Ümumi Məlumat

University of Toronto Kanadanın Ontario Ştatatının Toronto şəhərində yerləşən və əsası 1827-ci ildə qoyulmuş dövlət universitetidir. Universitet tarixinə və xarakterinə görə fərqlənən 12 müstəqil kollecdən ibarətdir. Universitetin Scarborough və Mississauga qəsəbəsində də iki peyk kampusu vardır.

Hal-hazırda universitetdə 85 minə yaxın tələbə təhsil alır və 800-ə yaxın klubda tələbələr ortaq maraqlarını bölüşə bilərlər.

Dünyada Nüfuzu

Nüfüzlu Times Higher Education reytinq cədvəlinə əsasən universitet 2015-ci ildə dünyanın 19-cu, Kanadanın lider təhsil müəssisəsi seçilmişdir. QS beynəlxalq reytinq cədvəlinə görə isə dünyanın 34-cü, Kanadanın ikinci ən güclü tədris mərkəzi hesab edilir.

Toronto Universiteti Kanadanın iki qubernatoru, 4 Baş Nazir, 4 xarici işlər naziri, 14 Ali Məhkəmə sədri və 10 Nobel mükafatçısının yetişdiyi təhsil mərkəzi olmuşdur.

Bakalavr və Magistr Proqramları
  • Accounting
  • Applied Mathematics
  • Architectural Studies
  • Biochemistry
  • Chemical Engineering
  • Civil Engineering
  • Computer Science
  • Commerce
  • Economics
  • International Relations
  • Management
  • Management and Information Technology
  • Molecular Biology
  • Physics
  • Political Science
  • Psychology
  • Public Policy
  • Psychology
  • Sociology
  • Statistics
Toronto Universitetinin Təqdimatı
Təhsil Alan Tələbələrimiz

CELT Colleges-in xaricdə təhsil servisi çox keyfiyyətli idi. Çox razı qaldım. Bütün işlər çox dəqiq və vaxtında icra olunurdu. Hətta, söz verilmiş xidmətdən əlavə də kömək etdiklərinin şahidi oldum. Durham University-də uğurlu təhsil almaq üçün həm kitabxanada, həm də evdə dərslərə çoxlu diqqət ayırmaq lazımdır.

Muxtar Qarayev. Durham University-Finance and Investment

Muxtar Qarayev

Budapest Metropolitan Universiteti təhsil səviyyəsi yüksək olan bir universitetdir. Xüsusilə incəsənət tələbələri üçün praktiki dərslərdə lazımlı şərait yaradılır. Bir çox xaricdə oxuyan tələbənin dediyi bir sözə mən də burda şahid oldum; müəllimlər tələbələrlə çox yaxın münasibət qurur, ciddiyətdən qaçınırlar. Hər biri Macarıstanın son dövrlərdəki incəsənətində xüsusi şəxslər olan müəllimlərdən öyrəniləcək çox şey var. Celt colleges imtahanlardan xaricə gedəcəyiniz son günə qədər dəstək olur və əlbəttə savadlı, köməkcil müəllimləri ilə yadda qalır.

Arzu Əmirli. Budapest Metropolitan University-BA in Film and Media Studies

Arzu Amirli

Bath Universitində oxumaq mənim ən böyük arzularımdan biri idi. Universitetə qəbul prosesində və beynəlxalq imtahanlara hazırlaşmağımda CELT Gənclik ofisinin rolu danılmazdır. Hər kəsə tövsiyə edirəm.

Rəşad Tağıyev
Bakalavr
Qəbul üçün Bizə Müraciət Edin

Mesaj Göndərin