev
Bakalavr
Qəbul üçün Bizə Müraciət Edin

Mesaj Göndərin