Ümumi Məlumat

University of Debrecen Macarıstanın ikinci ən böyük şəhəri sayılan Debrecen şəhərində 1538-ci əsası qoyulmuşdur. University of Debrecen Macarıstanın davamlı olaraq fəaliyyət göstərən ən qədim universitetidir və burada 30 mindən çox tələbə təhsil alır. 1986-ci ildən bəri beynəlxalq tələbələr üçün nəzərdə tutulmuş İngilis dilində, xüsusi ilə də tibb sahəsində, bakalavr və magistr proqramlar tədris edilməyə başladı və hal-hazırda dünyanın hər bir yanından 4000-ə yaxın tələbə təhsilini burada davam etdirir.

Universitet foundation, bakalavr, magistr və pre-master proqramları təklif edir. İldə iki dəfə qəbul aparır: Sentyabr və Fevral ayında (bakalavr proqramları xaric).

Dünyada Nüfuzu

University of Debrecen QS beynəlxalq universitetlərarsı reytinq cədvəlində University of Szeged və ELTE ilə birlikdə Macarıstanın top 3 universiteti arasındadır. Dünya üzrə ən reytinqi 601-650-ci yerlər arasında qiymətləndirilir. Lakin Tibb və Təbiət Emləri üzrə xüsusilə ixtisaslaşaraq dünyanın 343-cü ən güclü unversitetinə çevrilmişdir.

Debrecenin universitet kitabxanası 6 milyon nüsxə ilə Macarıstanda ən böyük hesab edilir və Macarıstanın iki dövlət kitabxanasından biridir. Universitetin “Leo” adlandırılan superkompyuteri dünyanın ən güclü 500 kompyuteri arasında adı çəkilir. Təkcə bu iki faktor universitetin elmə və texnologiyaya verdiyi dəyərin sübutudr.

Bakalavr, Foundation və Magistr Proqramları
  • Business Administration and Management, BA
  • International Economy and Business, MA
  • Computer Science Engineering, BSc
  • Computer Science, BSc
  • Business Informatics,BSc
  • Computer Science, MSc
  • Biochemical Engineering, BSc
  • Chemical Engineering, BSc
  • Civil Engineering, BSc
  • Electrical Engineering, BSc
  • Mechanical Engineering, BSc
  • Chemistry, MSc
  • Engineering Management, MSc
  • Mechatronics Engineering, MSc
  • English Studies, BA
  • North American Studies, MA
  • Performance (Music), BA
  • Medicine
  • Musical Creative Art and Musicology, BA
  • LLM in European and International Business Law
  • Agricultural Engineering, BSc
  • Molecular Biology MSc və s.
Debrecen Universitetinin Təqdimatı
Təhsil Alan Tələbələrimiz

Hal hazırda təhsilimi Macarıstanın Debrecen Universitetinin “Avropa və Beynəlxalq Biznes Hüququ” ixtisası üzrə magistr kimi davam etdirirəm. Bura gəlməyimdə CELT Colleges-in İçərişəhər ofisinin böyük rolu olmuşdur. Göstərdikləri bütün xidmətlərə görə CELT Colleges-ə dərin təşəkkürümü bildirirəm.

Ülvi Qasımzadə- University of Debrecen- LLM International and European Business Law

Ülvi Qasımzadə

CELT Colleges did great things for me. I mean to prepare for İELTS exam within a month is not easy. Firstly, thanks a lot for everything my dear teacher Mrs Chinara Dashdamirova. Secondly, it was unbelievable for me to complete all things needed for studying abroad during a month. But this company made it reality for me. At the moment I am a student in University of Debrecen, and I am pleased to choose it.

Günay Rəsulova. University of Debrecen- Pre-Master English Studies

Günay Rəsulova

CELT Colleges vasitəsilə University of Debrecenlə tanış oldum. Universitet barədə fikirlərim müsbətdir. Burada oxumağıma səbəb olan Elgün və Anar bəyə təşəkkürümü bildirirəm. Çox məsuliyyətli və işini bilən mütəxəssislərdir. İşlərində heç bir xoşagəlməz hal aşkarlamadım.

Emin Həsənzadə. University of Debrecen- BSc Computer Science

Emin Həsənzadə
Qəbul üçün Bizə Müraciət Edin

Mesaj Göndərinclear