Tükiyədə Təhsil ilə bağlı sual və cavablar

Tükiyədə Təhsil ilə bağlı sual və cavablar yazımız Azərbaycanlı tələbələrin ən çox axın etdiyi ölkə ilə bağlıdır. Axtardığınız bir çox təhsil programları qəbul şərtləri ilə bağlı cavabları tapa bilərsiniz. Türkiyədə təhsil həm ucuz, həm də dil baxımdan Azərbaycana yaxın olduğu üçün hər kəsin təhsil almaq istədiyi bir ölkədir.

Salam. mənim IELTS 6.5  var bu il qəbul imtahanında 600+ yığsam  Türkiyə universitetlərində ingiliscə təhsil ala bilərəmmi? Və yaxudda özəl universitetlərdən təqaüd alıb təhsilə gələn ildən orda başlıya bilərəmmi?

Salam, IELTS  Türkiyədə keçərli deyil, TOEFL lazımdır ingilis dilində tədris üçün. Türkiyədə dövlət universitetlərində oxumaq üçün SAT imtahanı da tələb olunur. TQDK-dan 550-dən yuxarı olmalıdır

Salam Türkiyədə Gazi universitetinde hüquq fakültəsini oxumağa dəyərmi? diplomu basqa ölkələrdə taninir? İllik təhsil haqqı nə qədərdi və tqdk balı ile burs qazana bilərəmmi?

Salam bəli dövlət universitetidir və təhsil keyfiyyətlidir. Diplom tanınır. Burs mümkün olmur, çünki universitetin təhsil haqqısı çox azdır.

Salam Neft akademiyasinin neft qaz muhendisliyi ixtisasini bitirmisem turkiyede magistr tehsili almaq isdiyirem hansi uni meslehet gorersiz IELTS ALES hec biri yoxdu bunun ucun ne etmeliyem?

Salam neft qaz üzrə imtahansız təhsil almaq mümkün deyil, ALES və TOEFL olmalıdır, IELTS keçərli deyil

Salam. Türkiyədə alessiz yüksek lisans təhsili almaq istəyirəm. Bilgisayar Mühendisliği

Salam bəli mümkündür

ADA University’den Turkiyenin Middle East Technical University’ye transfer elemek olar? gpa 3.5+

Biz transfer olmaqda kömək edə bilmərik. Əgər göstəriciləriniz uyğun gələrsə birinci kursdan başlaya bilərsiniz.

Salam, Boğaziçi universitetine tqdk balı ile qebul olmaq olur? olursa neçe balla olur? Cavab versez sevinerem

TQDK çox az hallarda keçir rəsmi sistemdə olsa belə. Məsləhətdir SAT alın

 Salam.Men IELTSden 5.5 bal toplamisam,bilmek isterdim ki, Turkiyede hansi universitetlerde MAGISTR tehsili ala bilerem? Mumkundur?

Salam,Türkiyədə özəl universitetlərdə təhsil ala bilərsiniz. Amma onların öz imtahanın verə bilərsiniz. Keçməsəniz hazırlıq keçsəniz bir başa magistr. Türkiyə IELTS onsuz da tanınmır artıq. Türkçə oxumaq istəsəniz sadəcə TÖMER lazımdır.

Salam. IELTS 6,5 var. SAT hazirligina da başliyacam yaxinlarda. Turkiyenin dovlet universotetlerine qebul ola bilerem? O duzdu ki hemin SAT ve IELTS le qebul edib ingilisce tehsil veren dovlet universitetleri pulsuz olur? Birde ki, tehsilin keyfiyyeti necedi onlarda Macaristan ya ve Litvanin universitetleri ile muqayisede? Bilirsiz , mene bu olkelerin birinde bir iki il oxumaq lazimdi ki Almaniya ucun 13 il duzelsin . Birde sizde SAT hazirliginin ayligi neqederdi? Men ieltse sizin kursda hazirlasmisam, amma deyesen sonra hem SAT hem de IELTS qiymetleri qalxib.

Salam. Türkiyədə ingiliscə dövlət universitetlərində oxumaq üçün həm ingiliscə, həm də SAT sertifikatınız olmalıdır. Universitetlərin ödənişi aşağıdır. Proqramdan və universitetdən asılı olaraq Avropa ilə müqayiə oluna bilər universitetlər. Yetəri qədər güclü universitetlər var Türkiyədə. Macarıstanda isə daha çox mühəndislik və tibb kimi sahələr daha güclüdür. SAT hazırlığı üçün zəhmət olmasa 492 68 53 nömrəsinə zəng edərdiniz.

Salam men Turkiyede Istanbul teknik ve ya Mimar Sinanda oxumaq ucun yalniz Sat imtahani vermeliyem?Umumiyyetle memarliq her hansi dovlet memarliq fakultesinde oxumaq ucun

Abdullah GülODTÜ kimi universitetlərdə də memarlıq oxuya bilərsiniz. SAT imtahan mütləqdir.

Salam Men Turkiyede magistr tehsili ile maraqlaniram. BDU nun biologiyasini bitirmisem. Orta balim 73 dur. Dovlet sifarisi ile tehsil ala bilerem? Bir de hansi universitetleri meslehet gorerdiz biologiya ixtisasi ucun? Istanbul universitetinde tehsil almaq mumkundur?

Salam xeyr dövlət hesabına təhsil olmur.

Salam men bakalavri 2014de bitirmisem. Orta balim 67di. Turkiyede dovlet universitetlerinde ne qeder odenisle tehsil ala bilerem?

Salam bəli mümkündür. Türkiyədəki dövlət universitetlərinin illik təhsil haqqısı 200-1200 dollar arası dəyişir. Ətraflı məlumat üçün (050) 503 59 39 əlaqə saxlaya bilərsiniz.

Men ozum kollecde oxuyuram 1 ci kurs sabanci unine qebul olmaq ucun ne senedleri lazimdi? imtahan ne olur ? yeni imtahansiz qebul olmaq sansim var?

Salam.  Sabancı Universitetinə qəbul olmaq üçün SAT imtahanı verməlisiniz. Əgər imtahansız oxumaq istəyirsinizsə başqa universitetlər təklif edə bilərik.

Salam.Turkiyede doktorantura tehsili ile maraqlanirdim. Mumkundurse etrafli cavab yazardiniz

Salam. Təəssüf ki, Türkiyədə doktorantura üzrə xidmət göstərmirik.

Turkiye burslari haqqinda melumat vererdiz ielts 6.5 var ortalama yaxsidir mektebde odtu bogazici ankara universitetlerine qebul olma sansim ne qederdir? turkiye burslarinda kime ustunluy verilir? ingilisce bilmeyim menim sansima ne qeder tesir edir men imtahansiz en nufuzlu universitetlere qebul ola bilerem?

Salam, İELTS   keçərli deyil, TOEFL verməlisiz. əlavə gərək SAT imtahanı da götürəsiniz. Burslar TUBİTAK tərəfindən verilir və ona yarı müraciət etmək lazımdır. Türkiyədə dövlət universitetlərinin ayrı maliyyə proqramı yoxdur.

Salam, turkiyede istanbul aydin universitesine attestatla qebul olmaq olar? ve attestatla qebul olanlara burs verirler?

Attestatla qəbul ola bilərsiz, amma burs ala bilməzsiniz

Türkiyədə imtahansız şəkildə ərəb dili və ədəbiyyatı haqqında hansı universitetdə təhsil almaq olar? Şərtlər nələrdir?

Təəssüf ki, imtahansız mümkün olmaz

Salam , Bahçeşehirdə ödəənişsiz oxumağ üçün nə etməliyəm ? Bakalavr proqramı üçün. Təşəkkürlər

Salam ödənişlidir təhsil illik 7900 dollar. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz 050 503 59 39

Salamun aleykum,men turkiyede magistr oxumaq isteyirem ve ilk olaraq Istanbul aydin universitetini meslehet gorubler lakin,bu universitetin tehsili,prestiji ve dunyada taninmasi haqqinda melumatim yoxdur.Daha dogru melumat almaq ucun Size muraciet etdim ve etrafli melumat vermenizi xahis edirem.Önceden tesekkurler

Ümumi olaraq məlumat verim. Universitetin nüfuzu yaxşıdır çünki Türkiyədə ən çox xarici əlaqələri olan universitetdir. Məsələn universitet hər il 300 -dən çox tələbəsini Avropa və Amerika universitetlərinə mübadiləyə göndərir. Və universitetdə ikili diplom proqramları çoxdur siz həmdə avropadan bəzi universitetlərində diplomunu almaq imkanı var. magistr üçün illik təhsil haqqı 2250 dollardır və bakalavr ixtisasından asılı olmayaraq istənilən ixtisası seçə bilərsiniz.

salam. neft akademiyasini bitirmisem .ancag masteri basga ixtisas uzre oxumag istiyirem .meslehet ne vererdiniz? logistika istiyirem ozum…turkiyede ve ya teqaudlu universitet olsa avropada..

Salam logistika ixtisası üzrə təhsil ala bilərsiniz ancaq ixtisas dəyişməsi olduğu üçün özəl universitetlərdə olacaq. Məsələn İstanbulda illik təhsil haqqı 2250 dollardır.

Salam. Hacettepe universitetinde tibbe qebul olmaq ucun SAT imtahanindan nece puan yeterlidir? Teşekkürler

salam SAT 1400-dən yüksək olmalıdır.

Salam.Mən texniki sahədə magistr təshili alıram.Bilmək istəyirəm ki,gələn 2016-2017ci il üçün İstanbul Teknik Universitetində magistr təhsili almaq üçün hansı kriteriyalar var ?Mütləq ALES,İELTS lazımdırmı ?Bilgisayar mühendsiliyi,programla ixtisası üzrə. Bus sahədə İstanbulda yerləşən başqa məsləhət gördüyünüz dövlət universiteti varmıvə şərtləri nədir ?

salam. Beli ALES teleb olunur vé diplom baliniz (GPA) 80+ olmalidir. Bakalavr ixtisasiniz nedir sizin? Eger ingilisce tehsil almaq isteyirsinizse TOEFL, turkce tehsil almaq isteyirsinizse (TOMER) sertifikatiniz olmalidir. IELTS keçərli deyil Türkiyədə

Türkiyədə təhsil neçə ildir?

Bakalavr 4 il, Magistr 2 il

Salam men Turkiye Dovlet universitetlerinin birinde atestatla oxumaq isterdim zehmet olmasa daha etrafli izah ederdiniz Tesekkurler

salam Uşak, Sakarya, Kastamonu, Abdullah Gül və s universitetlərinə oxumaq olar

Turkiyenin guclu dovlet universitetleri hansilardir?

Boğaziçi, Hacettepe, ÖDTÜ, Yıldız Texnik, Koç, Sabancı

turkiyede ozel yoxsa dovlet universiteti perspektivlidir?

Özəl universitetlər daha perspektivlidir

salam istanbulda aylig yasam cerci ne qeder olar kiraye qalsan ne qeder yataqxanada qalsan ne qeder ve hamsi bir yerde?birdeki en ucuz ozel universitetler hansilardir?

salam İstanbulda yaşam xərcləri aylıq 150 dollar yataqxana, kirayə ev isə 100-300 dollar arası dəyişir. Siz bakalavr yoxsa magistratura istəyirsiniz? (illik təhsil haqqları buna uyğun dəyişir)

salam turkiyenin ozel unilerinder teqaud almag mumkundur?mumkundurae eger hansi sertler daxilinde?

Salam, bəli almaq olar, nəticələriniz yaxşı olarsa

Salam Istanbul Aydin Universitesine bakalavr oxumaq ucun qebul sertleri ve tehsil haqqi

Salam, İstanbul aydın üçün sadəcə attestat lazımdır. və illik təhsil 5 min dollardır.

salam istanbul aydin universitetinde magistr istiyirem business meselen illiyi ne qeder olar?

Salam Istanbul Aydın Universitetinin illik təhsil haqqı 2250 dollardır.

1)ozel unilerde tehsil haqqi hansi araligdadir?
2)istanbul ankara izmir kimi seherlerde yasam xerci ne

Salam. Magistratura illik 2000 dollardır. Yaşam xərcləri isə aylıq 150 dollar yataqxana, 150-200 dollar isdə digər xərcləriniz olacaq.

salam turkiyenin hansi seherlinde xerc az cixar?

Salam. Böyük şəhərlər xaric digər bölgələrdə aşağıdır.

salam turkiyede ayliq yasam xerci ne qederdir?

Salam Türkiyədə yaşam xərcləri sizin təhsil aldığınız şəhərdən asılıdır. Məsələn İstanbul, Ankara kimi şəhərlərdə aylıq 500 dollar yataqxana, yemək və digər xərclərlə bir yerdə, lakin digər şəhərlərdə isə aylıq 300 dollar kifayət edir.

turkiyede yanvar aessiyasina qebul var?

Salam ancaq magistratura səviyyəsinə qəbul var.

men indi 11ci sinif shagirdiyem. turkiyede tehsil almag istiyirem. yos imtahanindan elave,orda tehsil nece ala bilerem?

YÖS imtahanından əlavə SAT imtahanı ilə hazırlaşmanız daha məsləhətlidir. Çünki SAT imtahanı tək Türkiyədə yox dünyanın bir neçə  universitetinə qəbul ola bilərsiniz.

salam zehmet olmasa deye bilersiz sadece ielts imtahnini vermekle turkiyede tehsil almaq olar?iqtsad universitetini bitirmiwem

IELTS türkiyədə keçərli deyil, TOEFL vermək lazımdır

salam turkiyede magistr tehsili ucun istanbul,ankara,izmir seherlerinde tehsil haqqi ne qeder olar ve ayliq yasam xerci?

salam dövlət universitetlərində 200-1200 dollar arası dəyişir həm ixtisasdan həmdə proqramın tezli və tezsiz olmasından asılıdır. Yaşam xərcləri isə aylıq 200 dollar yataqxana 250 dollar isə sizin digər xərcləriniz ola bilər.

salam yurkiyede magistr icun neler lazimdir? bakalvr diplomu yeterlidir?

salam Türkiyədə magistratura təhsili üçün diplom, diplom əlavəsi, xarici pasport və foto şəkil lazımdır.

Salam turkiyede magistr ucun qiymet ortalamasi teleb olunur mesen bezi olkeler gpa-ni 75-80 teleb edir

Salam bəli universitetdən və ixtisasdan asılı olaraq dəyişir.

Salam.Men Türkiyede Dövlet hesabına Bakalavr tehsili almaq üçün hansı imtahanları vermeliyem? Ve bu imtahanlarda minimum neçe bal yığmaq lazımdır ki Türkiyede dövlet hesabına Tehsil alım? Evvelceden Teşekkürler.

Salam Türkiyə universitetlərində təqaüdlü təhsil almaq üçün İELTS, SAT kimi beynəlxalq imtahanlardan yüksək nəticə toplamalısınız.

Salam sabanci veya koc universitetine qebul sertleri nelerdir? Teqaud verilirmi? Ielts nece lazimdi? ielts olmadan atestatla qebul mumkundur?tehsil haqlari ne qederdir? ielts nece yigmaq lazimdirki teqaud elde edim?

Salam SabancıKoç Universitetlərinə SAT və TOEF tələb olunur. Təhsil haqqı ixtisasdan asılı olaraq dəyişir.

Salam. men turkiyede ikinci tehsili lamq istiyirem. Komputer mutexesisiliyi uzre. Ne etmeyim lazimdi?

salam ikinci təhsil kimi bakalavr yoxsa magistratura hansını nəzərdə tutursunuz?

Bele bir şey eşitmişemki Yös imtahanını verib qebul olduqdan sonra Tqdk imtahanında 600 balı keçsen Türkiyede pulsuz tehsil ala bilersen ? Bu doğrudur? Eger doğru deyilse zehmet olmasa bu haqda etraflı melumat vererdinizde

Salam bəli 600 balı keçdikdən sonra bəzi universitetlərə qəbul ola bilərsiniz.


türkiyədə təhsilSalam Men Turkiyede Masgistr tehsili almaq isteyirem. Meni en cox maraqlandiran sual budur? Bezi xaricde tehsil sirketleri ales imtahani verenden sonra sene komeklik edib universitete qebul etdirirler.

salam bəli var dövlət universitetində tezli magistratura üçün ALES imtahanı vacibdir. Özəl universitetlərdə həm tezli, həm tezsiz dövlət universitetlərində isə tezsiz proqram üzrə ALES imtahanı vermədən qəbul ola bilərsiniz.

Salam. Hal hazırda Türkiye dövlet univeristetlerine bakalavr derecesi ve tek attestatla qebul aparırsız? Bu hansı univeristetlerdi ve illik tehsil haqqı neçedir?

Salam. Bəli Türkiyənin bir çox universitetləri attestatla qəbul aparır. Dövlət universitetlərinin illik təhsil haqqı 200-1200 dollar arası ixtisasdan asılı olaraq dəyişməkdədir. Özəl Universitetlərdə isə illik təhsil haqqı 4.000 dollardan başlayır.

Salam mən 2013de ADNA iqtisadiyyat fakültəsəni bitirmişem qiymştler aşağıdır. hərbi xidməti başa vurmuşam. İstanbulda magistr tahsili alamag istəyirem lakin bu haqda internetde güncəl məlumat tapa bilmədim sizden bu haqda ətrafl cavab gözləyirem.
1.hər il və ümümilikdə nə qadər ödəniş olur pulsuz dövlət hesabına mümkündürmü
2.İstanbulun hansı üniversitetlərində (adları ilə) oxumaq imkanı var
3.ciddi şəkildə maraglanıram bütün səbəbdən bu haqda digər məlumatlarıda ətraflı geniş cavab versəniz məni sevindirərsiz. və yenidən bakalvr tahsili almkag haqqında da bir az məlumat verəniz yaxşi olar
təşəkkür edirəm

Salam Istanbulda magistratura təhsili almaq üçün dövlət universitetləri ALES imtahanı tələb edir və diplom balınız 80-dən yüksək olmalıdır. Lakin siz özəl universitetlərdə təhsil ala bilərsiniz illik təhsil haqqı isə 2.000 dollardan başlayır.

rica edirem cavab yazasiz. Men turkiyede SAT ile İngisce oxuya bilerem yixsa bununla beraber hökman İELTS balı lazımdır?

Salam, Təssüflər olsun ki, SAT dil sertifikatı kimi keçərli deyil. Ya orda hazırlıq oxuyacaqsınız ya da bəli  TOEFL sertifikatınız olmalıdır. Biz hər kəsə cavab yazırıq. Sadəcə istirahət günlərini nəzərə almaq lazımdır.

sat 1 imtahanıyla adadan başqa hansı unilerde tehsil ala bilerem bakıda ? türkiye üçün neçe bal minumum yığmalıyam?

SAT 1 TQDK əvəzçisi deyil. TQDK balınız varsa Bakıda istənilən yerdə oxuya bilərsiniz. Sadəcə ADA istisna olaraq. Türkiyə üçün normalda 1100 tələb olunur amma bu hər ixtisas və universitetə görə də dəyişir.

Salam.men ADPU.nu kimya ixtisasimi bitirmiwem ele oz iztisasim uzre turkiyede magistr tehsili ala biletem,ve hansi program uzre imtahan vermeliyem

Salam. Türkiyədə bu ixtisas üzrə oxumaq üçün ALES imtahanı verməlisiniz. Burada riyaziyyat və məntiqdir imtahan. İELTS balınız və ya yaxşı İngiliscəniz varsa Avropada oxumağı məsləhət görərdim.

Salam turkiyede tehsil haqqinda melumat istiyirdim xarici dil sertifikatim yoxdur dovlet unilerine attestatla qebul ucun sizin shirketin xidmet haqqi ne qederdir ?

Salam, Bəzi universitetlərə Attestatla mümkündür təbii ki. Sizin ixtisasınıza görə sizə uyğun program analizi etmək lazımdır. Ətraflı bizimlə əlaqə saxlaya bilərsiniz

Ətraflı məlumat üçün:
CELT İçərişəhər ofisi
İstiqlaliyyət 59

012 492 68 53, 055 503 59 39 Fərid müəllim

1. 087 thoughts on “Tükiyədə Təhsil ilə bağlı sual və cavablar”

  1. Salam mənim Universitet ortalamam 68-dir. Mən Türkiyədə hansı dövlət universitetlərində magistr təhsili ala bilərəm? Diplom ilə.

  2. Salam . Sadəcə TQDK imtahani verərək prestijli bir ixtisasa qəbul olmaq mümkündürmü və nə qədər bal toplasam qəbul ola bilərəm ? İndidən təşəkkürlər.

  3. Salam təhsil Nazirliyi Atatürk universitetinin diplomunu tanimir deyə bilərsinizmi necə təsdiqləmək olar. Yeni bu diplomla harda işləmək olar çünki Nazirliyin tanımadıqı diplom bakalavr kimidə təsdiqlənmir.

  4. Salam. TQDK -DAN MİNİMUM NƏ QƏDƏR BAL YIĞMAQ OLAR Kİ türkiyədə pulsuz tibb təhsili alam və bu hansı universitetlərdə mümkündür?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next