Ümumi Məlumat

University of Leicester Ingiltərənin Leicester şəhərinin cənubunda Viktoriya parkının yaxınlığında yerləşən dövlət universitetidir. Əsası 1921-ci ildə qoyulan bu təhsil mərkəzində 17 mindən çox tələbə təhsil alır. Universitet yenidən qurma işlərinə xüsusilə diqqət ayırır. Bu yaxın illər ərzində aşağı keyfiyyətli ləvazimatlardan azad olub, yeni avadanlıqlara 300 milyondan çox vəsait xərclənərək universitetin həcmi iki dəfə böyüdülüb, yeni biotibbi araşdırma mərkəzi açılıb və yeni yataqxana və tədris binaları tikilmişdir. Milli tələbə araşdırmasına görə tələbə məmnuniyyətinə görə 2005-2007-ci illərdə tələbə məmnuniyyətinə lider universitetlər arasında yer almış və 2008-ci ildə Cambridgedən sonra 2-ci ən yaxşı universitet seçilmişdir.

Dünyada Nüfuzu

niversitet araşdırmalarına görə xüsusilə məşhurdur və 2008-ci ildə Times Higher Education tərəfindən  ilin universiteti adıına layiq görülmüşdür. 2014-cü ildə Guardian jurnalı tərəfindən 13 ən yaxşı Britan universiteti arasında yer ala bilmişdir. University of Leicester Times Higher Education tərəfindən 7 il ard-arda ən yaxşı universitet adına layiq görülən yeganə təhsil müəssisəsidir. 2016-cı ildə The Complete University Guide jurnalına əsasən 24-cü, Guardian jurnalına əsasən isə 32-ci ən reytinqli təhsil müəssisəsi seçilmişdir. QS beynəlxalq universitetlərarası liqa cədvəlinə görə isə University of Leicester dünyanın 235-ci ən yaxşı təhsil müəssisəsi adına layiq görülmüşdür.

Bakalavr və Magistr Proqramları
  • Accounting and Finance
  • Business Economics
  • Human Resource Management
  • Management Studies
  • Management Studies (Marketing)
  • Financial Risk Management
  • Banking and Finance
  • Aerospace Engineering
  • Biological Sciences
  • Medical Physiology
  • Bioinformatics
  • Biomedical Engineering
  • Communications and Electronic Engineering
  • Electrical and Electronic Engineering
  • Mechanical Engineering
  • Software and Electronic Engineering
  • Law
  • International Human Rights Law
  • Computer Science
  • International Relations and History və s.
Leicester Universitetinin Təqdimatı
Təhsil Alan Tələbələrimiz

Glasgow Caledonuan Universitetində qısa müddətdə olduğuma baxmayaraq, universitet barədə fikirlərim çox yüksəkdir. Ən sevdiyim xüsusiyyət müəllimlərin hər bir mövzudakı detalı xırdalıqlarına qədər başa salmasıdır. Universitet barədə CELT Collegesdən məlumat aldım və hesab edirəm ki, ən yaxşı xaricdə təhsil mərkəzlərindən biridir

Orxan Məmmədov

CELT Colleges-in xaricdə təhsil servisi çox keyfiyyətli idi. Çox razı qaldım. Bütün işlər çox dəqiq və vaxtında icra olunurdu. Hətta, söz verilmiş xidmətdən əlavə də kömək etdiklərinin şahidi oldum. Durham University-də uğurlu təhsil almaq üçün həm kitabxanada, həm də evdə dərslərə çoxlu diqqət ayırmaq lazımdır.

Muxtar Qarayev. Durham University-Finance and Investment

Muxtar Qarayev

Bath Universitində oxumaq mənim ən böyük arzularımdan biri idi. Universitetə qəbul prosesində və beynəlxalq imtahanlara hazırlaşmağımda CELT Gənclik ofisinin rolu danılmazdır. Hər kəsə tövsiyə edirəm.

Rəşad Tağıyev
Bakalavr
Qəbul üçün Bizə Müraciət Edin

Mesaj Göndərin