Təhsildə yeni metodologiyalar

İllər dəyişdikcə, zaman ötdükcə təhsildə də müxtəlif yeni metodalogiyalar tətbiq olunur. Həm mənfi, həm müsbət olan metodogiyalar mövcuddur hal-hazırda təhsildə. İstər dünya təhsil sistemində,istərsə də Azərbaycan təhsil sistemində yeni təhsil sistemləri tətbiq olunmağa başlayıb. Məsələn,bunlara nümunə olaraq 1999-cu ildən Avropada tətbiq olunmağa başlayan Bolonya təhsil sistemi hal-hazırda geniş şəkildə bir çox ölkələrdə tətbiq edilməkdədir.O cümlədən ,Azərbaycan da 2004-cü ildən başlayaraq bu sistemin tətbiqinə başlayıb. Bu yazıda təhsildə hansı yeni metodologiyalar və təhsil sistemləri mövcuddur  mövzusu  ətrafında fikirlərimizi sizlərlə bölüşəcəyik.

Bir qədər tarixə dönüb baxsaq görərik ki, həmin dövrlərdə elə güclü əyani vəsaitlərin olmaması təhsildə geniş metodikalar tətbiq olunmağa imkan vermirdi. Amma onu da qeyd etmək lazımdır ki, həmin dövrlərdə zamana uyğun olaraq  müxtəlif metodalogiyalar tətbiq olunurdu. Artıq XXI əsrdə yaşayırıq və qarşımızda geniş imkanlar mövcuddur.Əgər əvvəllər metodologiya azlığı var idisə indi isə əksinədir. O qədər yeni metodlar var ki, hər bir yerdə fərqli tətbiq olunurlar. Məsələn, kompyuter sahəsinin ərsəyə gəlməsi ilə təhsildə yeni imkanlar açıldı.

Belə ki, əvvəllər heç kimin ağlına belə gəlməzdi ki, informasiya texnologiyaları bu dərəcədə təhsilə və digər sahələrə təsiri olacaq. İlk əvvəllər kiçik işlərdə tətbiq olunan kompyuter sahəsi, sonradan bütün sahələri əhatə etməyə başladı. Bu sahələrdən biri də təhsil sahəsidir. Hal-hazırda isə təhsilin demək olar ki bir çox sahələrində informasiya texnologiyalarından istifadə olumağa başlayıb.

Dünya təcrübəsinə nəzər salsaq Azərbaycan bu sahədə hələ də geridə qalmaqda davam edir. Belə ki, dünya ölkələrinin təhsil sistemləri və digər sahələr tamamilə kompyuterləşib. Biz də isə Bakı şəhəri istisna olmaqla regionlarda bu sahədə elə də inkişaf yoxdu. Amma nəzərə alsaq ki, avropa ölkələrində bu sistem çoxdan tətbiq olunur. Amma Azərbaycan yeni qoşulduğu üçün hələ bu sahədə işlər davam edir.

İnformasiya texnologiyalarını  hər hansısa sahədə tətbiq etmək üçün onu bilmək də vacibdir. Məsələn, təhsil sahəsində müəllim bu barədə kifayət qədər biliyi olmazsa, bunu  tədris etdiyi dərsdə tətbiq etməyi qeyri-mümkündür.  Bu baxımdan da informasiya texnologiyalarının təhsildə təsirinin müsbət olması üçün kadrların bu sahəni öyrənmələri vacibdir. Bunun üçün  müxtəlif təlimlərin keçirilməsi zəruri və müsbət hal kimi qiymətləndirilə bilər.

Əslində bu gün ən çox istifadə etdiyimiz informasiya vasitələrindən biri olan  internetin təhsildə rolu genişdir və bundan düzgün istifadə edənlər uğur qazanırlar. Həm də digər sahələrdə olduğu kimi təhsil sahəsində yeni üfiqlər ərsəyə gətirdi. Əgər bir əsr əvvəllər əyani vəaitlərin azlığından  narazı olanlar var idisə indi bunlar yoxdur.Artıq hər şey əlimizdədi və bundan səmərəli istifadə etmək lazımdır. Əvvəllər dərslərdə yalnız əsasən mühazirə üstünlük təşkil edirdisə indi daha çox gəcn pedaqoqlar praktikaya üstünlük verirlər.

Çünki dünya üzrə aparılan araşdırmalarda sübut olunmuşdur ki, praktika daha çox yaxşı nəticə verir nəinki nəzəriyyə. Bu səbəbdən indi daha çox praktikaya üstünlük verilir. Praktik dərslər zamanı müxtəlif əyani vəsaitlərdən istifadə olunur.Bunlardan biri də plakatlardır. Belələliklə, plakatların  təlimdə xüsusiyyəti əhəmiyyəti vardır. Plakatlarda əsasən keçiriləcək mövzuya uyğun plakat hazırlanır və lövhədən asılır. Müəllim dərsi izah edərkən plakatla birlikdə dərsi daha səlis, başa düşüləcək formada izah etməyə çalışır.Şagird dərsi dinləyərkən mövzuya uyğun şəkillər baxanda mövzunu rahat şəkildə qavrayır. Bu da dərsin daha da interaktiv şəkildə olmasına səbəb olur.

Dünyada olduğu kimi Azərbaycanda da müsir təhsil metodları ilə, yeni sistem və texnologiyalarla  təhsil almaq istəyən gənclər üstünlük təşkil edir. CELT Colleges bu sahədə öz köməyini öyrəncilərə göstərməyə hazırdır. Əgər siz də avropa standartlarına uyğun dərslər keçmk istəyirsinizsə, CELT-i seçin və reallığı öz gözlərinizlə görün.

CELT Elmlər Akademiyası

Ələsgər Ələkbərov  küç. 535/27

Vergilər Nazirliyinin yanı

Tel: 012 408 43 20

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next