Ümumi Məlumat

University of Exeter İngiltərənin cənub-qərbində, Exeter şəhərində yerləşən bu dövlət təhsil müəssisəsi 1955-ci ildən universitet adını almışdır. Hal-hazırda universitetdə 18 minə yaxın tələbə universitetə məxsus 150 hektara yaxın tələbə şəhərciyində təhsil alırlar. University of Exeter-in əsas kampusu sayılan Streatham Campus-dan Exeter şəhərinə füsunkar mənzərə açılır. Abdullah Gül, J.K. Rowling (Harry Potter), Thom Yorke (Radiohead) və digər görkəmli şəxslər University of Exeter-in fəxri məzunlarındandır.

 

 

.

Dünyada Nüfuzu

The University of Exeter son illərdə həm beynəlxaql, həm də yerli reytinqlərdə sürətlə irəliləməkdədir. Müxtəlif Britan reytinq cədvəllərinə və qəzetlərinə əsasən universitet milli təhsil müəssisələri arasında 7-10-cu yerləri tutur. Times jurnalına əsasən 7-ci (2013), The Guardian jurnalına əsasən 10-cu (2015) yerdə qərarlaşmışdır. Mötəbər QS ranking-inə əsasən hal-hazırda dünyanın 161-ci ən yaxşı təhsil müəssisəsidr.

2006-ci ildə Milli Tələbə Hesabatına görə The University of Exeter-in Biznes, Mühasibatlıq və Maliyyə və Menecmentlik ixtisasları Böyük Britaniyada ən yaxşısı seçilmişdir.

Bakalavr və Magistr Proqramları
  • Accounting
  • Accounting and Finance
  • Archaeology
  • Economics
  • Engineering Management
  • Environment and Human Health
  • Finance and Investment
  • International Film Business
  • International Management
  • International Relations
  • International Supply Chain Management
  • International Tourism Management
  • Islamic Studies
  • Law
  • Marketing
  • Mining Engineering
  • Mining Geology
  • Money and Banking
  • Sport and Health Sciences
  • Sustainable Development
Exeter Universitetinin Təqdimatı
Təhsil Alan Tələbələrimiz

Hal-hazırda xəyalını qurduğum University of Debrecendə təhsil alıram. Celt Colleges-in əməkdaşlarının yardımı ilə universitet barədə xəbərdar oldum. Xaricdə təhsil xidmətinizdən son dərəcə razıyam; işinizi böyük ustalıqla icra edirsiniz.

Aygün Azadova. University of Debrecen- MSc Molecular Biology

Aygün Azadova

University of East Anglia London yaxınlığında yerləşən Norwich şəhərindən 5 km uzaqlıqdadır. İngiltərənin ən böyük və təhlükəsiz kampus sisteminə malik universitetlərindəndir. Kollektiv mehriban və hərtərəflidir və deyərdim ki, təhsil üçün ideal universitetdir. ”CELT Colleges”in xidmətləri ilə 2015-ci ildə British Council-in  sərgisində tanış olmuşdum və xaricdə təhsil xidmətlərindən istifadə etdim. Xidmətlərindən razı qaldım; universitet barədə ətraflı məlumatlandırıb onları doğru yola yönləndirir.

 

Ülvi Haqverdi. İNTO University of Anglia- Foundation in Law

Ülvi Haqverdi

Bath Universitində oxumaq mənim ən böyük arzularımdan biri idi. Universitetə qəbul prosesində və beynəlxalq imtahanlara hazırlaşmağımda CELT Gənclik ofisinin rolu danılmazdır. Hər kəsə tövsiyə edirəm.

Rəşad Tağıyev
Bakalavr
Qəbul üçün Bizə Müraciət Edin

Mesaj Göndərin