Work and Travel proqramında iştirak edən tələbələrin harada, gündə neçə saat və hansı əmək haqqı ilə işləyəcəkləri CELT MMC şirkəti tərəfindən təklif olunan əmək müqaviləsində öz əksini tapır. Tələbə bu müqavilədə Amerikalı iş verən ilə razılaşaraq həm özü üçün, həm də ki işi verən üçün ən uyğun iş saatlarını təyin edir. WAT proqramı daxilində ortalama gündəlik iş vaxtı 8 saatdır.
Gündə saat işləmək deməkdir; Həftədə də bir gün off gününüzü əsas götürsək, 35 – 40 saat mənasını verər. İş saatları iş yerinin sıxlığına görə dəyişə bilər. Məsələn mövsümün sıx olduğu dövrlərdə işləyəcəyiniz işyeri sizə əlavə iş saatı verə bilər lakin bu saatları artırmaq sizin ixtiyarınıza buraxılmışdır.
Əgər işi verəniniz sizə əlavə iş imkanı vermir lakin siz işləmək istəyirsinizsə bunu ikinci bir işə girərək tamamlaya bilərsiniz. İkinci iş də ilk işiniz kimi tamamilə qanunidir.
Bu il və əvvəlki illərdə də olduğu kimi Work and Travel şagirdləri standart işlərdə işləyərək saat başı ortalama 7.5 – 11 dollar arası məvacib qazanırlar. Bu da ortalama olaraq tək bir işdə işləyən bir şagirdin Work and Travel müddəti boyunca təxminən 4,000 ilə 5,000 dollar arasında pul dövriyyəsi təmin etdiyini göstərir.
Work and Travel şagirdlərinin böyük bir qismi ikinci işdə işləməklə bu sayədə qazanclarını proqramın sonunda 7500-10.000 dollar olaraq əldə etməkdədirlər. CELT sizlərə ikinci bir işin necə tapılacağı mövzusunda da xüsusi köməklik göstərəcəkdir.





