Yay düşərgəsi gənclərimiz üçün həm istirahət həm də biliklərini praktik təcrübədən keçirmək üçün gözəl fürsətdir. Yay düşərgəsində qazanılan təcrübə dünya görüşü bütün tələblərin gələcək həyat tərzinə, dərslərinə və davranışlarlna böyük təsir edir. Valideynlərdən uzaq və öz həmyaşıdlarınızla birlikdə tam başqa bir fəaliyyətlərlə məşğul olmaq, həm əylənmək həm də, öyrənmək hər bir məktəblinin və valideynlərinin arzusudur.

Eyni zamanda xaricdə keçirdiyiniz yay düşərgələri daha bir üstünlüyü odur ki, bütün dərs böyu gördüyünüz sinif yoldaşlarınızla deyil dünyanın digər bölgələrindən gəlmiş müxtəlif fikirli, düşüncəli tələbələrdir. Bu da sizə müxtəlif düşünməyi və öz yanaşmanızı  göstərməyi və başqalarının da dərsə, elmə və əylənməyə yanaşmalarını görmüş və müsbət cəhətlərini öyrənmiş olursunuz.

Xaricdə Yay Düşərgələri daha çox Avropa və Amerika ölkələrində olur. Bu ölkələrdə olan yay düşərgələri öz məcaraları ilə çox seçilirlər və tələbələrə bütün mümkün zövqləri yaşatmağa çalışırlar.


Böyük Britaniyada yay düşərgələri

Böyük Britaniya Azərbaycan gəclərinin ən çooox seçdiyi yay düşərgəsi ölkəsidir. Hər il yüzlərlə tələbə yay vaxtlarının İngiltərənin düşərgə mərkəzlərində keçirirlər. Bu onlara böyük imkanlar verir. Universitetlərin bazalarında yerləşən yay düşərgələri tələbələrə gələcəkdə burada təhsil alacağı halda nələr əldə edəcəyini düşünməyə vadar edir. Bir növ tələbə öz gələcək seçimini edir. Deməli yay düşərgəsi sadəcə yay düşərgəsi deyil, gələcək təhsil baxımından da əhmiyyəti vardır. Buna görə daha çox oxumaq istədiyiniz ölkədə yay düşərgəsi keçirmək məsləhətdir.

[button link=”http://xaricde.com/cp/yay-mektebleri/” size=”small” color=”teal”]Böyük Britaniyada Yay Düşərgəsi[/button]


Amerikada Yay düşərgələri

Amerika Birləşmiş Ştatları demək olar ki, məcara mərkəzidir. Burada nə qərib əyləncələr varsa hamısını təsəvvür etmək olar. Hollivud şəhərini görmək, Los Ageneles şəhərində gəzmək və ingilis dilini öyrənmək daha doğrusu Amerikan İngiliscəsində danışmak əldə edəcəyiniz imkanlardan sadəcə bir neçəsidir.

Nyu York şəhərinin mərkəzində sanki universitet tələbəsi olmaq, paradlara və digər proqramlara qatılmaq əlavə əyləncədir və sizə Bakıda olmayacaq anları yaşadacaq. Çünki orada milyon insanlarla bərabər sizdə varsınız və bir Azərbaycanlı kimi var olduğunuzu sübut edirsiniz, göstərirsizniz.

[button link=”http://xaricde.com/cp/yay-mektebleri/” size=”small” color=”teal”]Amerikada Yay Düşərgəsi[/button]


Digər Avropa ölkələrində yay düşərgələri

Məhşur Avropa ölkələrində  (Almaniya, Fransa və sair) daha çox ixtisas yönümlü və milli dilləri üçün olur. Bu tələbələrə daha çox onların dilində təhsil almaq imkanı verir və ya ixtisası üçün əlavə beynəlxalq təcrübə olur. Bunun da öz xüsusi üstünlüyü vardır.

2 Comments

Comments are closed.