Ümumi Məlumat

Vistula University 1996-ci ildə əsası qoyulmaqla Polşanın ilk açılmış özəl universitetlərindən biridir. Universitet Polşa Respublikası Elm və Ali Təhsil Nazirliyi nəzarəti altındadır və Dövlət Akkreditasiya Komitəsi tərəfindən müvafiq olaraq akkreditasiya qazanmışdır. Universitetdə iqtisadiyyat, mühəndislik, beynəlxalq əlaqələr, turizm və filologiya üzrə bir sıra bakalavr və magistr proqramları vardır. Bu proqramların da əksəriyyəti tamamilə ingiliscə aparılır və polyak dil biliyinə ehtiyacınız yoxdur. İldə iki dəfə qəbul aparılır: oktyabr və fevral aylarında.

Universitet zəngin kitabxana və elektron tədris vəsaitlərinə malikdir. Universitetin kitabxanası 130 minə yaxın kitabı və 130 nəfərlik oxu zalını özündə birləşdirib. Universitetin müxtəlif idman və trenajor zallarından istifadə etməkdə, müxtəlif maraqlara uyğun klublarına qoşulmaqda sərbəstsiniz.

Dünyada Nüfuzu

Universitet beynəlxalq tələbələrin tələbələrinə olan nisbətinə görə Polşada lider universitetdir. Vistula Universitetinin tələbəsi olmaqla dünyanın 35 ölkəsindən gələn beynəlxalq tələbələrin arasında təhsil almaqla beynəlxalq mühitdə tədris alacaqsınız. “Perspektywy” jurnalının apardığı sorğuya əsasən Polşanın ən yaxşı 5 universiteti arasındadır. Keyfiyyətli tədris görməklə yanaşı, təcrübə və təqaüd proqramlarına qoşula bilərsiniz və Erasmus kimi beynəlxalq mübadilə proqramından yararlana bilərsiniz. Universitet IBM, Microsoft, Aster və Oracle kimi nəhəng şirkətlərlə əməkdaşlıq edir. Erasmus proqramı çərçivəsində Avstriya, Fransa, İsveç və digər inkişaf etmiş ölkələrdə bir semesterlik tələbə mübadilə proqramlarına qoşulmaqla həm dünya görüşünüzü artıracaqsınız, müxtəlif tələbə mühiti ilə tanış olacaqsınız.

Bakalavr və Magistr Proqramları
  • Economics
  • Finance and Accounting
  • International Relations
  • Management
  • Journalism and Media Communication
  • English Philology
  • Spanish Philology
  • Turkish Philology
  • Computer engineering
  • Civil engineering
  • Architecture
  • Graphic design
Vistula Universitetinin Təqdimatı
Təhsil Alan Tələbələrimiz

Xaricdə təhsil almaq barəsində qərar verəndə qeydiyyat, viza və digər sənədləşmə işləri üçün ilk seçimimiz Celt Colleges oldu. Elgün Kərimov və Anar Qurbanzadənin köməkliyi və dəstəyi sayəsində Glasgow Caledonian University-nin tələbələri olduq. Universititet Şotlandiyanın İqtisadiyyat və Tibb üzrə ixtisaslaşmış ən yüksək səviyyəli universitetlərindən biridir. Bu universitetdə tələbə adını almaqda bizə göstərdikləri xidmət üçün Celt İçəri şəhər korpusunun əməkdaşlarına öz dərin minnətdarlığımızı bildiririk.

Sənan Qüdrətli və Aysel Elbrus qızı- Glasgow Caledonian university- MSc International banking, Finance and Risk management.

Aysel və Sənan Qüdrətli

University of Debrecenin hər fakültəsinin özünün ayrıca korpusu var. Universitetin həyəti çox böyükdür: bank, xəstəxanalar, idman zalları, futbol və tennis meydançaları və s. yerləşmişdir. CELT-in İçərişəhər ofisinin xaricdə təhsil xidmətinin dəstəyi ilə burada təhsil alıram. Xidmətinizdən çox razı qaldım. Təşəkkürlər.

Nadir Vəliyev. University of Debrecen- Business Foundation

Nadir Vəliyev

CELT Colleges-in xaricdə təhsil servisi çox keyfiyyətli idi. Çox razı qaldım. Bütün işlər çox dəqiq və vaxtında icra olunurdu. Hətta, söz verilmiş xidmətdən əlavə də kömək etdiklərinin şahidi oldum. Durham University-də uğurlu təhsil almaq üçün həm kitabxanada, həm də evdə dərslərə çoxlu diqqət ayırmaq lazımdır.

Muxtar Qarayev. Durham University-Finance and Investment

Muxtar Qarayev
Qəbul üçün Bizə Müraciət Edin

Mesaj Göndərin