Ümumi Məlumat

The University of Florida nisbətən gənc və sürətlə böyüyən universitetdir. Tələbə sayına görə Florida ştatının 4-cü ən böyük dövlət universitetidir; universitetdə hal-hazırda 48 minə yaxın tələbə təhsil alır və universitetin illik büdcəsi 1.6 milyard dollara yaxındır. Universitet həm dövlət, həm də özəl universitetlər arasından araşdırmalara ayırdıqları xərclərə görə ABŞ-da 43-cü yerdədir. Bu rəqəmlər də universitetin araşdırmalara və yenilliyə meylli olduğununun göstəricisidir. Universitetdə 14 fakültə 80-dən çox bakalavr, 130-dan çox magistr, doktorantura və ixtisaslaşma dərəcələri üzrə proqramlar təklif edir.

Dünyada Nüfuzu

U.S. News and World Reports-un tərtib etdiyi 2014-cü ilin ən yaxşı təhsil müəssisələri arasında 100 ən yaxşı dövlət universitetləri sırasına daxil olmuşdur. Mötəbər QS ranking universitetlərarası liqa cədvəlində isə dünyanın 550 ən yaxşı universitetləri sırasına daxil ola bilmişdir. Universitetin tələbələrinin akademik göstəriciləri yüksəkdir. Təkcə yeni tələbələrin məktəb dövrü ərzində qazandıqları orta qiyməti 4.0, orta SAT balları isə 1197 olmuşdur. Bu göstəricilər də tələbələrin universitetə daxil olduqları zaman kifayət qədər savadlı olduğundan xəbər verir.

Bakalavr və Magistr Proqramları
  • Accounting
  • Cell and Molecular Biology
  • Chemical Engineering
  • Computer Science
  • Chemistry
  • Civil Engineering
  • Computer Engineering
  • Computer Science
  • Economics
  • Electrical Engineering
  • Environmental Biology
  • Finance
  • Geology
  • Industrial Engineering
  • Information Technology
  • International Business
  • International Studies
  • Management
  • Marketing
  • Political Science
University of South Floridanın Təqdimatı
Təhsil Alan Tələbələrimiz

Hal-hazırda Fontys University Applied Sciences-da Business sahəsi üzrə təhsil alıram. Universitet yüksək reytinqlidir və tələbələr üçün hər cür şərait yaradılmışdır. CELT Colleges-in xidməti çox keyfiyyətli olmuşdur; əməkdaşları suallarıma həmişə cavab verib və bütün sənədləşmələrdə köməklik göstəriblər.

Rüstəm Məmmədov. Fontys University of Applied Sciences- International Business and Management

Rüstəm Məmmədov

2 aya yaxındır ki, Coventry University-də oxuduğuma baxmayaraq, tədris sistemindən çox xoşum gəldi . İstər müəllimlərin dərsi izahı, istərsə də fənlərin mövzusu hamısı istədiyim kimidir. Ən əsası müəllimlər dərsi bizim daha ratat başa düşəcəyimiz yolla izah edirlər. Universiteti CELT Colleges-dən Anar Qurbanzadə mənə təklif etdi və mən özüm də araşdırdım. Keçilən dərslərin siyahısına baxdıqdan sonra qərara gəldim ki bu universitetdə oxuyum. İndi də burada təhsil almağıma peşman deyiləm.

Qadir Axundov. Coventry University- Mechanical Engineering

Qadir Axundov

Mən əsgərlikdə olarkən bütün işlərimi Elgün müəllimə etibar etidyim üçün çox şadam. İndi hal-hazırda Vilnus şəhərində oxuyuram. Burada yaşamaq Bakıdan da ucuzdur. Ona görə böyük xərcim çıxmır. Bütün CELT Baksovet ofisinə təşəkkürlər.

Elnur Bədəlov
Magistr Tələbəsi
Qəbul üçün Bizə Müraciət Edin

Mesaj Göndərin