xaricde tqdk ile nece tehsil almaq olar

TQDK balı ilə birbaşa xaricdə necə təhsil almaq olar?

Hər bir gənc xaricdə təhsil alıb təcrübə qazamaq üçün imkanlar axtarır, amma hamımız çox qəribə bir prosesdən keçirik Öncə hamımız var gücümüzlə tamamən test metodu olan TQDK proqramına hazırlaşırıq.

Sonra düşünürük ki, burdakı təhsil bizi məmnun etmir və başqa ölkələrdə xaricdə təhsil imkanlarını axtarırıq. Düşünün burda ikinci kursdan yenə gedib xaricdə təhsil almaq istəyirik və illərimiz gedir. Bu proses bütün tələbələr üçün böyük əziyyət olur və çoxumuz istəyimizə nail ola bilmirik. Həm universitet dərsləri, həm də xaricə hazırlaşmaq çox ağır yük olur.

 

İndi isə tələbələr TQDK balı çıxan kimi və çıxmadan öncə TQDK balı ilə necə başqa ölkələrdə təhsil almaq imkanlarını axtarır və ya heç TQDK balından məmnun qalmayanlar ümidlərinini xaricdəki universitetlərə bağlayırlar. Qısa zamanda valideynlərin və tələbələrin çarəsizliyini görüb ortaya atılan “Huliqan Şirkətlər” çox gəncin həyatını məhv edir və bir çox valideynin pullarını əllərindən alıb aradan “çıxırlar”.

 


TQDK balı ilə xaricdə necə təhsil ala bilərik?

Əslində TQDK balı xaricdə təhsil almaq üçün sizə lazım deyil. Yəni bu bal sizə heç bir universietə qəbul olmaq üçün kömək etmir. Doğrusu, attestatınız varsa  TQDK balınız olsa da olmasa da ,xaricdə təhsil ala bilərsiniz, amma təbii hər ölkənin dil tələbləri də var.

TQDK balı ilə və ya attesttatla Türkiyədə təhsil almaq necə mümkündür?

Burda çox qarışıq məlumat var, amma əsl reallıq belədir. Türk Təhsil Qanununa görə universitetə qəbul olmaq istəyən hər bir xarici vətəndaş giriş imtahanı verməlidir. Giriş imtahanı YÖS, SAT I, SAT II və ya TQDK ola bilər və bu əsasən dövlət universitetləri üçün keçərlidir. YÖS və SAT I demək olar ki, bütün universitetlərdə keçərlidir, amma bəzi dövlət uniləri SAT I istəməyə bilər. Məsələn, İstanbul universiteti, Dokuz Eylül universiteti, Ege universiteti SAT qəbul etmir. YÖS tələb edirlər. Bəzi universitetlər də var ki, YÖS qəbul etmir, SAT I ilə qəbul edirlər. Bura əsasən reytinqli universitetlər daxildir. Hacettepe, ODTÜ, Gazi, Mimar Sinan,İstanbul teknik və s. universitetlər. Universiteti seçmədən öncə bizim İçəri Şəhər ofisi ilə əlaqə saxlaya bilərsiniz. TQDK gəldikdə qanunən bu keçərli olsa da demək olar ki çox İstanbul, İzmir və Ankara universitetləri TQDK balını praktikada qəbul etmirlər. TQDK qəbul edən universitetlər bunlardır: ODTÜ, Yıldırım Beyazit, On dokuz mayıs.  Ona görə də YÖS və SAT I tələbələrinin şansı çox olur və qəbul üçün bu imtahanlardan birinə hazırlaşsanız məsləhətdir.

O zaman nə etməli?

Dövlət bakalavr təhsili üçün Türkçə oxuyacaqsınızsa YÖS və TÖMER, İngilis dilində oxuyacaqsınızsa, SAT I və TOEFL lazımdır. TOEFL yoxdursa hazırlıq keçəcəksiniz. Tibb üçün özəlliklə yüksək SAT I lazımdır. 1410 və yuxarı.

Türkiyənin Özəl universitetləri necə qəbul edir tələbələri?

heç bir imthahan olmadan xaricde tehsil almaqÖzəl Universitetlərin SAT I və ya YÖS kimi imtahanları tələb etməkdə sərbəstdirlər yəni edə və etməyə bilərlər. Köç və Sabancı (Sabancı üçün istisna hallı var. Bunun üçün Fərid m əlaqə saxlaın. 050 503 5939) SAT I  tələb edir özəl olsalar da. Amma qalan universitetlər üçün TQDK, YÖS və ya SAT I olmasının bir fərqi yoxdur. Attestatınız olsun yaxşı qiymətlərlə, proqram dilinə görə sertifikatınız olsun (TOEFL əgər ingilis dilindədirsə. Türkiyə IELTS qəbul etmir, Türkcə üçün TÖMER) Dil sertifikatınız yoxdursa hazırlıq keçə bilərsiniz.

Başqa hansı ölkələr TQDK balı və ya birbaşa qəbul edir?

Başqa demək olar ki dünyanın heç bir yerində TQDK qəbul olunmur və ya olması bir şey ifadə etmir. Xaricdə təhsil üçün ABŞ xaric bütün ölkələr üçün iki əsas kriteriya vardır.

  1. Attesat diplomunuz və mümkünsə yaxşı və yüksək qiymətlə
  2. Həmin ölkədə oxuyacağınız proqramının dili ilə bağlı sertifikat. Bura İngilis dili üçün əsasən IELTS və ya TOEFL. Başqa dillər üçün öz rəsmi sertifikatları.

ABŞ isə Türkiyə kimi SAT I və bəzən SAT II qəbul və tələb edir. Məsələn Columbia və ya Hardvard, Yale kimi universitetlərdə, yüksək SAT I və SAT II, TOEFL və əlavə bacarıqlar lazımdır. Amma yenə ABŞ-ın çoxlu yaxşı universiteti var ki attestat və TOEFL ilə qəbul edəcək. Amma burda SAT I balınız olsa daha çox təqaüd almaq imkanınız olacaq. Məsələn SAT I olan normalda 20 min dollar təhsil haqqıdırsa 10 min dollar və ya 20 min dollar təqaüd ala bilər. Yəni imkan və vaxtınız varsa SAT I və SAT II almağı kənara qoymayın. Sizə hər yerdə üstünlük verəcəkdir.

O zaman xaricə getmək üçün TQDK hazırlaşmaq lazım deyil?

təqaüdlə xaricde tehsil almaq ucun tqdk lazımdırXeyir, hazırlaşmaq lazım deyil: Əgər 100% faiz oxumaq istəyirsinizsə qərarınız qətidirsə, xaricdə oxumaq üçün maliyyə vəsaitiniz varsa, sadəcə attestat alın. TQDK əziyyətini çəkməyin. IELTS və ya TOEFL hazırlaşın. vaxtınız qalsa SAT 1 və II imtahnını keçin. Bunlar sizi dünyanın hər yerinə götürəcək. Və düşünün SAT I balınız var, TOEFL və ya IELTS balı var və çox fövqəladə bir şey oldu xaricə getməli olmadınız. O zaman TQDK olmadan Azərbaycanın bir neçə universitetində (ADA, Xəzər) rahat təhsil ala bilərsiniz. Yəni bütün zəhmətiniz bu yönə vermək sizi heç bir halda geriyə atmır. Sadəcə zamanınızı doğru planlayın.

Bəli, hazırlaşmaq lazımdır:  Əgər xaricdə oxumaq sizin üçün sadəcə 100% təqaüdlə mümkündürsə, hazırlaşmağa imkanınız yetməyəcəksə, ADA və ya Xəzər kimi universitetlərdə təhsil haqqını imkanında deyilsinizsə, TQDK sizin üçün vacibdir və bu yolda hazırlaşmalısınız. Gələcəyinizi riskə atmayın.

Ümid edirəm gənclərimizə lazım olan məlumatı verdim. Xahiş edirəm əgər sualınız varsa, aşağıda şərhlərinizi yazın. Cavablandıracağıq. Və ya bizim Xaricdə Təhsil Mütəxəsislərinə zəng edə bilərsiniz.


Türkiyə üçün: Fərid müəllim: 050 503 5939

Hollandiya, Macarıstan, İngiltərə, ABŞ:  Anar müəllim: 012 492 68 53

Hollandiya, İngiltərə, ABŞ, Almaniya, Avstriya: Həmidə xanım: 012 441 3665

Hollandiya, İngiltərə, ABŞ, İtaliy: Baba müəllim: 012 566 48 23

172 thoughts on “TQDK balı ilə birbaşa xaricdə necə təhsil almaq olar?”

  1. Salam mən türkiyədə ödənişsiz hüquq oxumaq istəyirəm, dimdən yığdığım balla hansı universitetlərə düşə bilərəm zəhmət olmasa deyerdiz

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next